Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən 3 ay sonra Almaniya bu ölkədəki səfirliyini yenidən açıb. Bu barədə cümə axşamı, martın 20-də Spiegel xəbər yayıb. Xarici işlər naziri Annalena Baerbok Dəməşqə səfəri zamanı Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 2012-ci ildə bağlanan səfirliyi yenidən açıb. Hazırda xarici nümayəndəlik hələ tam fəaliyyət göstərmir və Almaniya vətəndaşları üçün açıq deyil. “Dəməşqdəki səfirlik növbəti xəbərdarlığa qədər bağlıdır. Müstəsna hallarda Suriyadakı Almaniya vətəndaşlarına konsulluq yardımı göstərilə bilməz”, – səfirliyin saytında deyilir. Xatırladaq ki, Almaniya Suriyaya və suriyalı qaçqınları qəbul edən ölkələrə humanitar yardım üçün daha 300 milyon…
Daha çoxDay: March 21, 2025
Azərbaycana yaz fəsli qədəm qoydu
Azərbaycana yaz fəsli qədəm qoydu. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Beləliklə, həmin andan Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən…
Daha çoxİnternetin Rusiya seqmentində böyük fasilə yaranıb
İnternetin Rusiya seqmentində irimiqyaslı uğursuzluq qeydə alınıb. Bir çox saytların istifadəçiləri populyar saytlara və xidmətlərə daxil olmaqda kütləvi şəkildə çətinliklərlə üzləşdiklərini bildirirlər. Bu barədə özünü müstəqil hesab edən Rusiyanın “Astra” nəşri “Telegram”da məlumat yayıb. “Bir neçə provayderdə problemlər müşahidə olunur və bir neçə iri veb-resursların yüklənməsi nəzərəçarpacaq gecikmələrlə baş verir və ya qeyri-mümkündür”, – məlumatda deyilir. Roskomnadzor bildirib ki, fasilələr “texniki nasazlıqların qeydə alındığı xarici server infrastrukturundan istifadə ilə” bağlıdır. Hadisənin təfərrüatları və stabil internet xidmətinin bərpası üçün mümkün müddətlər hələlik dəqiqləşdirilməyib. Ekspertlər problemi Roskomnadzorun Cloudflare xidmətlərinə qarşı hərəkətləri ilə…
Daha çoxAvtovağzal gücləndirilmiş iş rejimində çalışır
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib. Sərnişinlərin 45 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb. Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur. Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki,…
Daha çoxXİN Fransanın Rusiyaya qarşı ittihamlarına münasibət bildirib
Zaxarova: Rusiya terrorizmi bütün forma və təzahürlərində qətiyyətlə pisləyir Rusiya terrorizmin istənilən formasını və təzahürünü qətiyyətlə pisləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın ədliyyə naziri Cerald Darmaninin ittihamlarını şərh edərkən deyib.
Daha çoxCəbrayılda Novruz ilə bağlı bayram konserti
Cəbrayıl şəhərində Novruz ilə bağlı bayram konserti təşkil olunub. SİA xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub. Cəbrayıl şəhər sakinləri, eləcə də Cocuq Mərcanlı sakinləri üçün təşkil olunan konsertdə Beynəlxalq Muğam Mərkəzinin musiqiçi heyətinin, eləcə də, tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib. Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın şənlikdə iştirakı uşaqlar üçün bu günü unudulmaz edib. Bayram əhvali-ruhiyyəsi, vətənpərvərlik duyğuları və coşqu ilə keçən…
Daha çoxMakron Brüsseldə “itkin düşdü”
Euractiv: Makron AB sammiti ərəfəsində Yeni Avropa liderlərinin toplantısına qatıla bilmədi Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı sammiti öncəsi Avropa Parlamentində dəstəklədiyi “Yeniləşən Avropa” fraksiyasının liderlərinin görüşünə qatılmayıb. Bu barədə Euractiv nəşri məlumat yayıb. Eyni zamanda rəsmilər Fransa liderinin harada olduğunu bilmirlər. Euractiv-in qeyd etdiyi kimi, Makronun Harada olduğunu açıqlamaması qeyri-adi haldır, baxmayaraq ki, onun Renew görüşündə iştirak etməməsi qeyri-adi deyil. Jurnalistlərin fikrincə, Fransa prezidenti beynəlxalq sammitlərdən əvvəl yalnız vaxtın 80%-də iştirak etməklə qrup liderlərini tərifləyir. Avropa İttifaqı ölkələrinin liderləri növbəti dəfə Brüsseldə sammit üçün bir araya gələcək. Martın 20…
Daha çoxPolşada Novruz bayramı qeyd olunub
Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Poznan şəhərində yerləşən Adam Mitskeviç Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə bu ali təhsil ocağında təhsil alan azərbaycanlı, eləcə də polyak və xarici tələbələr iştirak ediblər. SİA xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Novruz bayramının ölkəmizdə qədim zamanlardan bəri qeyd olunduğunu, bu bayramın özünəməxsusluğu ilə seçildiyini, Novruzun yeni gün, yeni həyat mənasını daşıdığını, Novruzda həyatın canlandığını qeyd edib. O, Novruz adətlərindən bəhs edərək bu bayramın Azərbaycan poeziyasında silinməz izlər buraxdığını, dahi Nizaminin “Xəmsə”sində Novruzla bağlı adətləri qələmə aldığını tədbir iştirakçılarının diqqətinə…
Daha çoxParis iqlim Sazişinin məqsədləri hələ də əlçatandır
Qlobal iqlim vəziyyətinə dair son hesabat 2024-cü ilin 175 il əvvəl müşahidələrin başlamasından bəri ən isti il olduğunu, qlobal orta temperaturun sənayedən əvvəlki səviyyədən 1,55 dərəcə Selsi yuxarı qalxdığını təsdiq edir. Qeyd edilir ki, ilk dəfə kritik istiləşmə həddi aşılaraq 1,5 dərəcə Selsidən yuxarı olub. Bu, Paris Sazişinin uzunmüddətli hədəflərini (uzunmüddətli orta göstərici 1,5 dərəcə Selsidən aşağıdır) pozmasa da, emissiyaların azaldılmasına təcili ehtiyac olması barədə ciddi xəbərdarlıqdır. BMT-nin saytına istinadla xəbər verilir ki, çoxsaylı iqlim göstəricilərində də yeni rekordlar qeydə alınıb. Atmosferdə karbon qazının konsentrasiyası son 800 min ildə ən…
Daha çoxNovruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Novruz bayramı ərəfəsində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrini ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad ediblər. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşlər zamanı şəhid ailələrinin və müharibə əlillərinin sosial təminat məsələlərinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və…
Daha çox