Rusiya hər il 2,2 milyon işçi cəlb etməlidir…

Rusiya iqtisadiyyatının 2030-cu ilə qədər təxminən 11 milyon yeni işçiyə ehtiyacı var …Rusiya iqtisadiyyatının 2030-cu ilə qədər təxminən 11 milyon yeni işçiyə ehtiyacı var. Yəni, hər il təxminən 2,2 milyon insan cəlb edilməlidir. SİA-nın məlumatına görə, bu barədə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Əmək Nazirliyinin rəhbəri Anton Kotyakov bildirib. Nazirin sözlərinə görə, bu ehtiyac təqaüdə çıxanları əvəz edəcək 10 milyon işçi və yeni əlavə iş yerlərinin doldurulması üçün 800 min işçidən ibarətdir. Kotyakov belə rəqəmləri Rusiyada əmək məhsuldarlığının aşağı olması ilə izah edib. Şirkətlərdə…

Daha çox

İstanbulda üçüncü gündür etirazlar davam edir

Minlərlə insan meriyanın qarşısına çıxıb… …Türkiyənin İstanbul şəhərində minlərlə insan prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi olan müxalifət bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq bələdiyyə binası qarşısında toplaşıb. SİA xəbər verir ki, bu barədə AP məlumat yayıb. Çoxları İmamoğlunun həbsini müxalifət xadiminin 2028-ci ilə təyin edilmiş növbəti prezident seçkilərində iştirakının qarşısını almaq üçün siyasi motivli cəhd kimi qiymətləndirir. Yerli mətbuatın məlumatına görə, İmamoğlu korrupsiya ittihamları ilə bağlı polis tərəfindən 4 saat dindirilib və o, bütün ittihamları rədd edib. Onun dindirilmək üçün şənbə günü axşam prokurorluğa aparılacağı…

Daha çox

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

Martın 21-də Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən davamında həbs edilmiş qadınların və uşaqların azad edilməsi” adlı qətnamə qəbul edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iki ildən bir 1994-cü ildən irəli sürülən bu qətnamədə silahlı münaqişələrdə qadın və uşaqlara xüsusi diqqət yetirilməklə, girov götürülmə məsələsinə toxunulur. Qətnamə bu cür əməllərin mahiyyət etibarı ilə qanunsuz və əsassız olduğunu təsdiq edir. Qətnamə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə qarşı törədilən bütün zorakı hərəkətləri…

Daha çox

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

“OPEC+” həddən artıq tədarükü kompensasiya etmək məqsədilə əlavə neft hasilatının azaldılması üzrə yeni cədvəl elan edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya, İraq və Qazaxıstanla yanaşı, bu siyahıya daxil edilən Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt bazarda neft həcmlərində razılaşdırılmamış artımı tənzimləmək üçün hasilatlarını müəyyən olunmuş şəkildə azaldacaqlar. OPEC-in saytında dərc edilən açıqlamaya görə, adıçəkilən dövlətlərin neft hasilatlarında azalmalar 2026-cı ilin iyun ayına qədər gündəlik 189.000 ilə 435.000 barel arasında dəyişəcək. Plana əsasən, İraq əvvəlki istehsal artığını kompensasiya etmək üçün tədarükünü daha çox – gündəlik 116 min –…

Daha çox

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Avropanın ən işlək hava limanı olan Hitrou fəaliyyətini qismən bərpa edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, artıq ilk təyyarə hava limanına eniş edib. Sərnişinlərə yalnız aviaşirkətdən rəsmi xəbərdarlıq alındıqdan sonra hava limanına yollanmaları tövsiyə olunub. Hitrou rəhbərliyi sabah tam xidmət göstərməyə ümid etdiyini bəyan edib. Qeyd edək ki, Londonun cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib və Hitrou hava limanı elektriksiz qalıb. Yarımstansiyada baş verən və hava limanının elektrik təchizatını dayandıran yanğınla bağlı araşdırmaya Londondakı terrorla mübarizə polisi rəhbərlik edir, lakin hazırda qəsdən törədilməyə dair heç bir əlamət…

