Parlament bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyətinin ləğvini qəbul edib

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir. SİA xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. Bu dəyişikliyə qədər qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir…

Daha çox

“İnsanları ticari əlaqələr düşündürür”

“Azərbaycanda kinoteatrların işləməməsi, həmin yerlərin ya olmaması, ya da biznes məqsədi ilə digər qurumlara çatması ilə əlaqədardır. Bu da istər-istəməz təəssüf hissi doğurur. İstirahət mərkəzləri müəyyən yerlərdə mövcuddur, amma onların qiyməti heç də əlçatan deyil. Yerli vətəndaşlar üçün qiymət bahalı olduğundan, insanların orada istirahət etməsinin qarşısını kəsir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib. Onun sözlərinə görə, kinoteatrlarla olan məsələ Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməlidir. Respublikanın mərkəzində olan tamaşaların müxtəlif yerlərdə, truppa tərəfindən qastrol səfərlərində nümayiş etdirilməsi SSRİ dövründə mövcud idi: “İnsanlar asudə vaxtını yaxşı keçirməsi üçün müxtəlif yerlərdə…

Daha çox

Azercell-dən Novruz Bayramına xüsusi təklif

Lider mobil operatordan Honor cihazlarını əldə edən müştərilərə internet və danışıq yarı qiymətə Azercell Novruz Bayramı münasibətilə xüsusi kampaniyaya start verir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından Honor smartfonu və ya planşeti əldə edən bütün istifadəçilər üç ay ərzində “SuperSən 6GB” və “SuperSən 10GB” tariflərindən 50% endirimlə yararlanmaq imkanı əldə edəcəklər. 31.03.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 179 AZN-dən başlayan Honorcihazlarına şamil olunacaq. Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/daxil ola bilərsiniz. Azercell Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edir!

Daha çox

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.

Daha çox

Çinin Ceres-1 raketi səkkiz peyki buraxıb

…Galactic Energy-nin Ceres-1 raketi səkkiz peyki buraxıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb. Daşıyıcı bazar ertəsi, martın 17-də, Moskva vaxtı ilə saat 11:07-də ​​Çinin şimalındakı Ciuquan kosmodromundan yola düşüb. Atmosferin müşahidəsi üçün altı Yunyao-1 meteoroloji peyki və Yerin məsafədən zondlanması üçün iki AIRSAT peyki günəşlə sinxron orbitə buraxılıb. SİA-nın məlumatına görə, 2024-cü ilin avqustunda TASS xəbər vermişdi ki, Ceres-1 raketi Sarı dənizin şərqindəki Şandun əyalətinin (Çin) sahilləri yaxınlığındakı platformadan Jitianxing-A-03, Suxing-1-01 və Tianfu Gaofen-2 peykləri, eləcə də Yunyao-1 №1167 və 15 nömrəli nəqliyyat vasitələri ilə buraxılıb. Əli Babayev

Daha çox

300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,1 % azdır. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 % azalıb. Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ini kişilər, 32,5 %-ini qadınlar…

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.85% – 41,841.63 bəndədək, S&P 500 indeksi 0.64% – 5,675.12 bəndədək, Nasdaq indeksi isə 0.31% – 17,808.66 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 17-də FTSE 100 indeksi 0.56% – 8,680.29 bəndədək artıb, Fransanın CAC-40 indeksi 0.57% – 8,073.98 bəndədək, Almaniyanın DAX indeksi 0.73% – 23,154.57 bəndədək artıb.

Daha çox

MM daha bir sazişi təsdiqləyib

Milli Məclis “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiqi haqqında qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Daha çox