Azərbaycanda süni intellekt üzrə prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının siyahısı hazırlanacaq. SİA xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.
Strategiyada süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi məqsədilə dövlət orqanlarının bu sahədə potensialının və resurslarının qiymətləndirilməsi, müəyyən edilmiş hər bir prioritet sektor üzrə dövlət orqanları tərəfindən fəaliyyət planlarının hazırlanması nəzərdə tutulur.
Eyni zamanda məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın yaradılması, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması qaydalarının və süni intellekt üzrə ən azı 3 dövlət standartının hazırlanması planlaşdırılır.