Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevlə görüş keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazir müsabiqə qaliblərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb, onların peşəkar potensialının inkişafına dəstək göstərilməsi, təcrübə imkanlarının artırmaları üçün şərait yaradılacağını qeyd edib. O, ölkənin sosial-iqtisadi həyatına yeni nəsil peşəkarların qazandırılmasında Mentorluq Proqramının əhəmiyyətini, qaliblərin bilik və təcrübələrindən gələcəkdə daha səmərəli istifadə üçün də dəstək olacağını bildirib. Görüşdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan ardıcıl islahatlar, sosial müdafiə və…
Daha çoxDay: March 18, 2025
“2025-ci ilin əvvəlində Azərbaycan üçün infilyasiya daha yüksək proqnozlaşdırılır”
“İnfilyasiya 2020-ci ildə pandemiya dövründə iqtisadi münasibətlərdə, dəyər zəncirində fasilələrin yaranması, ehtiyatların zəifləməsi, eyni zamanda da konservativ iqtisadi münasibətlər istiqamətində meyillərin güclənməsi fonunda artım istiqamətli bir məcraya daxil oldu. Amma Rusiya-Ukrayna konflikti bu prosesin daha da sürətlənməsinə gətirib çıxardı. 2020-ci ilin əvvəlindən etibarən bütövlükdə götürəndə infilyasiya dünya iqtisadiyyatlarında demək olar ki, əhəmiyyətli səviyyədə təsiri altına alan iqtisadi fenomenlərindən birinə çevrildi və bu proses çərçivəsində Azərbaycanda da demək olar ki, bənzər tendensiyalar müşahidə olunur. 2020-ci ildə Azərbaycanda infilyasiya 14%, 2023-cü ildə 8.8%, 2024-cü ildə nisbətən sakitlik ili olsa da, 2.2%- ə…
Daha çox“Mart faciəsi dünya tarixində bənzəri görülməyən bir faciədir”
“31 mart hadisələrinin olması labüd idi. Çünki o zamankı hakimiyyət bunun olmasını çox istəyirdi”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib. Onun sözlərinə görə, bu hadisələrin yaşanması üçün balaca bir qığılcım lazım idi ki, 31 mart hadisələri alovlansın: “Bu dünya tarixində görünməyən bir faciədir. Məsələn Əhməd bəy Ağaoğlunun Bakı Hadisələri ilə bağlı bir məqaləsi var. Həmin məqaləni isə 1905-1907-ci illərdə yazıb. Bu hadisələrin yaşanmasında ən böyük günah isə bizim özümüzdə olub. Çünki laqeyd bir xalq olmuşuq. Çünki…
Daha çoxBu kənddə spirtli içkilərin qəbulu qadağan edilir…
…Rusiyada spirtli içkilərin qəbulunun qadağan olunduğu daha bir məntəqə yaranıb. SİA-nın məlumatına görə, Buryatiyanın Djidinski rayonunun Malı Narın kəndinin sakinləri yığıncaq keçirərək yekdilliklə onların yaşayış məntəqəsinə ayıqlıq zonası statusu verilməsi barədə qərar qəbul ediblər. Hakimiyyət, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yerli sakinlər bu ərazidə spirtli içkilərin satışını tamamilə qadağan etmək qərarına gəliblər. Deylənlərə görə, bu, bölgədə ilk dəfə deyil ki, yerli sakinlər spirtli içkilərdən istifadəyə qarşı çıxış edirlər. … “Buryatia-Online” xəbər verir ki, Malı Narın artıq Buryatiyada sayca 30-cu belə yaşayış məntəqəsi olub. Digər bölgələrdə də həddindən artıq spirt…
Daha çox“Uşaqlıqda daha çox qaranlıq qorxusu özünü göstərir”
“Qorxular müxtəlif olur: Xüsusi qorxular və ümumi qorxular var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Psixoloqun sözlərinə görə, bəzən uşaqlıqda daha çox eşitdiyimiz cümlə var, “qaranlıqdan qorxuram”: “Çünki uşaqlar qaranlığa gedəndə valideynləri onlara fərqli sözlər deyirlər. El arasında desək, “Xoxan çıxacaq, oraya getmə, qorxulu nəsə var, polis var” kimi sözlərdən istifadə edərək uşaqlarda qaranlığa qarşı xüsusi bir qorxu yaradıblar. Bu, əslində valideynin özünün qorxusudur ki, uşağa ötürülüb. Zaman keçdikcə, uşaqlar böyüdükcə də bu qorxular artmağa başlayır. Bəzən uşaqlıqda yox, bu qorxu yeniyetməlikdə də, daha böyük yaşlarda da ola…
Daha çoxBakı-Sumqayıt qatarlarının sayı artırılır
Bakı-Sumqayıt qatarlarının sayı artırılır
Daha çoxYeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub. Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mükəmməl səviyyədə, bütün əhəmiyyətli aspektlər baxımından mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb. Sonra 2024-cü il üzrə maliyyə hesabatı müzakirə olunaraq İdarə Heyətinin üzvləri tərəfindən təsdiq edilib. Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. Yekunda YAP Sədrinin…
Daha çoxTramp Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər, əgər…
ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə danışıqları nəticə verməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər. SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib. Onun fikrincə, Ukrayna və Rusiya heç vaxt sülh sazişinə indiki qədər yaxın olmayıblar. …Prezident Tramp buna nail olmaqda qərarlıdır, – Levitt vurğulayıb. Eyni zamanda jurnalistlər ondan soruşublar ki, əgər sabah Putinlə danışıqları müsbət nəticə verməsə, Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünəcəkmi? …Prezident bu barədə danışıb və təbii ki, lazım gələrsə, bunu etməyə hazırdır,- deyə Levitt cavab verib. Əli Babayev
Daha çox“Biz indi o qədər sosiallaşırıq ki, bütün adətlər unudulur”
“Əvvəl insanlar bir-birilərinin evlərinə qonaq gedərdilər, indi isə görüntülü yığırlar”. Bu sözləri SİA-ya açıqlamasında jurnalist, ekspert Ağa Dadaşzadə deyib. Onun sözlərinə görə, əvvəllər Novruz bayramında qohumlar yığışıb şəkərbura, paxlava, qoğal bişirirdilər. Bu simvolik adətlər insanı xoşbəxt edən və ruhlandıran məqamlardan biridir: “Biz indi o qədər sosiallaşırıq ki, bütün bu adətlər unudulur. Əslində bu bir faciədir. Məsələn, türk dünyasının tanınmış ölkələrindən biri Özbəkistan hələ də öz milli geyimini qoruyub saxlayıb. Qırğızıstan olsun Tacikistan olsun. Amma Azərbaycanda bizim milli geyimlərimiz nədir? Çalarları nədir? İnanın ki, bunu əksəriyyəti bilmir. Həmçinin Novruz insanları birləşdirən,…
Daha çoxAzərbaycan və İsrailin enerji əməkdaşlığının gündəliyi müzakirə edilib
Azərbaycan və İsrail arasında dərinləşən enerji əməkdaşlığının gündəliyi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O, qeyd edib ki, bu barədə müzakirələr İsrailə işgüzar səfər çərçivəsində bu ölkənin energetika və infrastruktur naziri Eli Koen ilə görüşdə aparılıb: “Görüşdə iqtisadi əlaqələrin güclənməsinə töhfə verən təşəbbüs və layihələr müzakirə edilib”.
Daha çox