Martın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə tərəflər arasında təkbətək görüş olub. Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının “Dostluq” ordenini təqdim edib. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. S.Qafarova parlamentlərimiz arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə…
Daha çoxDay: March 18, 2025
Rusların bu tankı heç vaxt Ukrayna cəbhəsində görünməyib, niyə..?
Maraqlıdır ki, biri 5-9 milyon dollara başa gələn bu tank 2015-ci ildə Moskvada hər il keçirilən Qələbə Paradında “xarab” olub ortada qalmışdı… …Rusiya zirehli texnikasının Ukraynaya qarşı müharibədə itkiləri dəhşətlidir. Amma itirilən minlərlə tank arasında Rusiyanın ən qabaqcıl tankı olan bir dənə də olsun “Armata” yoxdur. …Və ona görə ki, heç vaxt döyüşlərdə iştirak etməyib. SİA-nın məlumatına görə, Pentaqonun keçmiş məsləhətçisi Ruben Conson “19fortyfive” nəşrinə bu tank barədə danışıb. Rusiya ilk dəfə T-14 “Armata”-nı 2015-ci ildə Moskvada hər il keçirilən Qələbə Paradında nümayiş…
Daha çoxNaxçıvanda yeddi meteoroloji stansiya quraşdırılıb
5-i ötən illərdə, 2-si isə 2024-cü ildə olmaqla, Naxçıvan Muxtar Respublikasında (MR) 7 meteoroloji stansiya quraşdırılıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib. O qeyd edib ki, bu stansiyalar vasitəsilə hər 3 saatdan bir meteoroloji müşahidələr aparılır: “Sutka ərzində havanın temperaturu, yağıntının miqdarı, küləyin sürəti və istiqaməti, buludluq, torpaqda şeh nöqtəsi və bir sıra parametrlər üzrə məlumatlar əldə edilir. Həmin məlumatlardan proqnozların hazırlanmasında istifadə olunur. Hidrometeorologiya Mərkəzi ilk dəfə olaraq 2023-cü ildən “TÜRK METCAPP’’ sisteminə qoşulub. Muxtar respublika ərazisində…
Daha çox“Qiyməti qaldırır və daha artıq qazanır”
“Bildiyiniz kimi artıq Novruz bayramı yetişib və ölkədə əhali hazırlıqlara başlayıb. Ət, çərəzlər, şirniyyatlar və tərəvəzlərdə də müəyyən bahalaşma yavaş-yavaş özünü göstərir. Adətən Avropa ölkələrində bayram ərəfəsində qiymətlər ucuzlaşır. Azərbaycanda isə tam əksinə bayram ərəfəsində bayram üçün alınan məmulatların qiyməti hər zaman qalxır. Bu bütün iqtisadiyyatlarda iqtisadiyyatın quruluşundan asılı olan məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Azərbaycanda iqdisadiyyat inhisarçı iqtisadiyyatdır. İnhisarçı iqdisadiyyatda sahibkar həmişə dövriyyəni nəzarətdə saxlayır. Dövriyyə azalan zaman qiymətlər sabitləşir, bahalaşma bir qədər cilovlanır. Dövriyyə sürətlənir və o…
Daha çoxƏli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
Daha çoxqadınlar mini yubka geyinsin və…
…bu halda Rusiyada nəsil artımının qabağını almaq olmayacaq …Deyirəm, neçə vaxt idi ki, ruslar ölkədə nəsil artımının yollarını axtarıardılar. Budur, axır ki, aralarında bir ağıllısı gözəl bir təkliflə gəlib. Deməli, Kaluqa vilayətinin Tarusa Şəhər Şurasının deputatı Yevgeni Rudenko yerli qadınlara daha çox mini yubka, yəni qısa tuman geyinməyi təklif edib. Maraqlıdır ki, deputat əmindir: bu, Rusiyada demoqrafik göstəricilərin artmasına səbəb olacaq, yəni ölkədə doğanların sayını artıracaq. SİA-nın məlumatına görə, Rudenko hesab edir ki, mini tuman geyinmək nikah və ailə qurmaq, nəticədə doğum nisbətini artırmaq üçün…
Daha çoxMəcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Vətəndaşların müraciətləri əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, əkin və məhsul subsidiyalarının ödənişi, icarəyə texnikanın ayrılması, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, suvarma suyu ilə təminat, təsərrüfatlara dəymiş zərərə görə sığorta ödənişləri və digər məsələlərlə bağlı olub. Nazir məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi…
Daha çoxADY qatarların hərəkəti ilə bağlı yeniliklər barəsində brifinq keçirib
Bu gün Bakı Dəmiryol Vağzalında aprelin 1-dən qatarların hərəkəti ilə bağlı yeniliklər barəsində brifinq keçirilib. SİA xəbər verir ki, ADY-nin sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov qeyd edib ki, Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır: “Belə ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək. Bununla əlaqədar olaraq, Biləcəri stansiyasında 1 yeni…
Daha çoxMüsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri…
Martın 17-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində çıxış edib. SİA xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzulayıb. İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh şəraitində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs…
Daha çoxekspert Putinin “istəklərini” izah edir…
Yaxın gələcəkdə hərbi əməliyyatların intensivliyi azala bilər… Rusiya lideri Vladimir Putin daha çox Ukrayna ərazisini ələ keçirmək üçün atəşkəs danışıqlarını uzadacaq. SİA-nın məlumatına görə, bunu “Defence Express”in direktoru Sergey Zqurets “Espresso”nun efirində deyib. Onun sözlərinə görə, Putin atəşkəslə bağlı bütün söhbətləri kənara çəkməyə çalışacaq və hesab edəcək ki, həddindən artıq işçi qüvvəsindən istifadə etməklə yanaşma Rusiyaya Ukraynanın müdafiəsini gücləndirməyə davam etmək imkanı verəcək. …Amma indi yaz olmasına və hər şeyin qurumağa başlamasına baxmayaraq, döyüşlərin intensivliyi azalır. Bunu deyən Zquretsin sözlərinə görə, düşmənin Pokrovsk ətrafında cəhdləri səngiyib.…
Daha çox