Sosial-iqtisadi inkişafı təmin edən yeniliklər gözlənilirmi?

“Sosial-iqtisadi inkişafa dair mütəmadi işlər görülür. Büdcəmiz sosial yönümlüdür. Hər il bu büdcəyə yenidən baxılır, orta aylıq maaşlar, pensiyalar və sosial müavinətlər qaldırılır və hər zamanda dövlətin diqqət mərkəzində olan bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, burada bir məsələdə var ki, bu daha çox iqtisadi inkişafdan da asılıdır. Bizim iqtisadiyyatımız inkişaf etdikcə ola bilsin ki, hətta büdcənində yüklənməsi azalar və iqtisadiyyat özünü təmin etmiş olacaq: “Amma görürük ki, bu keçid dövründə, büdcəni hökümət öz üzərinə götürüb və müəyyən funksiyaları yerinə yetirir. Mütəmadi…

Daha çox

Dünya üçün nümunə olan SİYASİ USTALIQ

XII Qlobal Bakı Forumu 15 mart tarixində başa çatsa da, hələ çox müzakirələrə səbəb olacaq və ölkə rəhbərimizin fikirləri, eləcə də öz müsahibəsində səsləndirdikləri qətiyyən unudulmayacaq. Onsuz da yüzlərlə iştirakçı elə həmin tədbirdə dünya düzəninin necə dəyişdiyini və bundan sonra nə etmək lazım olduğunu müzakirə ediblər. Bununla belə, diqqətə çatdıraq ki, məhz ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ünvanladığı mesajlar və səsləndirdiyi fikirlərin də elə dünya düzəninin qaydasına düşməsi üçün bir yol xəritəsi olması fonunda hələ çox müzakirələr gözlənilir. Bütün bunların fonunda etiraf etmək lazımdır ki,…

Daha çox

Ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub

2025-ci ilin əvvəlindən Qazaxıstanın yaşayış sektorunda 1138 yanğın baş verib, 313 nəfər xilas edilib. SIA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Erlan Turegeldiyev bildirib. Onun sözlərinə görə, onlardan 6-sı uşaq olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları istilik mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Daha çox

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevlə görüş keçirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazir müsabiqə qaliblərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb, onların peşəkar potensialının inkişafına dəstək göstərilməsi, təcrübə imkanlarının artırmaları üçün şərait yaradılacağını qeyd edib. O, ölkənin sosial-iqtisadi həyatına yeni nəsil peşəkarların qazandırılmasında Mentorluq Proqramının əhəmiyyətini, qaliblərin bilik və təcrübələrindən gələcəkdə daha səmərəli istifadə üçün də dəstək olacağını bildirib. Görüşdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan ardıcıl islahatlar, sosial müdafiə və…

Daha çox

“2025-ci ilin əvvəlində Azərbaycan üçün infilyasiya daha yüksək proqnozlaşdırılır”

“İnfilyasiya 2020-ci ildə pandemiya dövründə iqtisadi münasibətlərdə, dəyər zəncirində fasilələrin yaranması, ehtiyatların zəifləməsi, eyni zamanda da konservativ iqtisadi münasibətlər istiqamətində meyillərin güclənməsi fonunda artım istiqamətli bir məcraya daxil oldu. Amma Rusiya-Ukrayna konflikti bu prosesin daha da sürətlənməsinə gətirib çıxardı. 2020-ci ilin əvvəlindən etibarən bütövlükdə götürəndə infilyasiya dünya iqtisadiyyatlarında demək olar ki, əhəmiyyətli səviyyədə təsiri altına alan iqtisadi fenomenlərindən birinə çevrildi və bu proses çərçivəsində Azərbaycanda da demək olar ki, bənzər tendensiyalar müşahidə olunur. 2020-ci ildə Azərbaycanda infilyasiya 14%, 2023-cü ildə 8.8%, 2024-cü ildə nisbətən sakitlik ili olsa da, 2.2%- ə…

Daha çox

“Mart faciəsi dünya tarixində bənzəri görülməyən bir faciədir”

“31 mart hadisələrinin olması labüd idi. Çünki o zamankı hakimiyyət bunun olmasını çox istəyirdi”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib. Onun sözlərinə görə, bu hadisələrin yaşanması üçün balaca bir qığılcım lazım idi ki, 31 mart hadisələri alovlansın: “Bu dünya tarixində görünməyən bir faciədir. Məsələn Əhməd bəy Ağaoğlunun Bakı Hadisələri ilə bağlı bir məqaləsi var. Həmin məqaləni isə 1905-1907-ci illərdə yazıb. Bu hadisələrin yaşanmasında ən böyük günah isə bizim özümüzdə olub. Çünki laqeyd bir xalq olmuşuq. Çünki…

Daha çox

Bu kənddə spirtli içkilərin qəbulu qadağan edilir…

…Rusiyada spirtli içkilərin qəbulunun qadağan olunduğu daha bir məntəqə yaranıb. SİA-nın məlumatına görə, Buryatiyanın Djidinski rayonunun Malı Narın kəndinin sakinləri yığıncaq keçirərək yekdilliklə onların yaşayış məntəqəsinə ayıqlıq zonası statusu verilməsi barədə qərar qəbul ediblər. Hakimiyyət, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yerli sakinlər bu ərazidə spirtli içkilərin satışını tamamilə qadağan etmək qərarına gəliblər. Deylənlərə görə, bu, bölgədə ilk dəfə deyil ki, yerli sakinlər spirtli içkilərdən istifadəyə qarşı çıxış edirlər. … “Buryatia-Online” xəbər verir ki, Malı Narın artıq Buryatiyada sayca 30-cu belə yaşayış məntəqəsi olub. Digər bölgələrdə də həddindən artıq spirt…

Daha çox

“Uşaqlıqda daha çox qaranlıq qorxusu özünü göstərir”

“Qorxular müxtəlif olur: Xüsusi qorxular və ümumi qorxular var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Psixoloqun sözlərinə görə, bəzən uşaqlıqda daha çox eşitdiyimiz cümlə var, “qaranlıqdan qorxuram”: “Çünki uşaqlar qaranlığa gedəndə valideynləri onlara fərqli sözlər deyirlər. El arasında desək, “Xoxan çıxacaq, oraya getmə, qorxulu nəsə var, polis var” kimi sözlərdən istifadə edərək uşaqlarda qaranlığa qarşı xüsusi bir qorxu yaradıblar. Bu, əslində valideynin özünün qorxusudur ki, uşağa ötürülüb. Zaman keçdikcə, uşaqlar böyüdükcə də bu qorxular artmağa başlayır. Bəzən uşaqlıqda yox, bu qorxu yeniyetməlikdə də, daha böyük yaşlarda da ola…

Daha çox

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub. Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək maliyyə hesabatının mükəmməl səviyyədə, bütün əhəmiyyətli aspektlər baxımından mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətini və maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyini vurğulayıb. Sonra 2024-cü il üzrə maliyyə hesabatı müzakirə olunaraq İdarə Heyətinin üzvləri tərəfindən təsdiq edilib. Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. Yekunda YAP Sədrinin…

Daha çox