Trampla bağlı bu iddia rədd edildi


Ev Tramp administrasiyasının 250 venesuelalı immiqrantın qanunsuz olaraq deportasiya etdiyinə dair iddiaları rədd edib. SİA xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ağ evin mətbuat katibi Kerolayn Livit danışıb.

O, bunu “terrorla mübarizə əməliyyatı” kimi xarakterizə edib.

“Administrasiya qanun çərçivəsində, prezidentin konstitusiya səlahiyyətləri çərçivəsində və Xarici Düşmənlərə dair Aktı ilə ona verilən səlahiyyətlər çərçivəsində hərəkət edib. Biz bu işi məhkəmədə qazanacağımıza tam əminik”, – deyə Livit bildirib.

O, həmçinin deyib ki, deportasiya edilənləri daşıyan təyyarələr federal məhkəmənin onları göndərməməklə bağlı qərarından əvvəl yola düşüb.

Qeyd edək ki, ABŞ məhkəməsi Tramp administrasiyasına Ağ Evin yüzlərlə venesuelalını deportasiya etmək addımının məhkəmə qərarına zidd olub-olmadığını izah etməsi üçün məhkəmə prosesi keçirəcək.

Əlaqəli Xəbərlər