Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.
Daha çoxDay: March 19, 2025
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Bu barədə SİA-ya nazirlikdən birldirilib. Bununla bağlı RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Daha çoxDünya bazarlarında neft ucuzlaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
Daha çoxSabahdan Novruz və Ramazan bayramları ilə əlaqədar tətil başlayır
Sabahdan Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başlayır. SİA xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib. Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30…
Daha çoxNYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,69% artaraq 4,09 ABŞ dolları təşkil edib.
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxAzərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. “Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub”, – hərbi qurumun məlumatında qeyd olunub.
Daha çoxƏrdoğanla Tramp bu tarixdə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, Ərdoğanı ABŞ-yə səfəri zamanı Türkiyənin maliyyə naziri Mehmet Şimşek müşayiət edəcək. Xatırladaq ki, Ərdoğan və Tramp arasında martın 16-sı telefon danışığı baş tutub.
Daha çoxPentaqon mülki işçilərin sayını 50 min nəfər azaldır
ABŞ Müdafiə Nazirliyi büdcə xərclərini azaltmaq üçün 50-60 min mülki işçinin ixtisarını planlaşdırır. SİA xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsinin bəyanatına istinadən “Associated Press” agentliyi məlumat yayıb. Məlumata görə, bu addım Pentaqonda mülki işçilərin 8 % azaldılması planı çərçivəsində atılıb. Qeyd olunub ki, boşalan yerlərə hərbçilər təyin edilməyəcək, çünki müdafiə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığından əmin olmaq istəyir. “The Washington Post” qəzeti əvvəllər xəbər vermişdi ki, Heqset növbəti beş il ərzində hərbi qurumun büdcəsinin hər il 8 % azaldılması planının hazırlanması barədə göstəriş verib.
Daha çoxZığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Daha çox