Tanınmış jurnalist, Qaynarinfo-nun redaktoru Azər Rəşidoğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. SİA-məlumat verir ki, Onkoloji problemləri olan Azər Rəşidoğlu ilə bağlı müraciəti media rəhbərləri, QHT təmsilçiləri və ölkənin tanınmış ictimaiyyət adamları imzalayıb. Həmin müraciəti təqdim edirik: “Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım, Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir. Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf…
Daha çoxDay: March 18, 2025
SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb. SİA xəbər verir ki, bunu şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) “I” Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir”, – deyə o qeyd edib.
Daha çoxErmənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub. SIA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Daha çoxDeyirəm, Ştirlesə baxa-baxa bunların da başı xarab olub ey..?
…Beləliklə, Belarusda, Minsk polisinin mətbuat xidməti yazır ki, kişiyə qarşı bilə-bilə təhlükə barədə yalan məlumat vermə maddəsi ilə cinayət işi açılıb. Nədir məsələ? Deməli, SİA-nın məlumatına görə, bir neçə gün bundan əvvəl işi-gücü olmayan 58 yaşlı Minsk sakini…bekarçılıqdan şəhərdəki 105 nömrəli dəmir yoluna zəng edərək, xətt əməkdaşından biletlərin qiymətini soruşub. Əməkdaş biletin qiymətini nə təhər deyibsə, bekar kişi qiymətin baha olduğundan “yaman qəzəblənib”..? Halbuki heç bir yerə gedəsi də deyilmiş, elə belə, xətt əməkdaşı ilə məzələnmək istəyib..? …Nə isə biletin bahalığını əsas gətirən kişi, xətt əməkdaşını təhdid etməyə başlayıb. O,…
Daha çoxZabux kənd məktəbində Novruz şənliyi keçirilib
Laçının Zabux kəndinin sakinləri bu il də Novruzu doğma yurdlarında qarşılayırlar. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində Novruz şənliyi keçirilib. Bayram şənliyində məktəb kollektivi ilə bərabər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Təhsil sektorunun, “Laçın Abadlıq Xidməti” ASC-nin nümayəndələri, kənd sakinləri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Novruz şənliyində qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri nümayiş olunub, şagirdlər Keçəl və Kosa obrazını canlandırıblar. Şagirdlər yumurta döyüşdürüb, oyun oynayıb,…
Daha çoxUNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitet və iş dünyası arasında əməkdaşlığın səmərəliliyin artırılmasından bəhs olunub. Prof.Ədalət Muradov universitetlərin mütəxəssis hazırlığı istiqamətindəki missiyasından və UNEC-də bu istiqamətdə görülən işlərdən söz açıb. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. Görüşdə müəllim və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsi, birgə layihələrin icrası, Ömürboyu Təhsil Mərkəzi tərəfindən birja mütəxəssislərinin…
Daha çoxABŞ Ukraynaya hərbi yardımın bərpa olunduğunu təsdiqlədi
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. Həmçinin, Vaşinqton Kiyevi hərbi yardımla təmin etməyə davam edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç bildirib. “Bizdə təsdiqlənmiş məlumatlar var. Yardım Ukraynaya gedir”, – Qrinkeviç deyib. O, əlavə edib ki, hər gün kəşfiyyat məlumatı paylaşılır.
Daha çoxKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə…
Daha çoxOmbudsmanın nümayəndələri xüsusi internat məktəblərində nöqsanlar aşkarlayıb
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəznindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb. SİA xəbər verir ki, planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks…
Daha çoxUkrayna 3000 km məsafə qət edə bilən dronunu uğurla sınaqdan keçirib
“Ukrayna 3000 km məsafə qət edə bilən pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib”. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.. “Bu gün Qərargahın iclasını keçirdim. Bir neçə sual var idi, amma ən əsası dronlardır. Bütün növ pilotsuz uçuş aparatlarına ehtiyac var. Uzaqmənzilli dronlarla bağlı yaxşı xəbərlər var. 3000 km-lik dronumuz sınaqlardan keçdi. Tərtibatçılara və istehsalçılara minnətdaram. Biz dövlətimizin təhlükəsizliyinə zəmanət verəcək uzaqmənzilli hərbi sənaye məhsulları seriyası hazırlayırıq”, – deyə Zelensk bildirib. Bu gün Prezidentə Ukrayna raketlərinin, xüsusən də “Uzun Neptun” raketlərinin istifadəsi barədə məlumat…
Daha çox