Qadın sahibkarlığı inkişaf edir: hədəflər genişlənir

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın SİA–ya müsahibəsini təqdim edirik: – Sizin Azərbaycan televiziyalarından birində qadın sahibkarlığının inkişafı haqqında çıxışınız böyük əks–səda doğurdu. Orada tənqidi fikirlər də səsləndirdiniz. Niyə fikirləriniz əks–səda doğurdu? – Bu gün qadın sahibkarlara geniş yol vermək dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Yəni dövlət tərəfindən qadın sahibkarlar üçün hər zaman yaşıl işıq yandırılır. Hətta Ulu Öndər Heydər Əliyevin siyasətidir ki, qadınlar hər zaman irəli çəkilsin. Bu siyasət oradan gəlir. Bu gün də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva qadınlara daha…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.62% – 41,581.31 bəndədək, S&P 500 indeksi 1.07% – 5,614.66 bəndədək, Nasdaq indeksi isə 1.71% – 17,504.12 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0.29% – 8,705.23 bəndədək, Fransanın CAC-40 indeksi 0.50% – 8,114.57 bəndədək, Almaniyanın DAX indeksi 0.98% – 23,380.70 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.11% azalaraq 1.0933 dollar təşkil edib.

Daha çox

Novruz bayramı bizim tarixi bayramımızdır

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Novruz bayramı xalqımızın ən doğma,ən sevimli,ən əziz və ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən milli bayramımızdır.​​ Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra, 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu,…

Daha çox

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl ödənilməklə yekunlaşdırılıb. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başa çatdırılıb. Bundan əvvəl isə martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi qrafikdən əvvəl yekunlaşdırılıb.

Daha çox

Əmtəə bazarlarında qızılın bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 050 ABŞ dollarına yaxınlaşır. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,18% artaraq 3 046,06 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,32% azalaraq 34,71 ABŞ dollarına bərabər olub.

Daha çox

Milli birlik və həmrəylik rəmzi

Tarixi qədim, həmçinin özünəməxsus adət-ənənələri və ritualları olan Novruz bayramını hər il xalqımız böyük təntənə və coşqu ilə qeyd edir. Adət-ənənələrimizi və mənəvi dəyərlərimizi özündə yaşadan Novruz insanlar arasında birliyin, bərabərliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə hörmət, diqqət və qayğı ilə yanaşılması kimi sağlam təməllər üzərində qurulmuş və yaşadılmışdır. Novruz bayramı sağlamlığın, bərəkətin, firavanlığın başlanğıcı kimi yaddaşlara həkk olunmuşdur. Xalqımız zaman və tarixi dövrlər dəyişilməsinə baxmayaraq bu adət-ənənələri nəsildən nəsilə ötürərək daima yaşatmışdır. Sovet dövründə Novruz bayramına müəyyən qadağalar qoyulmasına baxmayaraq Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Ölkəmizdə hakimiyyətə gəlişi…

Daha çox

Binada qanunsuz özəl parklanma yaradanlar necə cəzalanacaq?

“Uzun zamandır paytaxtın əsas problemlərindən olan, avtomobil sürücülərinin daimi şikayətlərindən birinə çevrilən parkinq məsələsidir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib. Onun sözlərinə görə, yaşayış binalarında sakinlərin ümumvətəndaş istifadəsində, yəni binanın həyətlərində maşınların park edilməsi zamanı bəzi sakinlərin öz maşınlarını park edərkən qanunsuzluq etmələrindən ibarətdir: “Əsasən yaşayış binalarının qarşısında vəziyyət daha kritikdir. Belə ki, yaşayış binalarının qarşısında avtomobil izdihamı müşahidə olunur. Bu da həmin əraziyə təcili tibbi yardım və ya yanğınsöndürən maşınların daxil olmasına maneə törədir. Binalar tikilir, ancaq avtomobil saxlamaq üçün yer…

Daha çox

EBRD ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iqlim riskləri və imkanlarını müzakirə edib. SİA ASCO-ya istinadən xəbər verir ki, müzakirələr İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate related Corporate Governance system – CCG) layihəsinə dair səhmdar cəmiyyət və EBRD, həmçinin layihə üzrə məsləhətçi xidməti təqdim edən “Ernst&Young” (EY) şirkətinin nümayəndələri arasında aparılıb. Məlumata əsasən, görüş zamanı layihə çərçivəsində aparılmış qiymətləndirmənin nəticələri, iqlimlə bağlı tələblərin ASCO-nun fəaliyyətinə mümkün təsirləri, eləcə də iqlim riskləri və imkanları müzakirə edilib. Həmçinin görüşdə iqlimlə əlaqəli idarəetmə tədbirləri, davamlı maliyyələşdirmə üzrə yol…

Daha çox

Azərbaycanla Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb. Bu barədə SİA-ya qurumdan məlumat verilib. Bildirilib ki, görüş zamanı akademik əməkdaşlıq, Türk dünyasında elmi əlaqələrin genişləndirilməsi və Azərbaycan alimləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Şahin Mustafayev bu il Türk Akademiyasının 15 illik yubileyini qeyd etdiyini bildirərək qurumun 2025-ci il üçün fəaliyyəti və həyata keçirdiyi mühüm layihələr barədə məlumat verib. O, Akademiyanın fundamental elmi tədqiqatların aparılması, beynəlxalq konfransların təşkili kimi sahələrdə gördüyü işlərdən də bəhs edib. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası və azərbaycanlı tədqiqatçılar ilə…

Daha çox

Hakimlər haqqında intizam icraatlarının başlanılması ilə bağlı qərarlar verilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Bu barədə SİA-ya Şuradan məlumat verilib. Bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir. İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə məlumat təqdim edib. Sonra müsabiqəni uğurla başa vurmuş 38 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin…

Daha çox