Ukrayna Krıma hücum etdi


Ukrayna Silahlı Qüvvələri Krıma hücum etməyə cəhd edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb. Hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 7:10 radələrində pilotsuz təyyarələri vurub. Ümumilikdə, yarımadanın üzərində üç təyyarə zərərsizləşdirilib. Martın 20-dən 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 regionuna 43 təyyarə göndərib. Onlar Volqoqrad, Rostov, Kursk və Belqorod vilayətləri üzərində vurulub.

Əlaqəli Xəbərlər