BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

Martın 21-də Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən davamında həbs edilmiş qadınların və uşaqların azad edilməsi” adlı qətnamə qəbul edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iki ildən bir 1994-cü ildən irəli sürülən bu qətnamədə silahlı münaqişələrdə qadın və uşaqlara xüsusi diqqət yetirilməklə, girov götürülmə məsələsinə toxunulur. Qətnamə bu cür əməllərin mahiyyət etibarı ilə qanunsuz və əsassız olduğunu təsdiq edir. Qətnamə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə qarşı törədilən bütün zorakı hərəkətləri…

Daha çox

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

“OPEC+” həddən artıq tədarükü kompensasiya etmək məqsədilə əlavə neft hasilatının azaldılması üzrə yeni cədvəl elan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya, İraq və Qazaxıstanla yanaşı, bu siyahıya daxil edilən Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt bazarda neft həcmlərində razılaşdırılmamış artımı tənzimləmək üçün hasilatlarını müəyyən olunmuş şəkildə azaldacaqlar. OPEC-in saytında dərc edilən açıqlamaya görə, adıçəkilən dövlətlərin neft hasilatlarında azalmalar 2026-cı ilin iyun ayına qədər gündəlik 189.000 ilə 435.000 barel arasında dəyişəcək. Plana əsasən, İraq əvvəlki istehsal artığını kompensasiya etmək üçün tədarükünü daha çox – gündəlik 116 min –…

Daha çox

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Avropanın ən işlək hava limanı olan Hitrou fəaliyyətini qismən bərpa edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, artıq ilk təyyarə hava limanına eniş edib. Sərnişinlərə yalnız aviaşirkətdən rəsmi xəbərdarlıq alındıqdan sonra hava limanına yollanmaları tövsiyə olunub. Hitrou rəhbərliyi sabah tam xidmət göstərməyə ümid etdiyini bəyan edib. Qeyd edək ki, Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib və Hitrou hava limanı elektriksiz qalıb. Yarımstansiyada baş verən və hava limanının elektrik təchizatını dayandıran yanğınla bağlı araşdırmaya Londondakı terrorla mübarizə polisi rəhbərlik edir, lakin hazırda qəsdən törədilməyə dair heç bir əlamət…

Daha çox

Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Türkiyə Müdafiə Nazirliyi ABŞ-ın Ankaraya qarşı S-400 zenit raket kompleksinin alınması bəhanəsi ilə CAATSA (Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə qarşı Mübarizə Haqqında) qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları tənqid edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyi Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin inkişaf proqramından çıxarılan zamanı Vaşinqton tərəfindən CAATSA çərçivəsindəki məhdudiyyətlərin əsas gətirildiyini xatırladıb. “Ankarada müttəfiq ölkələr arasında qarşılıqlı sanksiyaları dəfələrlə səhv addım adlandırıblar. Türkiyənin F-35 proqramına geri dönməsi qərarı sanksiyaların ləğvindən sonra nəzərdən keçiriləcək”, – deyə Türkiyə Müdafiə Nazirliyi bildirilib. Nazirlik, həmçinin Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələri üçün parkın modernləşdirilməsi və…

Daha çox

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Böyük Britaniyada dövlətə məxsus “Great British Energy” şirkəti məktəblər və xəstəxanalar üçün 200 milyon funt sterlinq (260 milyon dollar) dəyərində günəş paneli layihəsinə rəhbərlik edəcək. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu, ötən il təsis edilən şirkətin ilk iri sərmayəsi olacaq. “GB Energy” bərpa olunan enerjiyə sərmayələri artırmaq məqsədilə yaradılıb. Hökumət bildirib ki, ilk böyük layihə çərçivəsində “GB Energy” məktəb və xəstəxanaların damlarında günəş panellərinin quraşdırılmasını maliyyələşdirəcək. Energetika naziri Ed Miliband deyib ki, “Great British Energy”nin ilk böyük layihəsi əsas ictimai qurumların enerji xərclərinə qənaət edərək yüz milyonlarla funt sterlinqin…

