20-31 mart qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 30 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-si 24 saat rejimində…
Daha çoxDay: March 18, 2025
Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi
“XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşdülər”. SİA xəbər verir ki, bunu “BİG Media” MMC-nin direktoru Emil Əkbərov bildirib. Emil Əkbərov qeyd edib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi: “Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak etdi. Bu gün Azərbayca qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub. Ölkənin…
Daha çoxKanadanın yeni baş naziri Zelenskini G7 sammitinə dəvət edib
Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Vladimir Zelenskini G7 sammitinə dəvət edib. SİA-nın məlumatına görə, sammit 2025-ci ilin iyununda Kanadanın Alberta əyalətində baş tutacaq. Bu barədə “The Times” yazır. Karni bildirib ki, o, G7 sammitinə dəvəti bir gün əvvəl telefon danışığı zamanı Zelenskiyə çatdırıb. …Prezident Zelenski iyun ayında Albertada keçiriləcək G7 toplantısına dəvət olunub, – Kanada hökumətinin sözçüsü deyib. Bu il G7-yə sədrlik edən Kanada 15-17 iyun tarixlərində Kanadanın qərbindəki Alberta əyalətinin Kananaskis şəhərində sammitə ev sahibliyi edəcək. Əli Babayev
Daha çoxMedia nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil olunub. SİA xəbər verir ki, bu dəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilib. Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansı hallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”, “Nəqliyyat vasitəsi yardımın…
Daha çoxCeyhun Bayramov Fələstinin səfirini diplomatik fəaliyyətinin başa çatmasına görə qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Ceyhun Bayramov ölkədə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səfirin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdırıb və ordeni təqdim edib. Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli…
Daha çoxUkraynaya 40 milyard avroluq hərbi yardım paketi…
Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas Ukraynaya 40 milyard avroluq hərbi yardım təşəbbüsündə tezliklə irəliləyiş əldə edəcəyinə ümid edir. SİA xəbər verir ki, onun sözlərinə görə, onun sözlərinə görə, Avropa İttifaqının üzv ölkələri arasında geniş dəstək var. …Birincisi, Ukrayna ilə bağlı, yəni 40 milyard avroluq müdafiə təşəbbüsünə geniş siyasi dəstək. Əlbəttə, hazırda müzakirələr ətraflı şəkildə aparılır. Kallas Avropa İttifaqının Xarici Siyasət Şurasının iclasından sonra deyib, “İnterfaks-Ukrayna” xəbər verir. O, əlavə edib ki, Avropa İttifaqı liderləri bu təşəbbüsün “tezliklə irəli sürülməsi” barədə göstəriş veriblər. Kallas həmçinin bildirib ki, Avropa İttifaqı xarici…
Daha çoxÖtən ay qeydə alınan nikahların sayı artıb
Ötən ay qeydə alınan nikahların sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah qeydə alınıb. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən qədər artıb.
Daha çoxSosial-iqtisadi inkişafı təmin edən yeniliklər gözlənilirmi?
“Sosial-iqtisadi inkişafa dair mütəmadi işlər görülür. Büdcəmiz sosial yönümlüdür. Hər il bu büdcəyə yenidən baxılır, orta aylıq maaşlar, pensiyalar və sosial müavinətlər qaldırılır və hər zamanda dövlətin diqqət mərkəzində olan bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, burada bir məsələdə var ki, bu daha çox iqtisadi inkişafdan da asılıdır. Bizim iqtisadiyyatımız inkişaf etdikcə ola bilsin ki, hətta büdcənində yüklənməsi azalar və iqtisadiyyat özünü təmin etmiş olacaq: “Amma görürük ki, bu keçid dövründə, büdcəni hökümət öz üzərinə götürüb və müəyyən funksiyaları yerinə yetirir. Mütəmadi…
Daha çoxDünya üçün nümunə olan SİYASİ USTALIQ
XII Qlobal Bakı Forumu 15 mart tarixində başa çatsa da, hələ çox müzakirələrə səbəb olacaq və ölkə rəhbərimizin fikirləri, eləcə də öz müsahibəsində səsləndirdikləri qətiyyən unudulmayacaq. Onsuz da yüzlərlə iştirakçı elə həmin tədbirdə dünya düzəninin necə dəyişdiyini və bundan sonra nə etmək lazım olduğunu müzakirə ediblər. Bununla belə, diqqətə çatdıraq ki, məhz ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ünvanladığı mesajlar və səsləndirdiyi fikirlərin də elə dünya düzəninin qaydasına düşməsi üçün bir yol xəritəsi olması fonunda hələ çox müzakirələr gözlənilir. Bütün bunların fonunda etiraf etmək lazımdır ki,…
Daha çoxIlin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub
2025-ci ilin əvvəlindən Qazaxıstanın yaşayış sektorunda 1138 yanğın baş verib, 313 nəfər xilas edilib. SIA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Erlan Turegeldiyev bildirib. Onun sözlərinə görə, onlardan 6-sı uşaq olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları istilik mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Daha çox