Ötən gün 56 nəfər saxlanılıb

Martın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 305, o cümlədən borclu şəxs qismində axtarışda olan 270 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,21 ABŞ dolları, yaxud 1,66 % artaraq 74,02 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,57 % artaraq 72,6 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Vatikandan Fransisin vəziyyəti ilə bağlı açıqlama

Papanın vəziyyəti stabil olduğundan onun səhhəti ilə bağlı əlavə məlumat gələn həftəyə qədər gözlənilmir. Papa Fransisk artıq gecələr mexaniki ventilyasiya tələb etmir və gün ərzində daha az oksigen terapiyasına ehtiyac duyur. Papa artıq mesaya rəhbərlik edə bilmişdi. Bu barədə martın 19-da Vatikanın mətbuat xidməti məlumat yayıb. “Müqəddəs Atanın klinik vəziyyətinin yaxşılaşdığı təsdiqlənib. Müqəddəs Ata qeyri-invaziv mexaniki ventilyasiyanı dayandırıb və eyni zamanda daha az yüksək axınlı oksigen terapiyası tələb edir. Hərəkət və tənəffüs fizioterapiyası irəliləməkdə davam edir”, – məlumatda deyilir. Papanın həkimləri qeyd ediblər ki, onun ağciyər infeksiyaları “ortadan qaldırılmasa da,…

Daha çox

Minik avtomobili yanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Sirab kəndində Niva markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb. Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Daha çox

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Türkiyənin İğdır şəhərində Novruz bayramı təşkil olunub. SİA xəbər verir ki, bayram tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi, Qarsdakı baş konsulluğu, İğdır Valiliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “Alagöz Holding” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. İğdır valisi Ercan Turan Novruz bayramını Türk dünyasının ortaq dəyəri kimi səciyələndirərək qardaş Azərbaycanla birgə təşkil olunan bu şənliyinin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirib. O, Novruzun əhəmiyyəti haqqında danışaraq, bahar bayramının birlik və bərabərliyə xidmət etdiyini söyləyib. Azərbaycanın Türkiyədəki Səfiri Rəşad Məmmədov xalqlarımızın min illərdir yaşatdığı, özündə qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən Novruz bayramı münasibəti…

Daha çox

ABŞ Ukrayna atom elektrik stansiyaları ilə bağlı bəyanat yayıb

Amerika tərəfi Ukraynanın atom elektrik stansiyalarına nəzarəti ələ keçirə bilər. ABŞ-ın müvafiq təcrübəsi var. ABŞ-ın energetika naziri Kris Rayt bu barədə bir gün əvvəl Fox News telekanalında bildirib. Onun sözlərinə görə, ABŞ-ın “belə elektrik stansiyalarının idarə olunmasında böyük texniki təcrübəsi var” və bunun üçün orduya ehtiyacı yoxdur. Eyni zamanda, Rayt əlavə edib ki, Amerika administrasiyası hazırda Ukrayna atom elektrik stansiyalarının ABŞ-ın mülkiyyətinə verilməsi imkanını müzakirə etmir. “Məncə, bu, çətin ki, yerdə iştirak tələb etsin, amma xarici siyasəti prezident Tramp və dövlət katibi Rubionun öhdəsinə buraxacağam. Sizə deyim ki, onlar yorulmadan…

Daha çox

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

YAP Gəncə şəhər təşkilatı Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylayıb. SİA xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri 100 aztəminatlı ailəyə baş çəkərək, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı çatdırıblar. Görüşlərdə Novruz bayramının adət və ənənələrindən danışılıb.

Daha çox

Parlament narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Gürcüstan parlamenti ölkədə narkotik siyasətinin sərtləşdirilməsinə, cinayət və inzibati cəza müddətlərinin dəyişdirilməsinə yönəlmiş səkkiz qanuna düzəlişləri birinci oxunuşda qəbul edib. SİA xəbər verir ki, qəbul edilən dəyişikliklərə əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsi mütəşəkkil cinayətkarlıq, reket və “oğru dünyası” ilə yanaşı, dövlətin xüsusi nəzarətində olan cinayətlər siyahısına daxil ediləcək. Narkotik alverçilərinin və onların qohumlarının cinayət yolu ilə əldə etdikləri əmlak isə dövlətin xeyrinə müsadirə olunacaq. Bu zaman narkotik vasitələrin qanunsuz dövriyyəsinə təkcə narkotik vasitələrin deyil, həmçinin marixuananın və çətənənin, psixotrop maddələrin, onların analoqları və ya təsirli maddələrinin, habelə analoqlarının və prekursorlarının…

Daha çox

Şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

Qəbələ Rayon İcra Hakimiyyəti şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün iftar süfrəsi təşkil edib. SİA xəbər verir ki, rayon ağsaqqallarının və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha çox