Milli Məclis reklamla bağlı bəzi dəyişiklikləri ilk oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, rəqəmsal mühitin inkişafı bu sektorda reklam fəaliyyətinin genişlənməsinə və bazar payının artımına səbəb olub, yeni reklam daşıyıcıları meydana gəlib və belə daşıyıcılar yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər, “influyenser”, “bloqqer” kimi yeni reklam subyektlərin ortaya çıxması və s.) təchiz edilib. “Reklam haqqında” qanununda…
Daha çoxDay: March 18, 2025
Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb
Qazaxıstanın Şımbulak dağ-xizək kurortunda faciə baş verib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, 3 nəfərin qadağan olunmuş zonada xizək sürməsi qar uçqunu yaradıb. Nəticədə hər üçü qarın altında qalıb. Hadisə əsas kurort ərazisindən təxminən bir kilometr kənarda – Komsomol rayonunun ucqar hissəsində baş verib. Xizəkçilərdən ikisi qarın altından çıxa bilib, üçüncünü isə xilasedicilər çıxaranda artıq dünyasını dəyişmişdi. Xilasedicilər bildiriblər ki, dağlarda yüksək qar uçqunu təhlükəsi var. Turistlər və həvəskarlardan təhlükəsizlik tədbirlərinə riayət etməyə və qar uçqunu təhlükəsi ilə bağlı məlumatları əvvəlcədən dəqiqləşdirməyə çağırış edilib. Şımbulak Almatı yaxınlığında Qazaxıstanın məşhur…
Daha çoxFHN əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) ilaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır: – bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı; – tonqalın ətrafına yığışan…
Daha çox“Nəqliyyat ekspedisiya haqqında” yeni qanun hazırlanır
Azərbaycanda “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır. SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika Komissiyası”nın iclasında komissiyanın sədri Kamran Həbibov bildirib. Onun sözlərinə görə, Komissiya üzvləri bu prosesdə aktiv iştirak edirlər. İclasda ötən müddətdə görülən işlər, dövlət-özəl dialoqunun nəticəsi olaraq gömrük rəsmiləşdirilməsində müddətlərin qısadılması, bir çox xidmətlərin rəqəmsallaşması kimi irəliləyişlərə nail olunduğu diqqətə çatdırılıb. Komissiya üzvləri konteyner yüklərin daşınmasında bu ildən çəki və hündürlük məsələlərinin ortaya çıxdığını və bunun yerli daşıyıcıların işinə çətinliklər yaratdığını bildiriblər. Eyni zamanda, “İpəkyolu” terminalında qrup malların…
Daha çoxHərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib
Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlər keçirilir. Nazirlikdən SİA-ya bildirilib ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib. Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar. Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların…
Daha çoxYermak: “Münaqişə bitdikdən sonra…”
Yermak: “Münaqişə bitdikdən sonra…”
Daha çoxBu gün ilk Qədr gecəsidir
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. SİA xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq. Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını…
Daha çox“Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat” təsdiqlənib
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Təlimat dəmiryol stansiyasında (bundan sonra – stansiya) qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya, mərkəzləşmə və bloklama (bundan sonra – SMB) qurğularının, həmçinin siqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğu hallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqda qatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinə yetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dair tələbləri müəyyən edir. Onun tələbləri qatarların hərəkəti…
Daha çoxXüsusi karantin rejiminin müddəti uzadılıb
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Daha çoxKursk və Belqorod vilayətlərində 3 pilotsuz təyyarə məhv edilib
Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Ukraynanın üç pilotsuz təyyarəsini vurub: iki pilotsuz təyyarə Kursk vilayəti ərazisi üzərində, biri isə Belqorod vilayəti ərazisi üzərində… SİA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. …Moskva vaxtı ilə saat 13:30-dan 14:30-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın üç pilotsuz uçuş aparatını məhv edib: Kursk vilayətinin ərazisində iki PUA və Belqorod vilayətinin ərazisində bir PUA. Bunu departament öz Telegram kanalında bildirib. Əli Babayev
Daha çox