Daha çox

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Qazaxıstanın Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinin sədri Yerbolat Kojikovun “Kazaxtelekom” SC və “Caspinet B.V.” şirkətinin nümayəndələri ilə görüşü zamanı Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin (VOLS) inşası ilə bağlı beynəlxalq layihə müzakirə edilib. SİA Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinə istinadla xəbər verir ki, Yerbolat Kojikov layihənin icra mərhələləri, ekoloji icazə alınma prosesi və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə tanış olub. O qeyd edib ki, layihələndirmə və ya icazə sənədlərinin alınması mərhələsində hər hansı bir sual yaranarsa, Komitə öz səlahiyyətləri daxilində zəruri məsləhətlərini verməyə…

Daha çox

Rusiyadan Kiyev və Zaporojyeyə kütləvi zərbə

Rusiya ordusu dronlarla Ukraynanın Zaporojye vilayətində yaşayış binalarına ondan çox zərbə endirib. SİA yerli mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər xəsarətlər alıb ki, onlardan da ikisinin vəziyyəti ağırdır. Bundan əlavə, paytaxt Kiyevə də zərbələr endirilib, nəticədə bir ev yanıb.

Daha çox

Bu ölkələr neft hasilatını azaldacaq

“OPEC+” həddən artıq tədarükü kompensasiya etmək məqsədilə əlavə neft hasilatının azaldılması üzrə yeni cədvəl elan edib. SİA xəbər verir ki, Rusiya, İraq və Qazaxıstanla yanaşı, bu siyahıya daxil edilən Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt bazarda neft həcmlərində razılaşdırılmamış artımı tənzimləmək üçün hasilatlarını müəyyən olunmuş şəkildə azaldacaqlar. OPEC-in saytında dərc edilən açıqlamaya görə, adıçəkilən dövlətlərin neft hasilatlarında azalmalar 2026-cı ilin iyun ayına qədər gündəlik 189.000 ilə 435.000 barel arasında dəyişəcək. Plana əsasən, İraq əvvəlki istehsal artığını kompensasiya etmək üçün tədarükünü daha çox – gündəlik 116 min – 135 min barel…

Daha çox

Netanyahu İran xalqını təbrik etdi

İsrail Baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. SİA xəbər verir ki, Netanyahu təbrik mesajını video-müraciətlə çatdırıb. “Mən İran xalqına xoşbəxt Novruz arzulamaq istəyirəm. Sizə sağlamlıq, xoşbəxtlik, rifah və hər şeydən əvvəl azadlıq diləyirəm. Qoy bu il rialın həqiqi dəyər qazandığı, sizə həqiqətən xeyir arzulayanlarla, o cümlədən mənim ölkəm – İsraillə dostluq ili olsun. Qoy bu il zülmdən azad olmaq, ehtiyacdan azad olmaq, yaşamaq və seçim etmək azadlığı ili olsun”, – Netanyahu bildirib.

Daha çox

Starmer Britaniyanın Ukrayna ilə bağlı planını açıqladı

Böyük Britaniya münaqişənin həllindən sonra sülh razılaşmasının yerinə yetirilməsini təmin etmək üçün Ukraynada quru, dəniz və hava əməliyyatları planlarını hazırlayır. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəyan edib. “Biz siyasi niyyətləri reallığa, konsepsiyanı plana çeviririk – istər sudakı, istər havadakı, istərsə də qurudakı hadisələrlə bağlı. Bu planlar hazırlanır. Mən bəzi qərargah üzvləri ilə görüşdüm ki, detallar üzərində işləyək”, – Starmer bildirib. Onun sözlərinə görə, Rusiya gələcək razılaşmaları poza bilər, buna görə də Qərb ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməlidirlər: “Ümid edirik ki, razılaşma…

Daha çox