Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. “Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub”, – hərbi qurumun məlumatında qeyd olunub.

Daha çox

Ərdoğanla Tramp bu tarixdə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, Ərdoğanı ABŞ-yə səfəri zamanı Türkiyənin maliyyə naziri Mehmet Şimşek müşayiət edəcək. Xatırladaq ki, Ərdoğan və Tramp arasında martın 16-sı telefon danışığı baş tutub.

Daha çox

Pentaqon mülki işçilərin sayını 50 min nəfər azaldır

ABŞ Müdafiə Nazirliyi büdcə xərclərini azaltmaq üçün 50-60 min mülki işçinin ixtisarını planlaşdırır. SİA xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsinin bəyanatına istinadən “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, bu addım Pentaqonda mülki işçilərin 8 % azaldılması planı çərçivəsində atılıb. Qeyd olunub ki, boşalan yerlərə hərbçilər təyin edilməyəcək, çünki müdafiə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığından əmin olmaq istəyir. “The Washington Post” qəzeti əvvəllər xəbər vermişdi ki, Heqset növbəti beş il ərzində hərbi qurumun büdcəsinin hər il 8 % azaldılması planının hazırlanması barədə göstəriş verib.

Daha çox

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Daha çox

ABŞ Milli Arxivi Kennedinin qətli ilə bağlı sənədləri açıqlayıb

ABŞ Milli Arxivi 1963-cü ildə prezident Con Kennedinin qətli ilə bağlı məxfiliyi ləğv edilmiş minlərlə səhifəlik sənədləri açıqlayıb. SİA-nın məlumatına görə, Prezident Donald Tramp yanvarın 23-də qalan qeydlərin açıqlanmasına dair sərəncam imzalayıb və bunun ictimai maraqlara cavab verdiyini bildirib. Mindən çox sənəd ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasının saytında yerləşdirilib. Sui-qəsdi ilə bağlı 13 minə yaxın sənəd Bayden administrasiyası dövründə açıqlanıb.

Daha çox

Yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər…

Daha çox

Əfqanıstanda qadınların səsinə də qadağa gəldi

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb. “Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır”, – məlumatda bildirilib. O da deyilir ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var. Qeyd edək ki, Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.

Daha çox

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

NASA-nın aylardır kosmosda qalan 2 astronavtı yerə enib. SİA-nın məlumatına görə, astronavtlar Sunita Uilyams və Barri Uilmorun olduğu “SpaceX Crew-10” missiyası Beynəlxalq Kosmik Stansiyadan ayrıldıqdan və yerə yollandıqdan təxminən 17 saat sonra yerli vaxtla saat 17:58-də (Bakı vaxtı ilə saat 01:58) Florida sahillərinə uğurla eniş edib. NASA astronavtı Nik Heyq və kosmonavt Aleksandr Qorbunov da gəminin göyərtəsində olublar. Uilyams və Uilmor 2024-cü ilin iyun ayında “Boeing”ə məxsus “Starliner” kapsulunun ilk astronavt ekipaj uçuşunu həyata keçiriblər. Səfərin bir həftəlik olması planlaşdırılırdı. Təxminən 10 gündən sonra onları geri qaytaracaq “Boeing Starliner”də problem…

Daha çox

“Biz öz cavabımızı verəcəyik”

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır”. SİA “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “Düşünürəm ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var. Bildiyimə görə, ruslar Prezident Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması əmrini veriblər”, – deyə Zelenski bildirib. Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ…

Daha çox

Yer kürəsində mövcud olan ən qədim göl…

Bu su hövzəsi həm də dünyanın ən dərin və bioloji cəhətdən ən müxtəlif gölüdür… …Planetimizin tarixi 4,5 milyard ildən artıqdır və bu müddət ərzində Yer çoxlu dəyişikliklərə məruz qalıblar. Dağlar kimi Yerdəki göllər də bu dəyişikliklərin qədim şahidləri ola bilər və onların yaşı 1 milyon ildən çox ola bilər. SİA-nın məlumatına görə, Yer kürəsində cəmi 20 qədim göl var, bəs ən qədimi hansıdır? Alimlər buna cavab veriblər..?. Dünyanın ən qədim gölü adı üçün açıq bir iddiaçı var: Sibirin cənub-şərqində yerləşən Baykal gölü. Minnesota Universitetinin bioloji…

Daha çox