SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” Korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb. Şirkətdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” Korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub. ⁠ Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Daha çox

İstanbul Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan iki ayrı istintaq çərçivəsində İBB sədri Əkrəm İmamoğlu ilə yanaşı saxlanılanlar arasında şəhərin Bəylikdüzü və Şişli bələdiyyələrinin sədrləri, eləcə də tanınmış müğənni Ercan Saatçi də var. SİA xəbər verir ki, İstanbul şəhər Prokurorluğu bu istiqamətdə aparılan istintaqla bağlı yazılı açıqlama yayıb. Qeyd olunub ki, istintaq Cümhuriyyət Xalq Partiyasındakı (CHP) “pul sayma” görüntüləri ilə bağlı aparılan araşdırma çərçivəsində ifadə verən şahidlərin İmamoğlu və bir çox şəxsin iş adamlarınından pul tələb etdikləri, bəzi iş adamları ilə birlikdə qanunsuz qazanc əldə etdikləri, vasitəçi şəxslər üzərindən alqı-satqı edərək…

Daha çox

3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Niger və Burkina-Faso Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib. SİA xəbər verir ki, bu barədə Nigerin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurum artıq Fransanın Avropa və Xarici İşlər Nazirliyini məlumatlandırıb. Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Frankofoniya Təşkilatı da faktı təsdiqləyib. Bu açıqlamadan bir neçə saat sonra Mali diplomatiyası da ölkənin Beynəlxalq Frankofoniya Təşkilatından çıxdığını bəyan edib. Hər 3 ölkə missiyası fransız dilinin təşviqi olan təşkilatı öz nizamnaməsindən kənara çıxaraq siyasi proseslərə müdaxilədə ittiham edir.

Daha çox

Naxçıvan Hərbi Kollecində Novruz bayramı qeyd olunub

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Novruz bayramına həsr olunmuş “Sevinc və sülh: Novruz təntənəsi!” adlı tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Novruz bayramının adət-ənənələrindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova bildirib ki, bu gün Azərbaycan əsgərinin qalibiyyəti Ali Baş Komandanın uzaqgörən siyasətinin təzahürüdür. Xalqımız beş ildir fərqli Novruz bayramı keçirir. Artıq…

Daha çox

FED faiz dərəcəsini açıqladı

ABŞ-nin Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb. SİA xəbər verir ki, FED uçot dərəcəsini 4,25 – 4,5 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, bu səviyyə dekabrdan bəri dəyişməz qalır. Bazarlar da bu həftə keçirilən iki günlük iclasda hər hansı bir dəyişikliyin baş vermə ehtimalını demək olar ki, sıfır olaraq qiymətləndirirdi.

Daha çox

Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub

Lənkəran rayonunun Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Qeyd edək ki, günorta saatlarında güclü külək nəticəsində iri gövdəli ağac aşaraq elektrik xətlərində problem yaratmışdı. Aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülərək işıqsız qalan kəndə elektrik enerjisinin verilişi bərpa edilib. 12:33 Lənkəranda ağac magistral yola aşıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu səhər Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb. Nəticədə kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, abonentlər işıqsız qalıb.…

Daha çox

Xelif Trampın transgender siyasətinə belə reaksiya verdi

Qalmaqallı əlcəzairli boksçu İman Xelif Donald Tramp prezident olduqdan sonra ABŞ-ın daxili siyasətindəki dəyişikliklərə münasibət bildirib. SİA xəbər verir ki, Xelif “İTV News”a deyib: “ABŞ prezidenti Amerikada transgender siyasəti ilə bağlı qərar verib? Mən sizə belə cavab verəcəm: mən transgender deyiləm. Bunun mənə aidiyyəti yoxdur və məni qorxutmur. Budur mənim cavabım. İkinci Olimpiya qızıl medalını qazanmaq arzusundayam. Amerikada, Los-Ancelesdə (şəhər 2028-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək – red). Əlcəzairdə dediyimiz kimi, gizlədəcək heç nəyi olmayanların qorxusu yoxdur. Paris Olimpiadasında həqiqət aydın oldu – ədalətsizlik üzə çıxdı, sonradan Olimpiya Komitəsi…

Daha çox

Bu gün Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur. SİA xəbər verir ki, Novruz yazın gəlişini – yeni ilin başlanmasını bildirir. Uşaqlı-böyüklü hər kəsin sevə-sevə qarşıladığı Novruz qədim köklərə malik olub, özündə bir çox adət və ənənələri cəm edir. Xalqımız bayrama qədər həftənin çərşənbə axşamı günü öncə su, ardınca od, külək və torpağa həsr olunan çərşənbələri xüsusi sevgiylə qeyd edir. Novruzda səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar bişirilir. Bayramda küsülülər barışır, xoş niyyətlər edilir. Süfrədə ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır…

Daha çox