Parlamentlərarası əlaqələr Azərbaycan və Rusiya əməkdaşlığında xüsusi yer tutur


Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq əlaqələri bağlayır. SİA xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov Azərbaycan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasında bildirib.

“Parlamentlərarası əlaqələr iki ölkənin əməkdaşlığında xüsusi yer tutur, bu, əməkdaşlığımızın formalaşmasına töhfə verən mühüm mexanizmdir”, – o qeyd edib.

Ə.Əhmədov, həmçinin Azərbaycan və Rusiyada keçirilən seçkilərdə müşahidə missiyalarının mübadilə təcrübəsinin səmərəliliyini də vurğulayıb.

Milli Məclisin birinci vitse-spikeri parlamentlər arasında əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gələcək inkişafına ümid ifadə edib.

Əlaqəli Xəbərlər