Daha çox

Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Türkiyə Müdafiə Nazirliyi ABŞ-ın Ankaraya qarşı S-400 zenit raket kompleksinin alınması bəhanəsi ilə CAATSA (Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə qarşı Mübarizə Haqqında) qanunu çərçivəsində tətbiq etdiyi sanksiyaları tənqid edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyi Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin inkişaf proqramından çıxarılan zamanı Vaşinqton tərəfindən CAATSA çərçivəsindəki məhdudiyyətlərin əsas gətirildiyini xatırladıb. “Ankarada müttəfiq ölkələr arasında qarşılıqlı sanksiyaları dəfələrlə səhv addım adlandırıblar. Türkiyənin F-35 proqramına geri dönməsi qərarı sanksiyaların ləğvindən sonra nəzərdən keçiriləcək”, – deyə Türkiyə Müdafiə Nazirliyi bildirilib. Nazirlik, həmçinin Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələri üçün parkın modernləşdirilməsi və…

Daha çox

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Böyük Britaniyada dövlətə məxsus “Great British Energy” şirkəti məktəblər və xəstəxanalar üçün 200 milyon funt sterlinq (260 milyon dollar) dəyərində günəş paneli layihəsinə rəhbərlik edəcək. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu, ötən il təsis edilən şirkətin ilk iri sərmayəsi olacaq. “GB Energy” bərpa olunan enerjiyə sərmayələri artırmaq məqsədilə yaradılıb. Hökumət bildirib ki, ilk böyük layihə çərçivəsində “GB Energy” məktəb və xəstəxanaların damlarında günəş panellərinin quraşdırılmasını maliyyələşdirəcək. Energetika naziri Ed Miliband deyib ki, “Great British Energy”nin ilk böyük layihəsi əsas ictimai qurumların enerji xərclərinə qənaət edərək yüz milyonlarla funt sterlinqin…

Daha çox

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Qazaxıstanın Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinin sədri Yerbolat Kojikovun “Kazaxtelekom” SC və “Caspinet B.V.” şirkətinin nümayəndələri ilə görüşü zamanı Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin (VOLS) inşası ilə bağlı beynəlxalq layihə müzakirə edilib. SİA Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinə istinadla xəbər verir ki, Yerbolat Kojikov layihənin icra mərhələləri, ekoloji icazə alınma prosesi və ətraf mühitə təsirin qiymətləndirilməsi ilə tanış olub. O qeyd edib ki, layihələndirmə və ya icazə sənədlərinin alınması mərhələsində hər hansı bir sual yaranarsa, Komitə öz səlahiyyətləri daxilində zəruri məsləhətlərini verməyə…

Daha çox

Rusiyadan Kiyev və Zaporojyeyə kütləvi zərbə

Rusiya ordusu dronlarla Ukraynanın Zaporojye vilayətində yaşayış binalarına ondan çox zərbə endirib. SİA yerli mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər xəsarətlər alıb ki, onlardan da ikisinin vəziyyəti ağırdır. Bundan əlavə, paytaxt Kiyevə də zərbələr endirilib, nəticədə bir ev yanıb.

Daha çox

Bu ölkələr neft hasilatını azaldacaq

“OPEC+” həddən artıq tədarükü kompensasiya etmək məqsədilə əlavə neft hasilatının azaldılması üzrə yeni cədvəl elan edib. SİA xəbər verir ki, Rusiya, İraq və Qazaxıstanla yanaşı, bu siyahıya daxil edilən Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt bazarda neft həcmlərində razılaşdırılmamış artımı tənzimləmək üçün hasilatlarını müəyyən olunmuş şəkildə azaldacaqlar. OPEC-in saytında dərc edilən açıqlamaya görə, adıçəkilən dövlətlərin neft hasilatlarında azalmalar 2026-cı ilin iyun ayına qədər gündəlik 189.000 ilə 435.000 barel arasında dəyişəcək. Plana əsasən, İraq əvvəlki istehsal artığını kompensasiya etmək üçün tədarükünü daha çox – gündəlik 116 min – 135 min barel…

Daha çox