“Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat” təsdiqlənib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Təlimat dəmiryol stansiyasında (bundan sonra – stansiya) qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya, mərkəzləşmə və bloklama (bundan sonra – SMB) qurğularının, həmçinin siqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğu hallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqda qatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinə yetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dair tələbləri müəyyən edir. Onun tələbləri qatarların hərəkəti…

Daha çox

Kursk və Belqorod vilayətlərində 3 pilotsuz təyyarə məhv edilib

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın üç pilotsuz təyyarəsini vurub: iki pilotsuz təyyarə Kursk vilayəti ərazisi üzərində, biri isə Belqorod vilayəti ərazisi üzərində… SİA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. …Moskva vaxtı ilə saat 13:30-dan 14:30-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın üç pilotsuz uçuş aparatını məhv edib: Kursk vilayətinin ərazisində iki PUA və Belqorod vilayətinin ərazisində bir PUA. Bunu departament öz Telegram kanalında bildirib. Əli Babayev

Daha çox

I Qarabağ müharibəsinin daha iki şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Qeyd edək ki, itkin şəhidlərin hər ikisi hərbçidir. Onlardan biri 1994-cü ildə Füzuli rayonu Şükürbəyli kəndində itkin düşən 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu, digəri isə 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşən 1960-cı il təvəllüdlü Atayev Atakişi Qəhrəman oğludur. D.Behbudov sabah doğulduğu Göyçay rayonu Mırtı kənd qəbiristanlığında, A.Atayev isə Bakı şəhəri Nizami rayonu Keşlə…

Daha çox

“Azərbaycan Sənaye Korporasiyası” dövlət orqanlarının vahid indeks siyahısından çıxarılıb

Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Siyahıdan ləğv prosesində olan “Azərbaycan Sənaye Korporasiyası” ASC çıxarılıb.

Daha çox

“Sosial xidmət haqqında” qanuna dəyişikliklər ilk oxunuşda qəbul edilib

Milli Məclis “Sosial xidmət haqqında” qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə edilən qanun layihəsinə əsasən, qüvvədə olan redaksiyada sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Qeyd olunan dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır. Layihədə bildirilib ki, 11-ci və 12-ci maddələrə təklif edilən dəyişikliklər sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır.…

Daha çox

Norveç şirkəti Misirdə günəş enerjisi stansiyası tikəcək

Misir Norveçin “Scatec” şirkəti ilə enerji alqı-satqısı və 1,1 QVt gücündə günəş enerjisi stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin cənubundakı Nəcaa Hammadi yaxınlığında tikiləcək bu stansiya “Misir Alüminium” şirkət kompleksini təmiz enerji ilə təmin edəcək, onun ekoloji dayanıqlılığını gücləndirəcək. Qeyd olunur ki, 650 milyon dollar dəyərində olan bu investisiya layihəsi, həmçinin karbon emissiyalarının azaldılmasına dair beynəlxalq standartlara uyğunluğu təmin edəcək. Öz növbəsində Norveç şirkəti mətbuata açıqlamasında bildirib ki, enerji alqı-satqısı müqaviləsi 25 il üçün nəzərdə tutulub. Qeyd edək ki, ərəb dünyasının əhali sayına…

Daha çox

“Hamıya vacib deyil ki, orucun fəlsəfəsini bilsin”

“Namaz qılan-qılmayan da oruc tutmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib. O bildirib ki, oruc tutmaq hər bir müsəlmana vacibdir. Bəzən deyirlər ki, namaz qılmıram, mənə yemək olar. Xeyr, olmaz: “Ramazan ayının sonunda, bayram günü fitrə zəkatı verilmə hökmlərində deyilir ki, hətta namaz qılmayan, oruc tutmayana da fitrə zəkatını ödəmək vacibdir. Bu, Allahın hökmüdür. Qurani-Kərimdə, hədislərdə gəlib. Hər bir müsəlmana vacibdir. Orucun mənasını bilsə də, bilməsə də Allahın əmrini yerinə yetirmək üçün oruc tutulmalıdır. Orucun xüsusi bir mənası yoxdur. Oruc Allahın əmrini yerinə yetirmək üçün…

Daha çox

Azərbaycanda 9 ay müddətinə yeni gömrük yığımları müəyyənləşdirilib

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, gömrük yığımlarına əlavə olaraq aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə idxal gömrük yığımları alınır: – dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün – 150 manat; – şüşə məmulatlarının 1 tonu üçün – 100 manat; – armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün – 100 manat. Qərar bu il aprelin 1-dən qüvvəyə minir və…

Daha çox

Tayland ruslar üçün vizasız girişi azaldacaq

Tailand hökuməti Rusiya və Çin də daxil olmaqla 93 ölkədən turistlərin ölkədə mümkün qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə ölkənin Turizm və İdman Nazirliyinə istinadən “Bangkok Post” qəzeti məlumat yayıb. …Əcnəbi vətəndaşların ölkəyə vizasız girişi 60 gündən 30 günə endiriləcək, – məlumatda deyilir. Nəşrin məlumatına görə, bu qərar xarici vətəndaşların Tailandda kölgə biznesi ilə məşğul olmaq imkanından məhrum edilməsi zərurəti ilə əlaqədar qəbul edilib. Məqalədə Tailand Xarici İşlər Nazirliyinin də təşəbbüsü dəstəklədiyi vurğulanıb. Bununla belə, yekun qərar yalnız mövcud reqlamentin tənzimlənməsinin bütün…

Daha çox