“Müasir Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Biz hər zaman – həm kədərli, həm də sevincli anlarımızda birlikdəyik”. SİA xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə Azərbaycan səfirliyi və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə təşkil olunan iftar mərasimində söyləyib. Onun sözlərinə görə, mədəniyyət və təhsil də daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələr yüksək səviyyədədir və elə bir sahə yoxdur ki, sıx əməkdaşlıq edilməsin. Bu isə illər ərzində formalaşan dostluq və…
Daha çoxDay: March 19, 2025
İngilis qadın konteynerə köçmək üçün bütün əşyalarını satır…
Şotlandiyalı Robin Svan 185.000 funt-sterlinqə torpaq alıb və konteynerdə həyatına başlayıb… Şotlandiya sakini Robin Svan həyatında köklü dəyişiklik etmək qərarına gəlib və bütün əmlakını, o cümlədən məişət texnikası və eləcə də mebelini də satıb. Nəticədə o, borclarını ödəmək üçün Stirlinqdəki evini icarəyə verərək yenidən girov qoyub. Gəlirləri və əmanətləri ilə Robin 185 min funt sterlinqə təxminən üç hektar torpaq sahəsi alıb. SİA-nın məlumatına görə, yeni bir yerdə həyata başlarkən qadına göndərmə konteynerini təşkil etmək üçün iki ay vaxt lazım olub. Və bu müddət ərzində o,…
Daha çoxBaharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub
Xalqımızın ən əziz bayramlarından olan Novruz Qəbələ rayonunda böyük coşqu ilə qeyd olunub. Qəbələlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Novruz bayramı münasibətilə martın 18-də Qəbələ şəhərindəki Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda ümumrayon tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, qəbələliləri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildirib. Vurğulayıb ki, artıq xalqımız Novruz bayramını ikiqat sevinc hissi, Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Bayram tədbirinə…
Daha çoxHavay adalarının yaxın onilliklərdə yox olacağını deyirlər..?
Alimlər vurğulayırlar ki, problem iqlim dəyişikliyi ilə daha da dərinləşir və bu, artıq sahilyanı daşqın riskini artırır… …Havay adalarında həyəcan verici tendensiya aşkar edilib: Oahu adasının bəzi hissələri gözləniləndən 40 dəfə tez, inanılmaz sürətlə okeana batır. SİA-nın məlumatına görə, bu, regionun infrastrukturu, xüsusilə Honolulu, Vaikiki və Pearl Harborun sahilyanı əraziləri üçün ciddi təhlükə yaradır. Havay Universitetinin alimləri tərəfindən aparılan araşdırma torpaq səviyyələrində kritik dəyişiklikləri üzə çıxarıb. Əgər əvvəllər adanın ildə təxminən 0,6 millimetr sürətlə batdığı hesab olunurdusa, indi bəzi sahilyanı ərazilərdə ildə 25 millimetrə qədər…
Daha çoxRamazanın 19-cu gününün duası
Sabah Ramazan ayının 19-cu günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:20-də, iftar isə 19:06-dadır. İmsak duası: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”. Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar…
Daha çox“Dövlət başçısının ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir”
“Dövlət başçısının ailəsi ilə birlikdə işğaldan azad olunmuş bölgələrdə ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir. Burada məskunlaşmaq istəyən insanlara bir mesajdır ki, bu yerlərdə yaşamağın heç bir təhlükəsi yoxdur. Əvvəlkindən də daha artıq təhlükəsiz mühitdə yaşamaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, həmin bölgələrdə böyük bərpa və quruculuq işləri davam edir. Dövlət başçımız cənab Prezident İlham Əliyevin hər an bura yaxınlaşması və həmin ərazilərdə olması gedən bərpa-quruculuq işlərinin vüsətinə, keyfiyyətinə də xeyli dərəcədə təsir göstərir: “Bu dünyaya bir mesajdır ki, Azərbaycan işğaldan azad edilmiş…
Daha çoxO kinoda necə deyilirdi… “az ye, kök adam küt olar”..?
O kinoda necə deyilirdi… “az ye, kök adam küt olar”..?
Daha çoxSuqovuşanda yaşayış kompleksi istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxTrampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər
Bu gün ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin Ukrayna müharibəsində sülhün və atəşkəsin vacibliyindən danışıblar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Bildirilir ki, hər iki lider bu münaqişənin davamlı sülhün əldə olunması ilə başa çatması barədə razılığa gəliblər. Tərəflər, həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. “Bu münaqişə heç vaxt başlamamalı və çoxdan səmimi və xoşniyyətli sülh səyləri ilə bitməli idi. Liderlər sülhə doğru hərəkətin atəşkəsin energetika və infrastruktur baxımından əldə olunması, Qara dənizdə atəşkəsin həyata…
Daha çoxAğstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur
Xalqımızın qədim el bayramı Novruzun gəlişi Ağstafada geniş bayram tədbiri ilə qeyd edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir iştirakçıları Novruz atributları, milli ornamentlərlə bəzədilmiş əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Novruzun personajlarından olan Bahar qızın təbrikləri, Kosa və Keçəlin məzəli zarafatları tədbirə əlavə rəng qatıb. Xalqımızın milli adət-ənənələrini, mənəvi dəyərlərini ehtiva edən ədəbi-bədii kompozisiyalar, eləcə də idmanın müxtəlif növləri üzrə gənclərin nümunəvi çıxışları da nümayiş olunub. Rayon sakinləri milli geyimli xanımların təqdim etdikləri bayram xonçalarındakı təamlardan dadıb, sacda bişirilən qutaba, fəsəliyə qonaq olublar. Mədəniyyət və incəsənət…
Daha çox