Süni intellekt Strategiyasının hədəfləri açıqlanıb

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda 4 hədəf nəzərdə tutulur. SİA xəbər verir ki, bunlar, aşağıdakılardır: – ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması; – süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması; – süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması; – cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.

Daha çox

“XII Qlobal Forum mesaj xarakteri daşıyırdı”

“Bakıda artıq XII Qlobal Forum keçirildi və bu forumun adıda çox maraqlı, eyni zamanda beynəlxalq ictimaiyyətə, yeni dünya düzənini formalaşdıran qüvvələrə mesaj xarakteri daşıyırdı. Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi kimi mesajlar ötürürdü. Əslində Azərbaycan yürütdüyü siyasətlə beynəlxalq ictimaiyyətə, dünyaya, bəşəriyyətə və insanlığa həmişə töhvə verməkdən yana olub. Azərbaycan pandemiya dönəmində atdığı addımlarla dünya üçün bir nümunə ortaya qoydu. Vaksin millətçiliyi, pandemiya ilə mübarizə çərçivəsində atılan addımlar, 80-dən artıq dövlətə yardımların edilməsi və bir sıra təşəbbüslərin ortaya qoyulması yürütdüyü siyasətin mahiyyətindən xəbər verirdi”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və…

Daha çox

Hərbi geyimdə olan Belousov videoda hərbçilərə müraciət edib

Rusiyanın müdafiə naziri Andrey Belousov hərbçilərə videomüraciət edib. SİA-nın məlumatına görə, videonu hərbi idarənin mətbuat xidməti Telegram-da yayıb. Müdafiə Nazirliyi rəhbərinin müraciəti martın 19-da peşə bayramı qeyd olunan sualtı qayıqçılara ünvanlanıb. Nazir xidmətin çətinliyini və sualtı ekipajların yüksək məsuliyyətini qeyd edib. Belousov qeyd edib ki, sualtı qayıqlar Dünya Okeanının bütün ərazilərində, o cümlədən Arktika buzlarının altında onlara verilən tapşırıqları nümunəvi şəkildə yerinə yetirirlər. Bundan əvvəl Belousov Rusiya Silahlı Qüvvələrində xidmət edən qadınlara müraciət edib. O, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və xüsusi hərbi əməliyyat zamanı rus qadınlarının ümumi…

Daha çox

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda 13 məqsəd nəzərdə tutulur. SİA xəbər verir ki, bunlar, aşağıdakılardır: – ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə süni intellekt sənayesinin, o cümlədən onun davamlılığının və rəqabət qabiliyyətinin təmin edilməsi; – süni intellekt sənayesində işləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı işçi qüvvəsinin hazırlanması; – dəqiq qərar qəbulu ilə səmərəliliyi və şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli xidmətlər göstərmək və daxili idarəetmə proseslərini optimallaşdırmaq üçün süni intellektin dövlət idarəetməsində tətbiq edilməsi; – yerli, regional və beynəlxalq bazar ehtiyaclarına…

Daha çox

“USAİD fəaliyyətini ABŞ kəşfiyyat orqanları ilə kordinasiyalı şəkildə həyata keçirib”

“USAİD-in, “Amerikanın səsi”, “Azadlıq” radiolarının fəaliyyətinin dayandırılması hesab edirəm ki, dünyadakı bütün milli dövlətlər üçün çox yaxşı bir hadisədir. USAID 1960-cı illərdən başlayaraq ABŞ-nin mərkəzi kəşfiyyat idarəsinin bir qolu kimi fəaliyyət göstərib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, dəfələrlə qurumun rəhbərləri də açıq etiraf ediblər ki, USAİD fəaliyyətini ABŞ kəşfiyyat orqanları ilə kordinasiyalı şəkildə həyata keçirib: “Bu fəaliyyət ayrı-ayrı ölkələrdə etiraz kütlələri formalaşdırmaq, siyasi hakimiyyətə bununla da təzyiq göstərmək və rəngli inqilabların təşkil edilməsindən ibarət idi. Diqqət etsək görərik ki, post-Sovet ölkələrində demək olar ki,…

Daha çox

ABŞ Ukrayna münaqişəsi ilə bağlı həqiqəti açıqlayıb..?

Texas Universitetinin professoru Alan Kupermanın “The Hill” qəzetində dərc olunan məqaləsində deyilir ki, Ukrayna münaqişəsi ilə bağlı həqiqətlər nəhayət ki, üzə çıxır. SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampa yaxın olan və onun administrasiyasında kriptovalyuta məsələlərinə nəzarət edən milyarder Devid Saks X sosial şəbəkəsindəki hesabında bildirib. …Ukraynadakı müharibə ilə bağlı həqiqət nəhayət ki, üzə çıxır. Müəllif Trampın Ukrayna ilə bağlı niyə haqlı olduğunu izah edir; “Müharibə tamamilə lazımsız idi. Devid Saks deyib bunu. Milyarderin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın keçmiş lideri Cozef Bayden Ukrayna münaqişəsinin “təxribat…

Daha çox

İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib. SİA xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev dedi: – Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi…

Daha çox

Tramp və Zelenski danışıqları başlayıb

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb. SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Den Skavino bildirib. …Hazırda baş verən odur ki, prezident Tramp Oval kabinetdədir və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonda danışır. Bunu Ağ Ev sözçüsü deyib. Bir müddət əvvəl ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirmişdi ki, ABŞ Ukraynada atəşkəslə bağlı yekun razılığa gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp bu…

Daha çox

Azərbaycan könüllülərinin “Könüllü baharı” yaz düşərgəsi baş tutub

Azərbaycan könüllülərinin “Könüllü baharı” yaz düşərgəsi baş tutub. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən düşərgə Quba rayonunda olub. Bildirilib ki, düşərgə müxtəlif könüllü təşkilatlarını əhatə edən ümumilikdə 150 nəfərin iştirakı ilə martın 14-18-ni əhatə edib. Yaz düşərgəsinin məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsin və zəngin tarixin aşılanması, eyni zamanda şəxsi inkişafın və sağlam həyat tərzinin təşviqindən ibarətdir. Qeyd olunub ki, düşərgədən əvvəl Quba rayonuna çatan könüllülər Ulu Öndərin abidəsini ziyarət edilib.…

Daha çox