Çağdaş ideologiya – Asif Adil YAZIR…

Milli ideologiya yaradıcı beyinlərin daim diqqət mərkəzində olmalı və cəmiyyətin intellektual kəsimini hər zaman düşündürməlidir. Ən azından ona görə ki, ideologiya cəmiyyəti və dövləti müxtəlif sarsıntılardan qoruya biləcək əsas amillərdən biridir. İnformasiya texnologiyalarının yaratdığı qlobal dalğaların təsiri altında milli identiklik amili getdikcə öz aktuallığını itirir və bu proses müəyyən mənada hətta artıq qaçılmazdır. Qeyd olunan obyektiv proseslərin fonunda ideologiya amili bu gün heç zaman olmadığı qədər öz dəyərini artırmış olur. Burada tarixi Qələbəmizi yada salsaq, yenə də ideologiyanın müstəsna əhəmiyyətini görə bilərik. İdeologiya xalq və dövlət olaraq birliyimizi, habelə cəmiyyətdə…

Daha çox

2024-cü ilin sonunda Ermənistanın dövlət borcu…

Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda 5 trilyon dram və ya 12,8 milyard dollar təşkil edib. SİA-nın məlumatına görə, bu barədə respublikanın maliyyə naziri Vahe Ovannisyan martın 19-da Milli Assambleyada parlamentin İqtisadi məsələlər üzrə daimi komitəsinin iclasında 2024-cü il dövlət büdcəsinin icrasının gedişi və yekunları haqqında hesabatın müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, 2023-cü ilin sonu ilə müqayisədə respublikanın dövlət borcu 6,2 faiz artıb. …Bununla belə, ümumi daxili məhsulla müqayisədə Ermənistanın dövlət borcu 0,1 faiz bəndi azalaraq 48,3 faiz təşkil edib ki, bu da kifayət qədər sabit və təhlükəsiz göstərici…

Daha çox

“Azərbaycan tolerantlıq cəhətdən nümunəvi ölkədir”

“Bütün dünya cəmiyyətində, bütün ölkələrdə etnik qruplar var. Çox nadir hallarda elə ölkə tapmaq olar ki, orada yaşayan xalqlar yalnız bir millətə aid olsun orada etnik qruplar olmasın. Belə ölkələr çox minimum həddədir ya azdır, ya da yoxdur. Ətrafımızda olan bütün ölkələrdə etnik qruplar var, yaşıyıb və yaşıyacaq. Bunlar həm dillərinə görə, həm adət-ənənələrinə görə, həm də dinlərinə görə fərqlənirlər”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Fazil Əhməd deyib. Onun sözlərinə görə, amma bizim coğrafiyamızda olan etnik qrupların böyük əksəriyyəti İslam dinindədir: “Məsələn, Azərbaycan, Türkiyə, İran ətrafımızda olan böyük ölkələrdə yaşayan…

Daha çox

Azərbaycan icmasının nümayəndələri niderlandlı parlamentarilərlə görüşüblər

Niderlandda yaşayan Azərbaycan İcmasının nümayəndələri bu ölkədə fəaliyyət göstərən “Ana Vətən Avropa Azərbaycanlı Qadınları” Assosiasiyasının təşəbbüsü ilə yerli parlamentarilərlə görüşüblər. SİA xəbər verir ki, görüşdə Xocalı soyqırımı ilə bağlı bəyanat parlament üzvlərinə təqdim edilib. Niderlandlı parlamentarilər Stefan van Baarle, Jesse Klaver, Martin Oostenbrink, İsa Kahraman, Erik van der Burqa Xocalı soyqırımı haqqında məlumat verilib. Xocalıdan olan Ayxan Sadıxov 1992-ci il fevralın 26-da törədilmiş bu qətliam zamanı həyatlarını itirmiş və itkin düşmüş qohumları haqqında danışıb. O, Xocalıda taleyi hələ də naməlum qalan soydaşlarımızın axtarışlarının davam etdiyini vurğulayıb. Bildirib ki, Xocalıda hələ…

Daha çox

Paşinyan erməniləri atəşkəs rejimini pozmamağa çağırıb..?

