Rusiyada qrip epidemiyası hər həftə bir milyon insana təsir edir

Ruslar kütləvi şəkildə qripə yoluxurlar. SİA-nın məlumatına görə, “İzvestiya” Rospotrebnadzor-a istinadən yazır ki, son üç həftə ərzində 1,1 milyon yoluxma halı qeydə alınıb. Ən azı 10 şəhərdə: Bryansk, Vologda, Kirov, Nijni Novqorod, Orel, Sıktıvkar, Tomsk, Ulyanovsk, Çelyabinsk və işğal olunmuş Simferopolda epidemiya həddi 20 faiz və ya daha çox keçib. Epidemiya səbəbindən bir sıra təhsil müəssisələrində tədris prosesi dayandırılmalı olub. Belə ki, ötən həftə 462 məktəb, 162 uşaq bağçası, 11 internat məktəbi və bir peşə məktəbi bağlanıb. Xüsusilə, Perm diyarı, Kaluqa, Murmansk və Tomsk vilayətlərində belə tədbirlər həyata keçirilib. Smorodintsev…

Daha çox

ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi

Müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə təşkil edilən düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib. ATİAHİ Respublika Komitəsinin Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 350-yə yaxın təhsil işçisi,həmçinin həmkarlar ittifaqının üzvü olan 300 nəfərdən artıq ali məktəb tələbələri iştirak edəcəklər. Düşərgədə ilk 5 gündə, yəni martın 21-dən 25-dək məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçiləri, ikinci mərhələdə, yəni,…

Daha çox

Azərbaycandan Yunanıstana pul köçürmələri iki dəfə artıb

Ötən il Azərbaycandan Yunanıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,558 milyon ABŞ dolları təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,01dəfə və ya 1,288 milyon ABŞ dolları artıb. Ölkənin ümumi köçürmələrində Yunanıstanın payı 0,5 % təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib. 2023-cü ildə fiziki şəxslərin Azərbaycandan Yunanıstana pul köçürmələrinin həcmi 1,27 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə xarici ölkələrə 550,126…

Daha çox

Miqrantlardan HİV və narkotik testlərindən keçmək tələb olunacaq

…Martın 20-də Rusiya prezidenti Vladimir Putin Donbass və Novorossiyada olan əcnəbi vətəndaşların iyunun 10-dək tibbi müayinədən keçməsini tələb edən fərman imzalayıb. Testin məqsədi İİV infeksiyasının və narkomaniyanın olmadığını təsdiqləməkdir. SİA xəbər verir ki, fərmana əsasən, tələb sənəd qüvvəyə minməzdən əvvəl göstərilən bölgələrə gələn Rusiya vətəndaşlığı olmayan bütün şəxslərə şamil edilir. Onlar yerli Daxili İşlər Nazirliyinə narkotik vasitələrdən istifadənin olmamasını təsdiq edən tibbi arayış və HİV-in olmadığını təsdiq edən arayış təqdim etməlidirlər. Əcnəbilərdən HİV-in olmaması haqqında arayışla yanaşı, vərəm, sifilis və cüzam kimi təhlükəli yoluxucu xəstəliklərin olmadığını təsdiq edən sənədlər də…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,03 % artaraq 74,04 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,55 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,01 ABŞ dolları və ya 0,01 % artaraq 72,61 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

ABŞ-də parkda atışma olub, ölən və yaralanan var

ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub. SİA “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib. Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.

Daha çox

Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

Suriyanın Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Hələb şəhərində bir anbarda təxminən 3 milyon psixotrop təsirli “Captagon” həbi aşkar edilərək müsadirə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik ticarətçilərindən biri ələ keçirilib. “Captagon” həbləri ilk dəfə 1960-cı illərdə diqqət əskikliyi və depressiya xəstəliklərinin müalicəsi üçün istehsal edilsə də, sonrakı illərdə qeyri-qanuni yollarla narkotik bazarının əsas elementindən biri olub.

Daha çox

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2 milyon dəfə istifadə edilib, 47 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.…

Daha çox

Azərbaycan qlobal xammal sammitində iştirak edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə qurumu olan “SOCAR Trading”in nümayəndə heyəti 24-26 mart tarixlərində İsveçrənin Lozanna şəhərində keçiriləcək “FT Commodities Global Summit 2025” qlobal xammal sammitində iştirak edəcək. SİA şirkətə istinadən xəbər verir ki, “SOCAR Trading”in ticarət üzrə baş direktorunun vəzifəsini icra edən Tağı Tağı-zadə tədbir çərçivəsində “Neft: qiymətlər yeni səviyyədə sabitləşəcəkmi?” adlı panel müzakirəsində çıxış edəcək. Bundan əlavə, şirkətin karbon kvotaları üzrə treyderi Juli Noller “Karbon kvotaları ticarəti: qlobal tənzimləmə şəraitində karbon bazarlarının gələcəyi” panelində, ticarət və struktur maliyyələşdirmə şöbəsinin rəhbəri Antuan Sevrey isə “Risklər, faizlər, likvidlik və…

Daha çox

Toyota Rusiya bazarına Land Cruiser Prado və RAV4 ilə qayıdır?

Yaponiyanın avtomobil nəhəngi Toyota Rusiya bazarına tam miqyasda qayıtmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə Avtovzglyad nəşri xəbər verir. Aprel ayında şirkət qapalı iclas keçirərək geri qaytarmanın təfərrüatlarını, o cümlədən Rusiyada fəaliyyətini bərpa etmək üçün vaxt və şərtləri müzakirə edəcək. Sankt-Peterburqdakı zavodun geri alqı-satqı opsiyonu olmadan satılması səbəbindən Rusiyada avtomobil istehsalının sürətlə qurulmasının mümkün olmayacağına baxmayaraq, Toyota avtomobil tədarükünü bərpa etməyi planlaşdırır. Rusiyalı alıcılara təklif olunacaq ilk modellər məşhur Land Cruiser Prado və RAV4 krossoverləri olacaq. İlkin mərhələdə Rusiyada yüksək tələbat olan Camry-nin tədarükündən avtomobilin baha olması səbəbindən imtina etmək…

Daha çox