Moskvada iki gənc 11-ci mərtəbənin pəncərəsindən yıxılıblar

Moskvanın şimalında faciə baş verib: bir oğlan və bir qız iki gənc 11-ci mərtəbədən yıxılıb. SİA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. …Qız sağ qalıb. Ona tibbi yardım göstərilir. Jurnalistlər öz mənbələrinə istinadən yıxılanların “20-25 yaşlı gənc” olduğunu bildirirlər. Qızın böyük hündürlükdən yıxılaraq sağ qaldığı və ona köməklik göstərildiyi qeyd edilir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. İstintaq orqanları hadisənin başvermə şəraitini araşdırır. Nazlı Almuradova

Daha çox

Tbilisidə Gürcüstan azərbaycanlıları üçün iftar mərasimi

Azərbaycan və Gürcüstan liderlərinin müdrik siyasəti dövlətlərin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına, uğurlu sosial-iqtisadi inkişaf modellərinin qurulmasına imkan yaradıb. SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov Gürcüstandakı azərbaycanlılar üçün Tbilisidə təşkil edilən iftar mərasimində deyib. Onun sözlərinə görə, iki xalq arasında tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələri əhəmiyyətlidir: “Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların dini etiqad azadlıqlarını təmin etmək üçün yaradılan şərait təqdirəlayiqdir. Bu tədbirlər ortaq dəyərlərə əsaslanan dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminəm”. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İslam dəyərlərinə və…

Daha çox

Parkinq problemlərinin həll yolları NƏLƏRDİR?

“Avtomobil sahiblərinin haqlı etirazlarından biri də parkinq sisteminin demək olar ki, gözləntiləri doğrulda bilməməsidir. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri vardır. Əsas səbəblərindən biri yer probleminin olmasıdır. Yəni kifayət qədər ərazilərin parkinqləri ödəyə bilməməsidir. İkinci məsələ isə parkinqlərdə, xüsusən şəhərin mərkəzi ərazilərində qiymətlərin baha olmasıdır. Bu öz növbəsində insanları məmnun etməyən səbəblərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə, digər məsələ isə yanlış yerlərdə yəni təcili hallarda avtomobilini yerləşdirməyə yer tapmadıqda artıq həmin şəxs başqa alternativ yerlər axtarmağa başlayırlar: “Küçədə, səkidə, digər…

Daha çox

Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib

Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, rəqəmsal mühitin inkişafı bu sektorda reklam fəaliyyətinin genişlənməsinə və bazar payının artımına səbəb olub, yeni reklam daşıyıcıları meydana gəlib və belə daşıyıcılar yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər, “influyenser”, “bloqqer” kimi yeni reklam subyektlərin ortaya çıxması və s.) təchiz edilib. “Reklam haqqında” qanununda…

Daha çox

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Qazaxıstanın Şımbulak dağ-xizək kurortunda faciə baş verib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 3 nəfərin qadağan olunmuş zonada xizək sürməsi qar uçqunu yaradıb. Nəticədə hər üçü qarın altında qalıb. Hadisə əsas kurort ərazisindən təxminən bir kilometr kənarda – Komsomol rayonunun ucqar hissəsində baş verib. Xizəkçilərdən ikisi qarın altından çıxa bilib, üçüncünü isə xilasedicilər çıxaranda artıq dünyasını dəyişmişdi. Xilasedicilər bildiriblər ki, dağlarda yüksək qar uçqunu təhlükəsi var. Turistlər və həvəskarlardan təhlükəsizlik tədbirlərinə riayət etməyə və qar uçqunu təhlükəsi ilə bağlı məlumatları əvvəlcədən dəqiqləşdirməyə çağırış edilib. Şımbulak Almatı yaxınlığında Qazaxıstanın məşhur…

Daha çox

FHN əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) ilaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır: – bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı; – tonqalın ətrafına yığışan…

Daha çox

“Nəqliyyat ekspedisiya haqqında” yeni qanun hazırlanır

Azərbaycanda “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır. SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika Komissiyası”nın iclasında komissiyanın sədri Kamran Həbibov bildirib. Onun sözlərinə görə, Komissiya üzvləri bu prosesdə aktiv iştirak edirlər. İclasda ötən müddətdə görülən işlər, dövlət-özəl dialoqunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsində müddətlərin qısadılması, bir çox xidmətlərin rəqəmsallaşması kimi irəliləyişlərə nail olunduğu diqqətə çatdırılıb. Komissiya üzvləri konteyner yüklərin daşınmasında bu ildən çəki və hündürlük məsələlərinin ortaya çıxdığını və bunun yerli daşıyıcıların işinə çətinliklər yaratdığını bildiriblər. Eyni zamanda, “İpəkyolu” terminalında qrup malların…

Daha çox

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlər keçirilir. Nazirlikdən SİA-ya bildirilib ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib. Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar. Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların…

Daha çox

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. SİA xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını…

Daha çox