Ruanda hökuməti martın 17-də Belçika ilə diplomatik əlaqələri kəsib və bütün belçikalı diplomatların 48 saat ərzində ölkəni tərk etməsini tələb edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Qeyd olunur ki, bu qərar Belçikanın yeni müstəmləkəçilik xülyalarını qorumaq cəhdləri və Ruandanı zəiflətmək siyasətini davam etdirməsi ilə bağlı aparılmış dərin təhlildən sonra qəbul edilib. İki ölkə arasındakı münasibətlər həm Konqo Demokratik Respublikası ilə davam edən münaqişədən əvvəl, həm də münaqişə zamanı gərginləşib. Belçika hökuməti Ruandanın diplomatik əlaqələri kəsmək qərarını “proporsional olmayan addım” adlandıraraq təəssüf…
Daha çoxDay: March 18, 2025
İlaxır çərşənbə olan torpaq insanlarda hansı düşüncələri formalaşdırır?
Novruz bayramına hazırlıq dövründə dörd çərşənbə qeyd olunur. İlk olaraq Su çərşənbəsi gəlir və bu, saflıq və yenilənmə rəmzidir. Daha sonra Od çərşənbəsi qeyd olunur, bu isə istilik və həyat enerjisini simvolizə edir. Ardınca Yel çərşənbəsi gəlir, baharın nəfəsi hesab olunur və təbiətin canlanmasını bildirir. Sonuncu Torpaq çərşənbəsi isə torpağın oyanmasını, bitkilərin cücərməsini və məhsuldarlığı ifadə edir. Hər bir çərşənbə Novruzun ruhunu yaşadır və bayramın gəlişini müjdələyir. Xüsusən Novruz bayramının sonuncu çərşənbəsi olan torpaq çərşənbəsi xüsusi adət-ənənələri ilə seçilir. Bəs vətəndaşların Novruzun bu çərşənbələrindən xəbəri varmı? SİA bu mövzuda vətəndaş…
Daha çoxAzərbaycan nefti bahalaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,10 ABŞ dolları, yaxud 0,14 % artaraq 73,42 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,26 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,10 ABŞ dolları və ya 0,14 % artaraq 72,07 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxAİ USAİD-i əvəz edə biləcəkmi? – GÜNÜN SUALI
Aİ USAİD-i əvəz edə biləcəkmi? – GÜNÜN SUALI
Daha çoxToqquşma nəticəsində 14 nəfər xəsarət alıb
Dağıstanda mikroavtobusla 3 minik avtomobilinin toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 5-tv.ru-ya mənbə bildirib. Hadisə Qızılyurt rayonunun Novo-Çirkey kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, 14 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir. …Nəzarət tədbirləri zamanı yol hərəkəti təhlükəsizliyi, avtomobil yolları və sərnişindaşımaların təşkili haqqında qanunvericiliyin tələblərinə riayət olunması qiymətləndiriləcək”, – deyə Respublika Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Əli Babayev
Daha çoxEvdə yas olanda başqa yasa gedə bilməzsən?
“”Yeni yaslı olan adamın başqa bir yasa getməsi qadağandır” sözü dinlə bağlı deyil. İslam qanunlarında belə bir şey yoxdur. Bu, bizim milli adətimizdədir ki, evdə yas olanda başqa yasa gedə bilməzsən. Gedə bilər, heç bir maneəsi yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Məntiqi odur ki, öz yası olan adam öz yasına başı qarışar, başqaları ondan bir şey ummazlar. Bu, elimizin adətidir. Öz yası ilə məşğul olsun, öz problemini həll etsin, başqa insanlar da ondan bir şey ummayacaq, bir şey tələb etməyəcək. Bu baxımdan…
Daha çoxASCO emissiyaların azaldılmasında innovativ texnologiyalar tətbiq edir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC emissiyaların azaldılması istiqamətində innovativ texnologiyaların tətbiqini genişləndirir. SİA ASCO-ya istinadən xəbər verir ki, şirkət Ekoloji, Sosial, İdarəetmə (ESG) strategiyasına uyğun olaraq bu istiqamətdə daha bir mühüm addım ataraq, İsveç Krallığının “QTAGG” şirkəti ilə əməkdaşlıq çərçivəsində “EcoPilot” sisteminin tətbiqinə başlayıb. Pilot layihə olaraq sözügedən sistem “RoPax” tipli “Azərbaycan” gəmi-bərəsində quraşdırılıb. Gəmi-bərənin bu sistemlə həyata keçirdiyi ilk dəniz sınağı artıq uğurla başa çatıb. “EcoPilot”un tətbiqindən ümumi gözlənti isə ondan ibarətdir ki, gəmi hər səfərində yanacağa qənaət etməklə, emissiyaları təxminən 6 % miqdarında azaltsın. Qeyd edək ki,…
Daha çoxAzərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlikdə keçirilən görüşdə müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlarda qazanılan qələbələrdən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar, azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində əməliyyat şəraiti barədə həmkarını məlumatlandırıb. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Z.Helez göstərilən…
Daha çoxAvropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb
Avropa İttifaqının humanitar yardım və böhranların idarə edilməsi üzrə Komissiyası Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasına qərar verdiyini açıqlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Komissiya Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Eyni zamanda, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu gün Brüsseldə keçirilən donorlar konfransında bildirib ki, suriyalılar ölkə xaricində olsalar və ya evlərinə qayıtsalar belə daha çox dəstəyə ehtiyac duyurlar. Buna görə də, bu gün Avropa İttifaqı Suriyada və bölgədə yaşayan suriyalılara dəstək öhdəliklərini 2025-ci və 2026-cı illər üçün təxminən 2,5 milyard avroya qaldırır.
Daha çoxAzərbaycan əhalisinin sayı
Ölkə əhalisinin sayı ilin əvvəlindən 2 935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Daha çox