Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib. Suqovuşanın İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu, bizim birinci…
Daha çoxDay: March 19, 2025
Qazaxıstanın qərbində dron düşdü
Qazaxıstanın qərbində dron düşdü
Daha çox“Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”
İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma…
Daha çoxİsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib
İsveçin iqlim naziri Romina Purmohtari hökumətin iqlim siyasətini qiymətləndirən İqlim Siyasəti Şurasının illik hesabatının təqdimatında iştirak etməkdən imtina edib. SİA xəbər verir ki, bu, nazirin tədbirə məhəl qoymadığı ilk haldır. Bu il başqa hökumət nümayəndələri də olmayacaq. “Dagens Nyheter” nəşrinin məlumatına görə, əvvəl nazirin adı iştirakçılar arasında qeyd edilsə də, sonradan gündəlikdən çıxarılıb. Hökumət imtinanın səbəblərini izah etməyib, İqlim Siyasəti Şurasının özü isə şərh verməkdən imtina edib. Linçöping Universitetindən olan iqlimşünaslar bu qərardan təəccübləndiklərini ifadə edərək, bunu həyəcanverici siqnal kimi qiymətləndiriblər. Onların fikrincə, imtina maraqsızlıqdan irəli gəlirsə, bu, ciddi problem…
Daha çoxZəngilan rayonunun Ağalı kəndində İlaxır çərşənbəsi qeyd olunub
Zəngilan rayonun Ağalı kəndində Novruz bayramı və İlaxır çərşənbəsi münasibətilə musiqili-əyləncəli konsert təşkil olunub. SİA xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, konsertdə mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif musiqilər səsləndirilib. Həmçinin Novruz personajları Kosa, Keçəl, Bahar qızının iştirakı ilə uşaqlar üçün əyləncəli proqram təşkil edilib. Sonda kənd sakinləri qonaqlarla bərabər tonqal ətrafında yallı gediblər. Birlik və bərabərlik rəmzi olan yallıdan sonra bayram şənliyi evlərdə, ailə ortamında davam edib.
Daha çoxSuqovuşanda sakinlərə evlərin açarları təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verildi. Bildirildi ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan…
Daha çoxXankəndində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb
Xalqımızın qədim el bayramı Novruzun gəlişi ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də bayram şənliyi ilə qeyd olunub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilib. Yazın gəlişi Qarabağda, Xankəndidə böyük coşqu ilə qarşılanır. Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə…
Daha çoxAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daha çoxQərb Putinin atəşkəs şərtini açıqlayıb
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçisi Steve Witkoff ilə görüşündə bəyan edib ki, atəşi müvəqqəti dayandırmaq üçün Amerikanın Ukraynaya silah tədarükü dayandırılmalıdır. SİA xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb. Bloomberg-in iki mənbəsi bildirib ki, Moskva Qərb ölkələrindən Kiyevə hərbi yardımı tamamilə dayandırmağı tələb edir, lakin “minimum məqsəd” ABŞ-dan silah tədarükünün dayandırılmasıdır. Bu yardım Ukraynanın hərbi potensialını məhdudlaşdırmalı olduğu sülh sazişi bağlandıqdan sonra bərpa oluna bilər. Əli Babayev
Daha çoxAğdərə və Xocalıda İlaxır çərşənbə yüksək əhval-ruhiyyədə qeyd edilib
Ağdərə rayonunun Həsənriz kəndində İlaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd olunub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sakinlər kəndin mərkəzində yandırılan tonqal ətrafına toplaşaraq çərşənbəni qeyd ediblər. Xocalıda evlərinə dönən keçmiş məcburi köçkünlər şəhərin girişinə quraşdırılmış səməni ətrafına toplaşıb, yazın gəlişini qeyd ediblər. Ballıca kəndində də tonqallar qalanıb. Yanar ocaqlarımız sönməsin!
Daha çox