ABŞ rəsmiləri avropalı həmkarlarına Aİ-nin Ukrayna münaqişəsi ilə bağlı istənilən sülh sazişində iştirak etməli olduğunu deyiblər. SİA xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ rəsmiləri Aİ-nin iştirakını zəruri hesab edirlər, çünki Rusiya sazişin bir hissəsi kimi sanksiyaların ləğvini istəyir. “ABŞ rəsmiləri avropalı həmkarlarına mesaj verdilər ki, prioritet hədəf döyüşlərə son qoymaq və bundan sonra Kiyev üçün potensial təhlükəsizlik tədbirlərini müzakirə etməkdir”, – agentlik qeyd edib.
Daha çoxDay: March 19, 2025
Hər gün ət yesək nə olar?
“Hər gün ət yemək bədən üçün bir sıra təsirlərə səbəb ola bilər. Bunun müsbət və mənfi tərəflərini izah edərək, elmi əsaslarla geniş açıqlama verə bilərəm”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib. Ceyhunə Yusifova sözlərinə belə davam edib: “Ət yüksək keyfiyyətli protein, dəmir, B qrupu vitaminləri (xüsusilə B12), sink və digər vacib mineralların mənbəyidir. Bu qidalar əzələ quruluşu, immun sistemi, beyin funksiyası və qan dövranı üçün olduqca vacibdir. Hər Gün Ət Yeməyin Müsbət Təsirləri Zülal Təminatı: Ət əzələ quruluşu və bədən toxumalarının bərpası üçün əsas protein mənbələrindən biridir.…
Daha çox“AzərEnerji” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq “AzərEnerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq. SİA quruma istinadən xəbər verir ki, bunun üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin…
Daha çox“Dünyanın cavab verə bilmədiyi suallara Azərbaycan cavab verir”
Milli Məclisin deputatı Səməd Seyidovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Artıq geridə qoyduğumuz növbəti XII Qlobal Bakı Forumu keçirildi. Cənab Prezident İlham Əliyev də nitqində bir çox mesajlar verdi. Bu forum bizə və dünyaya hansı mesajları ötürdü? Əhəmiyyəti nədən ibarət oldu? – Bakı Qlobal Forum sözün əsl mənasında artıq qlobal məsələləri müzakirə edir. Ona görə ki, Azərbaycan artıq qlobal səviyyədədir. Biz axı tamamilə başqa bir ölkəyik. Torpaqlarımızı işğaldan azad etmiş, suverenliyinimizi bərpa etmiş, sülh gündəliyini regiona gətirmişik. Heç də təsadüfi deyil ki forum gedə-getdə artıq xəbər gəldi ki, Azərbaycanın…
Daha çoxQadın sahibkarlığı inkişaf edir: hədəflər genişlənir
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın SİA–ya müsahibəsini təqdim edirik: – Sizin Azərbaycan televiziyalarından birində qadın sahibkarlığının inkişafı haqqında çıxışınız böyük əks–səda doğurdu. Orada tənqidi fikirlər də səsləndirdiniz. Niyə fikirləriniz əks–səda doğurdu? – Bu gün qadın sahibkarlara geniş yol vermək dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Yəni dövlət tərəfindən qadın sahibkarlar üçün hər zaman yaşıl işıq yandırılır. Hətta Ulu Öndər Heydər Əliyevin siyasətidir ki, qadınlar hər zaman irəli çəkilsin. Bu siyasət oradan gəlir. Bu gün də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva qadınlara daha…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.62% – 41,581.31 bəndədək, S&P 500 indeksi 1.07% – 5,614.66 bəndədək, Nasdaq indeksi isə 1.71% – 17,504.12 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0.29% – 8,705.23 bəndədək, Fransanın CAC-40 indeksi 0.50% – 8,114.57 bəndədək, Almaniyanın DAX indeksi 0.98% – 23,380.70 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.11% azalaraq 1.0933 dollar təşkil edib.
Daha çoxNovruz bayramı bizim tarixi bayramımızdır
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Novruz bayramı xalqımızın ən doğma,ən sevimli,ən əziz və ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən milli bayramımızdır. Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu,…
Daha çoxMart ayının bütün sosial ödənişləri yekunlaşıb
Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl ödənilməklə yekunlaşdırılıb. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başa çatdırılıb. Bundan əvvəl isə martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi qrafikdən əvvəl yekunlaşdırılıb.
Daha çoxƏmtəə bazarlarında qızılın bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 050 ABŞ dollarına yaxınlaşır. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,18% artaraq 3 046,06 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,32% azalaraq 34,71 ABŞ dollarına bərabər olub.
Daha çoxMilli birlik və həmrəylik rəmzi
Tarixi qədim, həmçinin özünəməxsus adət-ənənələri və ritualları olan Novruz bayramını hər il xalqımız böyük təntənə və coşqu ilə qeyd edir. Adət-ənənələrimizi və mənəvi dəyərlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin, bərabərliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə hörmət, diqqət və qayğı ilə yanaşılması kimi sağlam təməllər üzərində qurulmuş və yaşadılmışdır. Novruz bayramı sağlamlığın, bərəkətin, firavanlığın başlanğıcı kimi yaddaşlara həkk olunmuşdur. Xalqımız zaman və tarixi dövrlər dəyişilməsinə baxmayaraq bu adət-ənənələri nəsildən nəsilə ötürərək daima yaşatmışdır. Sovet dövründə Novruz bayramına müəyyən qadağalar qoyulmasına baxmayaraq Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Ölkəmizdə hakimiyyətə gəlişi…
Daha çox