ADY qatarların yeni qrafikini təqdim edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafikini müəyyənləşdirib. SİA ADY-yə istinadən xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya,…

Daha çox

Tramp Putinə zəng etməzdən əvvəl Starmerlə əlaqə saxlayıb…

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan telefon danışığından əvvəl dünən axşam Böyük Britaniyanın baş naziri Keir Starmer ilə danışıqlar aparıb. SİA-nın məlumatına görə, bu barədə “The Guardian” yazır. Starmerin sözçüsü bildirib ki, baş nazir şənbə günü “İstəyənlərin Koalisiyası” çərçivəsində beynəlxalq liderlərlə söhbəti barədə Trampa məlumat verib. Starmer həmçinin ədalətli və davamlı sülhün əldə edilməsində Ukraynaya maksimum dəstək vermək üçün birgə çalışmağın vacibliyini vurğulayıb. Yeri gəlmişkən, Putin və Trampın danışıqlarının bu gün baş tutması planlaşdırılır. Əli Babayev

Daha çox

“Ölkəmiz dünyəvi sistemlə idarə olunur”

“Ölkəmiz dünyəvi sistemlə idarə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib. O bildirib ki, bu dünyəvi sistemdə də hər şey bəllidir: “Din dövlətin işlərinə qarışmır. Dövlət dinlə idarə olunmur, konstitusiya ilə idarə olunur. Xalqımızın çoxu müsəlman olsa da, dövlət bütün dinlərə eyni yanaşır. Hər kəs konstitusiya qarşısında eyni məsuliyyəti daşıyır. Ölkəmizdə olan digər dinlərə də konstitusiyamız təminatını verib. Çox multikultural, mədəni şəkildə ölkəmizdə həm yəhudilər, həm xiristianlar, müxtəlif din mənsublarının haqları, hürriyyətləri təmin olunur. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik…

Daha çox

Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Yaxın vaxtlarda Bakıda 13-cü Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMCyə istinadən xəbər verir. Məlumata görə, artıq forumla bağlı hazırlıqlara başlanılıb. Tədbir çərçivəsində plenar sesiyalar təşkil ediləcək. Forumda 300-dən çox qonağın iştirakı gözlənilir. Xatırladaq ki, ötən il Azərbaycan-Rusiya Regionlararası Forumu Stavropol diyarının Mineralnıe Vodı şəhərində keçirilmişdi.

Daha çox

Ordumuzun mövqeləri fasilələrlə atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Daha çox

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib

Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bu küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb. Digər yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq…

Daha çox

“Kiçik davranışların arxasında dərin psixoloji amillər gizlənə bilər”

“Bəzən dodaqlarımızı və yanaqlarımızın içini dişləməyə meyilli oluruq və bu davranışın arxasında sadəcə vərdiş deyil, həm də dərin psixoloji səbəblər dayanır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, bu hal, tibbdə Morsicatio buccarum adlanır: “Adətən şüursuz şəkildə baş verir. Stress və Anksiyetenin Rolu Dodaq və yanaq dişləmə əksər hallarda stress və anksiyete ilə əlaqəlidir. İnsanlar narahat olduqda, bədən avtomatik olaraq bəzi özünütənzimləmə mexanizmlərinə əl atır. Bu mexanizmlərdən biri də dişləmə kimi təkrarlanan hərəkətlərdir. Belə davranışlar beynin kortizol səviyyəsini nisbətən tənzimləməyə kömək edir və qısamüddətli rahatlama…

Daha çox

“PAŞA Holdinq”in banklarının rəhbərliyində dəyişiklik olub

“PAŞA Holdinq” MMC-yə məxsus “PAŞA Bank” və “Kapital Bank” ASC-lərin rəhbərliyində dəyişiklik olub. SİA-ya daxil olan məlumata görə, “PAŞA Bank”ın Müşahidə Şurasının (MŞ) Mir Camal Paşayev vəzifəsini tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib. O, indiyə qədər “Kapital Bank”ın MŞ-nın sədri olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub. Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu “PAŞA Holdinq”ə, 28,2 %-i “Bless” MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə məxsusdur. Xatırladaq ki, “Kapital Bank” 2006-cı…

Daha çox

Anar Bağırov namizədlərlə vəkilliyə qəbulla bağlı test imtahanlarını müzakirə edib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüş keçirilib. Bu barədə SİA-ya ARVK-dən məlumat verilib. Məlumata görə, Anar Bağırov bildirib ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ARVK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilərək, hər namizədə eyni suallar verilir. İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu bildirən sədr icbari təlimdə ARVK-dan…

Daha çox