Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur. SİA xəbər verir ki, Novruz yazın gəlişini – yeni ilin başlanmasını bildirir. Uşaqlı-böyüklü hər kəsin sevə-sevə qarşıladığı Novruz qədim köklərə malik olub, özündə bir çox adət və ənənələri cəm edir. Xalqımız bayrama qədər həftənin çərşənbə axşamı günü öncə su, ardınca od, külək və torpağa həsr olunan çərşənbələri xüsusi sevgiylə qeyd edir. Novruzda səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar bişirilir. Bayramda küsülülər barışır, xoş niyyətlər edilir. Süfrədə ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır…
Daha çoxDay: March 20, 2025
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Daha çoxUkrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib
Ukrayna Hərbi Hava Qüvvələri F-16 qırıcılarının yeni partiyasını qəbul edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlər üçün onlayn brifinqdə məlumat verib. Volodimir Zelenskinin sözlərinə görə, Ukraynanın azı 128 ədəd F-16 qırıcısına ehtiyacı var. Qeyd edək ki, 2023-cü ildə Ukrayna və müttəfiqləri F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün hava koalisiyası yaradıblar. 2024-cü ildə tərəfdaşların ilk F-16 qırıcıları Ukraynaya gəlib. Ukraynanın dəqiq neçə təyyarə aldığı məlum deyil. Ukraynaya ilk F-16-ları Niderland və Danimarka təhvil verib.
Daha çox12 günlük tətil başlayır
Azərbaycanda bu gündən etibarən ardıcıl 12 günlük qeyri-iş günü olacaq. SİA xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı ilə əlaqədar qeyri-iş günü sayılır. 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib. Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq. 31…
Daha çoxİsrailin müdafiə naziri ABŞ-yə səfər edəcək
İsrailin müdafiə naziri İsrael Katz bu ilin aprel ayında ABŞ-yə səfər edəcək. SİA xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. Qeyd edilib ki, səfər zamanı Katz ABŞ-nin müdafiə naziri Pit Heqset ilə görüşəcək.
Daha çoxPrezidentin gəlinindən Novruz bayramı ilə bağlı paylaşım
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Novruz Bayramınız Mübarək! Baharın gəlişi bolluq, ruzi və sevinc gətirsin. Qoy süfrəniz bərəkətli, eviniz xoşbəxtlik dolu olsun!”
Daha çoxOrdumuzun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub
Martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. SİA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Daha çoxPapadan xəbər var
Fevralın 14-dən sətəlcəmdən müalicə olunan Papa Fransiskin vəziyyəti yaxşılaşmağa davam edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, ona maska vasitəsilə süni ventilyasiya verilməsi dayandırılıb. “Kritik olaraq xarakterizə edilən Papanın vəziyyəti yaxşılaşmağa davam edir. Tənəffüs və hərəkət fizioterapiyası öz bəhrəsini verir”, – deyə pontifiki müalicə edən həkimlər bildiriblər. 88 yaşlı Papa Fransiskin mümkün evə buraxılma vaxtı barədə isə məlumat verilməyib.
Daha çoxİstanbulda Novruz bayramı qeyd olunub
İstanbulda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Bayram şənliyi İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. SIA xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadə, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri çıxış edərək Novruz bayramının tarixindən, adət-ənənələrindən bəhs ediblər. Bildirilib ki, təxminən dörd min illik tarixə malik, dünya mədəni irsinin ən parlaq nümynələrindən olan…
Daha çoxPrezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə sosial media hesablarında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram”.
Daha çox