FHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi bayram günləri ilə əlaqədar attraksionlara nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib. SİA-nın məlumatına görə, nəzarət tədbirləri Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi ölkənin şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionlarda keçirilir. Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə…

Daha çox

Prezident və birinci xanım Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. SİA xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.

Daha çox

Trampla bağlı bu iddia rədd edildi

Ev Tramp administrasiyasının 250 venesuelalı immiqrantın qanunsuz olaraq deportasiya etdiyinə dair iddiaları rədd edib. SİA xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ağ evin mətbuat katibi Kerolayn Livit danışıb. O, bunu “terrorla mübarizə əməliyyatı” kimi xarakterizə edib. “Administrasiya qanun çərçivəsində, prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində və Xarici Düşmənlərə dair Aktı ilə ona verilən səlahiyyətlər çərçivəsində hərəkət edib. Biz bu işi məhkəmədə qazanacağımıza tam əminik”, – deyə Livit bildirib. O, həmçinin deyib ki, deportasiya edilənləri daşıyan təyyarələr federal məhkəmənin onları göndərməməklə bağlı qərarından əvvəl yola düşüb. Qeyd edək ki, ABŞ məhkəməsi…

Daha çox

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər…

Daha çox

“Təbii qaz “dəyişdirici yanacaq” rolunu oynayacaq”

“Qlobal qaz tələbatı 1970-ci illərin əvvəlindən bəri dörd dəfədən çox artıb və mavi yanacağa dair perspektivlər həmişəkindən daha maraqlı görünür. Bir çox bazarlarda təbii qaz enerjiyə çıxışın yaxşılaşdırılmasında və orta müddətli iqtisadi artımın dəstəklənməsində “inkişaf üçün yanacaq” kimi əsas rol oynayacaq. Digər bazarlarda təbii qaz “dəyişdirici yanacaq” rolunu oynayacaq. Bu, regionun ümumi enerji tələbatının demək olar ki, yarısını təşkil edən kömürdən ciddi şəkildə asılı qalan iri Asiya iqtisadiyyatlarına aiddir”. Bu sözləri SİA-ya açıqlamasında enerji sektoru üzrə ekspert Zəfər Vəliyev deyib. Onun sözlərinə görə, Asiyadan kənarda ABŞ, Mərkəzi və Şərqi Avropa…

Daha çox

Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. SİA xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. İclasda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi və digər qanun layihələri müzakirə olunacaq.

Daha çox

Fransada irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər artıb

Fransada ümumilikdə 9700 irqçi hərəkətin qurbanı müəyyən edilib, 5000 nəfər isə bu cinayətə cəlb olunub. SİA Fransa Daxili İşlər Nazirliyinin hesabatına istinadla xəbər verir ki, 2023-cü ildə qeydə alınmış kəskin artımdan sonra irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər 2024-cü ildə 11% artaraq 9350-yə çatıb. Həmçinin, qeyd edilir ki, eyni səbəblərə görə 2023-cü illə müqayisədə (+6%) 6985 cərimə qeydə alınıb. Bu cinayət və hüquq pozuntularının əksəriyyəti təhqir, təxribat və ya böhtandır. Hesabata görə, Milli Polis və Milli Jandarma 2024-cü il ərzində ölkəboyu irqçilik, ksenofobiya və din əleyhinə 16 mindən çox cinayət…

Daha çox

“Yaz sadəcə günəşin parlaqlığı ilə özünü göstərmir”

“Torpaq çərşənbəsinin tarixi haqqında danışmaq, standart tarix haqqında danışmağa bərabər deyil”. Bu sözləri SİA-ya açıqlamasında tarixçi Paşa Həsənli deyib. O bildirib ki, onun tarixini müəyyənləşdirmək mümkün deyil: “Baharın gəlişi, təbiətin oyanması bir prosesdir və bu zaman alır. Qışdan yaza keçiddir. Hesab edilir ki, get-gedə təbiət oyandıqca proses gedir və torpaq çərşənbəsi axırıncı çərşənbədir. Torpaq çərşənbəsi bir kulminasiya nöqtəsidir. Torpaq çərşənbəsinə qədər torpaqda oyanmalar gedir. Torpaq isinir, temperatur qalxır və elə bir mərhələyə gəlir ki, 4-cü çərşənbədə həm də torpaq oyanır. Bitkiləri yetişdirmək üçün torpaq artıq oyanmış olur. Müəyyən bir müddət…

Daha çox

“Dünya təcrübəsində yaşıl kreditlər geniş tətbiq olunur”

“Yaşıl kreditlər, ətraf mühitə müsbət təsir göstərən və ekoloji cəhətdən davamlı layihələrin maliyyələşdirilməsi üçün verilən kredit növüdür. Bu kreditlər, əsasən, karbon emissiyasının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı kimi məqsədləri dəstəkləyir. Azərbaycanda yaşıl maliyyələşdirmə sahəsində bir sıra təşəbbüslər həyata keçirilmişdir. Məsələn, Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması məqsədilə “Yaşıl Taksonomiya” hazırlamış və təsdiqləmişdir. Bu sənəd, iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsini əhatə edir. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib. Onun…

Daha çox

Prezident və xanımı Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər. SİA bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda…

Daha çox