DİQQƏT: Sabah yenidən Qar yağacaq? – QURUM RƏSMİSİ AÇIQLADI
Daha çoxDay: March 20, 2025
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib. SİA xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev dedi: – Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi…
Daha çoxTramp və Zelenski danışıqları başlayıb
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb. SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Den Skavino bildirib. …Hazırda baş verən odur ki, prezident Tramp Oval kabinetdədir və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonda danışır. Bunu Ağ Ev sözçüsü deyib. Bir müddət əvvəl ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirmişdi ki, ABŞ Ukraynada atəşkəslə bağlı yekun razılığa gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp bu…
Daha çoxAzərbaycan könüllülərinin “Könüllü baharı” yaz düşərgəsi baş tutub
Azərbaycan könüllülərinin “Könüllü baharı” yaz düşərgəsi baş tutub. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə keçirilən düşərgə Quba rayonunda olub. Bildirilib ki, düşərgə müxtəlif könüllü təşkilatlarını əhatə edən ümumilikdə 150 nəfərin iştirakı ilə martın 14-18-ni əhatə edib. Yaz düşərgəsinin məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsin və zəngin tarixin aşılanması, eyni zamanda şəxsi inkişafın və sağlam həyat tərzinin təşviqindən ibarətdir. Qeyd olunub ki, düşərgədən əvvəl Quba rayonuna çatan könüllülər Ulu Öndərin abidəsini ziyarət edilib.…
Daha çoxAzərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq
Azərbaycandakı texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal olunacaq. SİA xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb. Bu məqsədlə texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarını istehsal edən rezidentlərin cəlb edilməsi nəzərdə tutulub. Strategiyaya əsasən, Azərbaycanda süni intellekt sahəsində əlverişli biznes mühitinin yaradılması uçun yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi…
Daha çoxVuçiç istefanın şərtini açıqlayıb
Serbiya prezidenti Aleksandar Vucic təhlükəsizlik qüvvələrinin Belqradda nümayişçilərə qarşı səs topundan istifadə etdiyi aşkarlanarsa, istefa verəcəyini bildirib. SİA-nın məlumatına görə, Serbiya liderinin sözlərini “Nova S” telekanalı yayıb. …Hal-hazırda sizə deyirəm, əgər bizim qüvvələrimiz səs topundan, onların dediyi kimi, Qasırğadan istifadə edibsə, deməli, mən artıq prezident deyiləm. Siz acınacaqlı yalançılarsınız, utanmalısınız , – Serbiya lideri vurğulayıb. …Martın 15-də Serbiyada ən böyük kütləvi etiraz aksiyası keçirilib. Bu, Novi Sad dəmir yolu vağzalında beton örtünün uçmasından sonra ölkədə davam edən böhranın kulminasiya nöqtəsi idi. Daha sonra Serb müxalifət mediası, hadisənin episentrində çəkilmiş bir…
Daha çox“Sirdaşlıq insanın dərin əlaqələr qurma qabiliyyətini göstərir”
“Sirr, bir şeyin gizli və ya bilinməyən olması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Onun sözlərinə görə, insanlar tərəfindən qorunan və paylaşılmayan məlumatlara da sirr deyilir: “Sirr, həmçinin bir şəxsin özəl və şəxsi həyatını qorumaq məqsədilə gizlədilən məlumatlar, olaylar və ya hisslər ola bilər. Bəzən sirr, insanların arasındakı etimadı və ya xüsusi bağları qorumaq üçün də saxlanılır. İnsanların fitrətində özlərinə sirdaş axtarmaq, güvəndikləri birinə ən dərin düşüncələrini və hisslərini açmaq istəyi vardır. Sirr, bir şəxsin etibarını qazanmaqla bərabər, böyük bir əmanətdir. Bu…
Daha çoxCeyhun Bayramov həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub. Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Nazir Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin…
Daha çoxLuqansk vilayətində rusların hərbi texnika və anbarı məhv edilib
Luqansk vilayətində Ukrayna sərhədçiləri pilotsuz uçuş aparatları ilə rusların mövqelərinə zərbələr endirib. Ruslar bir neçə texnika və yanacaq-sürtkü materialları anbarını itirdilər. SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir. Phoenix pilotsuz uçuş sistemlərinin sərhəd bölməsi Serebryanski meşə təsərrüfatında düşmənin sığınacağına və hərbi texnikasına zərbə endirib. …Düşmənin maddi-texniki təchizatı yanır, texnikası məhv edilib. Bölmə işğalçıların Luqansk vilayətindəki anbarlarına və mövqelərinə dəqiq zərbələr endirir. Dövlət Sərhəd Xidmətindən bildirilib. Ukraynalı dron operatorlarının işi nəticəsində rus işğalçılarının sığınacağı və yük maşını vurulub. Bir minaatan heyəti, bir top, bir avtomobil və…
Daha çoxBayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 9-13 dərəcə isti olacaq. Martın 21-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə…
Daha çox