ABŞ Prezidenti Donald Tramp İlon Maskın Tesla avtomobillərini sabotaj edənlərə ciddi xəbərdarlıq edib. SİA xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb. O, hüquq-mühafizə orqanlarının günahkarları və onların maliyyələşdirənlərini axtardığını, bu şəxslərin uzunmüddətli həbs cəzasına məhkum ediləcəyini bildirib. “Teslanı sabotaj edən şəxslər, böyük ehtimalla, iyirmi ilə qədər həbs cəzası alacaqlar, o cümlədən onları maliyyələşdirənlər də. Biz sizi axtarırıq, – deyə Tramp vurğulayıb.
Daha çoxDay: March 21, 2025
“Könüllü DOST” proqramına son iki ayda daha 229 nəfər cəlb olunub
“Könüllü DOST” proqramına bu ilin yanvar-fevral ayları ərzində 5,1 min müraciət olub, 229 nəfər proqrama cəlb edilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib. Bildirilib ki, “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub. Proqram iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər. Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə kömək edir. Fərdi…
Daha çoxDSMF “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Birləşmiş Krallığın London şəhərində yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib. SİA xəbər verir ki, Fond müsabiqənin “Mükəmməllik Sertifikatı – 2025-ci ilin Qalibi” ali mükafatına layiq görülüb. DSMF müsabiqədə “Sosial müdafiənin inqilabi transformasiyası: Azərbaycanda əlilliyi olan şəxslər üçün inklüziv xidmətlərə rəqəmsal çıxış” müsabiqə işi ilə iştirak edib. Müsabiqə hər il beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və…
Daha çoxRəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident, Əziz Qardaşım. Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünyada sülhlə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın…
Daha çoxABŞ-ın bu ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzaladı
ABŞ-ın Merilend ştatının qubernatoru Ves Mur 20 mart tarixini rəsmi olaraq Novruz Günü elan edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib. Sənəddə Novruzun tarixi haqqında məlumat verilib, onun yazın gəlişini və təbiətin yenilənməsini qeyd edən qədim bayram olduğu vurğulanıb. Qeyd edilib ki, Novruz 3 000 ildən artıqdır, dünyanın milyonlarla insanı tərəfindən sülh, yenilənmə və mədəni birliyin simvolu kimi qeyd olunur. Bəyannamədə Azərbaycan icmalarının Novruzu ailə yığıncaqları, musiqi, rəqs, bayram süfrələri və həyatın yenilənməsini, xeyirin şər üzərində qələbəsini simvolizə edən mədəni ənənələrlə qeyd etdiyi bildirilir: “Merilend ştatı…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı…
Daha çox“Google” Novruz bayramına “doodle” həsr etdi
ABŞ-ın transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Novruz Bayramı münasibətilə “doodle” hazırlayıb. SİA xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində istifadəçilər üçün Novruz bayramı ilə bağlı görüntü yerləşdirilib və bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub. Onun üzərinə klikləməklə Novruz bayramı ilə bağlı məlumatları əldə etmək mümkündür. Qeyd edək ki, bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir. Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. 2009-cu il sentyabrın 30-da UNESCO Novruz bayramını qeyri-maddi…
Daha çoxAvtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib. Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.
Daha çoxTramp İrana iki ay vaxt verdi
ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün iki ay vaxt verib. SİA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Ağ Ev rəhbəri İranın ali dini lideri Əli Xameneiyə məktub göndərib və məktubda qeyd edib ki, Tehrana bu məsələni həll etmək üçün iki ay vaxt verilib. “Əgər İran Trampın çağırışını rədd edərsə və danışıqlara getməzsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar keçirmə şansları kəskin şəkildə artacaq”, – məlumatda deyilir. Ağ Ev və İranın BMT-dəki daimi…
Daha çoxErmənistan Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsassız iddialara dair şərh edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları pisləyirik: “Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur. Xatırladaq ki, qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm…
Daha çox