Azərbaycan Ordusunun mövqeləri martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Daha çoxDay: March 18, 2025
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı şəhərinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bu küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb. Digər yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq…
Daha çoxİlham Əliyev və xanımı Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çox“Kiçik davranışların arxasında dərin psixoloji amillər gizlənə bilər”
“Bəzən dodaqlarımızı və yanaqlarımızın içini dişləməyə meyilli oluruq və bu davranışın arxasında sadəcə vərdiş deyil, həm də dərin psixoloji səbəblər dayanır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, bu hal, tibbdə Morsicatio buccarum adlanır: “Adətən şüursuz şəkildə baş verir. Stress və Anksiyetenin Rolu Dodaq və yanaq dişləmə əksər hallarda stress və anksiyete ilə əlaqəlidir. İnsanlar narahat olduqda, bədən avtomatik olaraq bəzi özünütənzimləmə mexanizmlərinə əl atır. Bu mexanizmlərdən biri də dişləmə kimi təkrarlanan hərəkətlərdir. Belə davranışlar beynin kortizol səviyyəsini nisbətən tənzimləməyə kömək edir və qısamüddətli rahatlama…
Daha çox“PAŞA Holdinq”in banklarının rəhbərliyində dəyişiklik olub
“PAŞA Holdinq” MMC-yə məxsus “PAŞA Bank” və “Kapital Bank” ASC-lərin rəhbərliyində dəyişiklik olub. SİA-ya daxil olan məlumata görə, “PAŞA Bank”ın Müşahidə Şurasının (MŞ) Mir Camal Paşayev vəzifəsini tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib. O, indiyə qədər “Kapital Bank”ın MŞ-nın sədri olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub. Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu “PAŞA Holdinq”ə, 28,2 %-i “Bless” MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə məxsusdur. Xatırladaq ki, “Kapital Bank” 2006-cı…
Daha çoxAnar Bağırov namizədlərlə vəkilliyə qəbulla bağlı test imtahanlarını müzakirə edib
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüş keçirilib. Bu barədə SİA-ya ARVK-dən məlumat verilib. Məlumata görə, Anar Bağırov bildirib ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ARVK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilərək, hər namizədə eyni suallar verilir. İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu bildirən sədr icbari təlimdə ARVK-dan…
Daha çoxAnar Əliyev Ağdaşda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdaş rayonunda Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha çox“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşuldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub. SİA xəbər verir ki, layihə çərçivəsində Birbank-ın baş ofisində 30 ədəd, filiallarında isə 119 ədəd xüsusi qutu yerləşdirilib. Artıq bankın müştəriləri və əməkdaşları istifadəyə yararsız elektrik batareyalarını bu qutulara atmaqla təhvil verə bilərlər. Hazırda müxtəlif dövlət qurumları, şirkətlər, marketlər, təhsil müəssisələri və hotellər də daxil olmaqla 500-dən çox məntəqədə batareya toplama konteynerləri quraşdırılıb. Layihə çərçivəsində 2024-cü ildə 1645 kiloqram işlənmiş batareya toplanıb. Layihənin məqsədi istifadəyə yararsız batareyaların çeşidlənərək xüsusi…
Daha çox“Zəngəzur dəhlizi Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biridir”
“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində əsas məqamlardan biri də Zəngəzur dəhlizinin reallaşdırılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, bu dəhlizin, layihənin müəllifi Azərbaycandır: “Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı qətiyyətli və birmənalı mövqeyi daim ortada olub. Azərbaycan dövləti üçün bu, qırmızı xətdir. Azərbaycanın əsas hissəsi ilə digər ayrılmaz hissəsi olan Naxçıvanı maneəsiz birləşdirəcək bu dəhlizin açılması qarşıya qoyulan ən böyük vəzifələrdən biridir. Azərbaycan dövləti nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin açılmasına nail olacaqdır. Buna heç kimin şübhəsi olmamalıdır. Amma təəssüf ki, son dövrlərdə aparılan…
Daha çoxKonor Makqreqor ailəsi ilə birgə Ağ Evdə
Keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor ailəsi ilə birgə Ağ Evdə olub. SİA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onları Oval kabinetdə qəbul edib. Makqreqor administrasiyanın digər üzvləri ilə də görüşüb və hazırkı İrlandiya hökumətini tənqid edib. Qeyd edək ki, 36 yaşlı idmançının MMA üzrə 22 qələbə və 6 məğlubiyyəti var. Konor iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub. Xatırladaq ki, Konorun həyat yoldaşı Di Devlindən Konor Junior, Kroya, Rayan və Mak adlı dörd övladı var.
Daha çox