Əfqanıstanda qadınların səsinə də qadağa gəldi

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb. “Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır”, – məlumatda bildirilib. O da deyilir ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var. Qeyd edək ki, Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.

Daha çox

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

NASA-nın aylardır kosmosda qalan 2 astronavtı yerə enib. SİA-nın məlumatına görə, astronavtlar Sunita Uilyams və Barri Uilmorun olduğu “SpaceX Crew-10” missiyası Beynəlxalq Kosmik Stansiyadan ayrıldıqdan və yerə yollandıqdan təxminən 17 saat sonra yerli vaxtla saat 17:58-də (Bakı vaxtı ilə saat 01:58) Florida sahillərinə uğurla eniş edib. NASA astronavtı Nik Heyq və kosmonavt Aleksandr Qorbunov da gəminin göyərtəsində olublar. Uilyams və Uilmor 2024-cü ilin iyun ayında “Boeing”ə məxsus “Starliner” kapsulunun ilk astronavt ekipaj uçuşunu həyata keçiriblər. Səfərin bir həftəlik olması planlaşdırılırdı. Təxminən 10 gündən sonra onları geri qaytaracaq “Boeing Starliner”də problem…

Daha çox

“Biz öz cavabımızı verəcəyik”

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır”. SİA “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini veriblər”, – deyə Zelenski bildirib. Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ…

Daha çox

Yer kürəsində mövcud olan ən qədim göl…

Bu su hövzəsi həm də dünyanın ən dərin və bioloji cəhətdən ən müxtəlif gölüdür… …Planetimizin tarixi 4,5 milyard ildən artıqdır və bu müddət ərzində Yer çoxlu dəyişikliklərə məruz qalıblar. Dağlar kimi Yerdəki göllər də bu dəyişikliklərin qədim şahidləri ola bilər və onların yaşı 1 milyon ildən çox ola bilər. SİA-nın məlumatına görə, Yer kürəsində cəmi 20 qədim göl var, bəs ən qədimi hansıdır? Alimlər buna cavab veriblər..?. Dünyanın ən qədim gölü adı üçün açıq bir iddiaçı var: Sibirin cənub-şərqində yerləşən Baykal gölü. Minnesota Universitetinin bioloji…

Daha çox

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. SİA təbriki təqdim edir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə…

Daha çox

İtaliya tamamilə süni intellekt tərəfindən yazılmış gündəlik qəzet buraxır

Nəşr Putini tənqid edir… Italiyanın mühafizəkar-liberal qəzeti “İl Fogli” tamamilə süni intellekt tərəfindən yaradılan gündəlik dörd səhifəlik çap nəşrini buraxıb. SİA-nın məlumatına görə, bu barədə The Guardian yazır. …Bu, məqalə və başlıqlardan tutmuş sitatlara, xülasələrə və hətta istehzaya qədər tamamilə süni intellekt tərəfindən yaradılan dünyanın ilk gündəlik qəzetidir. “İl Fogli”nin baş redaktoru Klaudio Cerasa “…onu hər hansı digər qəzet kimi qəzet köşklərindən almaq olar” deyib. Jurnalistlərin qəzetin yaradılmasında rolu aydınlaşdırıcı suallar vermək və cavabları oxumaqla məhdudlaşır. …“Il Foglio” süni intellekt birinci nömrəsinin ön səhifəsində “ABŞ-dakı kumirləri banan…

Daha çox

Milli Məclisdə 14 məsələ müzakirə olunub -YENİLƏNİB

Martın 18-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, S.Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. O bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib. Beynəlxalq münasibətlər və parlamentlərarası…

Daha çox

“Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər”

Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib. Suqovuşanın İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu, bizim birinci…

Daha çox