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, Ermənistan Müdafiə Nazirliyinə “atəşkəs rejimini pozmamaq” barədə göstəriş verib. …Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Müdafiə Nazirliyinə dəqiq göstəriş vermişəm. Atəşkəs rejiminin pozulmasına yol verməyin. SİA-nın əldə etdiyi məlumata görə, o, sosial şəbəkədə yazıb: “Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”. Bundan əvvəl Paşinyan qeyd edib ki, o, sülh müqaviləsi layihəsini imzalamağa hazırdır(?). …Martın 16-dan 19-dək Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin sərhəddə 9 dəfə atışma olması ilə bağlı bəyanatlarını təkzib edib. Ermənistan Müdafiə Nazirliyi hər dəfə qeyd…

Daha çox

Şahdağda qar yağır

Saat 14:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Beyləqanda 22 m/s, Kəlbəcərdə 21 m/s, Neftçalada 20 m/s, Sabirabad və Şahdağda 17 m/s, Laçında 16 m/s, Biləsuvar, Lerik və Şirvanda 15 m/s-dək güclənib. Zaqatala, Qusar, Balakən, Qax, Şəki, Ceyrançöl, Tovuz, Gəncə, Göygöl, Oğuz, Mingəçevir, Yevlax, Gədəbəy, Qəbələ, Quba, Şəmkirdə fasilələrlə yağış yağır. Şahdağda isə arabir qarın yağması müşahidə olunur.

Daha çox

Avropada radikallaşmaya səbəb olan PROBLEMLƏR

Avropada ictimai əhval-ruhiyyənin radikallaşması artıq özünü bir neçə istiqamətdə göstərməkdədir. Son zamanlar avropalıların narazılılarının fonunda bu radikallaşmanı bütün dünya ictimaiyyəti müşahidə edir. Sözsüz ki, həmin radikallaşmanın və narazılıqlarının dərinləşməsi tendensiyaları təsadüfi, yaxud da səbəbsiz deyil və bunun çox dərin kökləri var. Daha dəqiq desək, Avropada radikallaşmaya da, narazlılıqlara da səbəb problemlərdir. Problemlər səbəbindən Avropada ifrat sağçı və millətçi siyasi qüvvələr “peyda” olublar İlk növbədə diqqətə çatdıraq ki, Avropada radikallaşmanın, narazılıqların birinci səbəbi iqtisadi məsələlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, Avropa ölkələrinin iqtisadiyyatı uzun müddətdir “çətinliklər” yaşayır. Qoca Qitənin xüsusən, Rusiya-Ukrayna…

Daha çox

Tramp Zelenski ilə danışıqların ilk təfərrüatlarını açıqlayıb

Söhbət bir saata yaxın davam etdi. …ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında təxminən bir saat davam edən telefon danışığı başa çatıb. SİA xəbər verir ki, bu barədə Tramp Truth Social sosial şəbəkəsində məlumat verib. …Mən Ukrayna prezidenti Zelenski ilə çox yaxşı telefon danışığım oldu. Danışıq təxminən bir saat davam etdi. Söhbətin çox hissəsi Rusiya və Ukraynanın istək və ehtiyaclarını əlaqələndirmək üçün prezident Putinlə dünənki söhbətə əsaslanıb. Bunu Tramp bildirib. Amerika liderinin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli…

Daha çox

İmişlidə Novruz bayramı qeyd olunub

İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi və həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz şənliyində şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. SİA xəbər verir ki, əvvəlcə bayram tonqalı qalanıb. Qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar sərgilənib. Corab toxuyan, yun darayan, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha canlandırıblar. Yeniyetmə və gənc idmançılar tərəfindən…

Daha çox

“Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır”

“Ermənistanın sürətlə silahlandırılması prosesi gedir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, bir tərəfdən Fransa, digər tərəfdən Hindistan Ermənistanı silahlandırır: “Bu da regionda təhlükəsizlik risklərini artırır. Ermənistan nəzərə almaq lazımdır ki, işğalçı dövlətdir. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamışdı. Hazırda da Ermənistanın silahlanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması böyük riskləri formalaşdırır. Azərbaycanın bu xüsusda tələbləri bundan ibarətdir ki, sülh müqaviləsinin imzalanması üçün razılaşmalar əldə olunubsa, Azərbaycanın tələbləri yerinə yetirilibsə, Ermənistan Azərbaycanın digər tələblərini də yerinə yetirməlidir. Bu, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk…

Daha çox