Putin Trampa yuxarıdan aşağı istehza edirdi..?

Amerika Birləşmiş Ştatlarının prezidenti tərcüməyə görə sarkazmı başa düşməyib… …Putin danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı açıq şəkildə ələ salır. SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidentinin Avropa və Rusiya məsələləri üzrə keçmiş xüsusi köməkçisi Fiona Hill “The Foreign Affairs” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Trampın özü tərcümə çətinlikləri səbəbindən Rusiya liderinin lağ etməsini başa düşmürdü. Trampın əvvəlki dövründə Rusiya və ABŞ arasında danışıqlarda iştirak edən Hill, tərcüməçilərin Putinin ünsiyyət tərzini çatdırmamaqla “köşəkləri kəsdiklərini” söyləyib. O qeyd edib ki, danışıqlardan sonra ABŞ prezidenti Putinin…

Daha çox

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Novruz və Ramazan bayramları münasibətilə təbrik edib

Milli Məclis adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlanıb. SİA-nın məlumatına görə, bu təkliflə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Sədrin sözlərinə görə, məktubda onlara xalqın və dövlətin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulanır. Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha çox

Taker Karlson slavyan soyadlı idmançılara qarşı ayrı-seçkiliyi pisləyir…

Zəngin mədəni irsə malik, dünya siyasətində mühüm rolu olan bir ölkəni “yanacaqdoldurma məntəqəsi” adlandırmaq uzaqgörməzliyin əlamətidir… Amerikalı jurnalist Taker Karlson ABŞ siyasətçilərinin Rusiyanı “nüvə silahına malik yanacaqdoldurma məntəqəsi” adlandıran bəyanatlarını kəskin tənqid edib. SİA-nın məlumatına görə, bu cür fikirləri təbliğ edənlər arasında o, keçmiş senator Con Makkeynin adını çəkərək onu aşağı intellekt səviyyəsinə malik insan kimi xarakterizə edib. Karlson qeyd edib ki, bu cür bəyanatlar Rusiya tarixi və mədəniyyətindən xəbərsizliyi nümayiş etdirir. O, bu fikri bölüşənlərin Lev Tolstoyun əsərlərini oxumağı təklif edib. Onun fikrincə, zəngin…

Daha çox

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun təşkilatçılığı ilə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə 18 Mart – Çanaqqala Zəfərinin 110-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 104-cü ildönümləri ilə əlaqədar tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzülüb. Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk…

Daha çox

“XII Qlobal Bakı Forumu bir çox özəllikəri özündə ehtiva edib”

“2013-ci ildən başlayaraq sayca XII olan Qlobal Bakı Forumu ölkəmizdə möhtəbər tədbirlərdən biridir və ölkəmizdə hər il keçirilir. Bu Forumun özəlliyi ondan ibarətdir ki, Azərbaycanın həm yerləşdiyi region, həm də bugünkü siyasi baxış bucağı, həm də bu Qlobal Forumun təşkili mahiyyət etibarı ilə yeni bir reallıq yaradır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, biz bugünə qədər öyrəşmişik və görmüşük ki, belə qlobal forumlar yalnız Avropa ölkələrində keçirilsin. Buna misal olaraq qeyd etmək olar ki, Münhen Təhlükəsizlik Konfransı var, Davos və başqa konfransları qeyd etmək olar:…

Daha çox

“Brestskoye Pivo”-nun iflası ilə bağlı maraqlı fakt…

Şirkəti xarabalığa gətirən kimdir..? …Belarusun Brest vilayətinin İqtisad Məhkəməsi “Brestskoye Pivo” şirkətinə qarşı iflas işi açıb. Deyilənlərə görə, Brest müəssisəsi üç il ərzində zərərlə işləyirmiş. SİA-nın məlumatına görə, bu barədə “Office Life” məhkəmənin bəyanatına istinadən xəbər verir. Maraqlıdır ki, bu, “Brestskoye Pivo” üçün ilk iflas proseduru deyil. Belə ki, müəssisə 2014-cü ildən yenidən təşkil olunub, 2020-ci ilin avqustuna qədər onu erməni biznesmen Qaqik Tsarukyanın “Multi Group” strukturu alıb. İddialara görə, Tsarukyan Lukaşenko və onun ətrafı ilə sıx əlaqələr saxlayırmış. …2010-cu ildə Tsarukyan “Ar-Be”…

Daha çox

Naxçıvanda Bahar festivalı keçirilir

Martın 18-də “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı işə başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Əcəmi Seyrəngahı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Milli geyimli Bahar qız bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb. “Şərur” Xalq Yallı Ansamblı tərəfindən milli rəqslərimizindən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan “Kosa və Keçəl” səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının…

Daha çox

Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”

Daha çox