Netanyahu İran xalqını təbrik etdi

İsrail Baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. SİA xəbər verir ki, Netanyahu təbrik mesajını video-müraciətlə çatdırıb. “Mən İran xalqına xoşbəxt Novruz arzulamaq istəyirəm. Sizə sağlamlıq, xoşbəxtlik, rifah və hər şeydən əvvəl azadlıq diləyirəm. Qoy bu il rialın həqiqi dəyər qazandığı, sizə həqiqətən xeyir arzulayanlarla, o cümlədən mənim ölkəm – İsraillə dostluq ili olsun. Qoy bu il zülmdən azad olmaq, ehtiyacdan azad olmaq, yaşamaq və seçim etmək azadlığı ili olsun”, – Netanyahu bildirib.

Daha çox

Starmer Britaniyanın Ukrayna ilə bağlı planını açıqladı

Böyük Britaniya münaqişənin həllindən sonra sülh razılaşmasının yerinə yetirilməsini təmin etmək üçün Ukraynada quru, dəniz və hava əməliyyatları planlarını hazırlayır. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer bəyan edib. “Biz siyasi niyyətləri reallığa, konsepsiyanı plana çeviririk – istər sudakı, istər havadakı, istərsə də qurudakı hadisələrlə bağlı. Bu planlar hazırlanır. Mən bəzi qərargah üzvləri ilə görüşdüm ki, detallar üzərində işləyək”, – Starmer bildirib. Onun sözlərinə görə, Rusiya gələcək razılaşmaları poza bilər, buna görə də Qərb ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməlidirlər: “Ümid edirik ki, razılaşma…

Daha çox

Ramazanın 22-ci gününün duası

Sabah Ramazan ayının 22-ci günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:14, iftar isə 19:09-dadır. İmsak duası: “Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin”. Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya…

Daha çox

Rusiya Odessanı vurur

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə PUA zərbələri endirib. SİA xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində şəhərdə güclü partlayışlar baş verib. Şahidlər artıq 15 partlayış səsinin eşidildiyini bildiriblər. Şəhərdəki yaşayış binaları, ticarət mərkəzinin və sənaye müəssisəsinin ərazisində yanğınların baş verdiyi qeyd edilir.

Daha çox

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı ilə bağlı Bahar şənliyi təşkil edilib. Tədbir ali təhsil müəssisəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektorunun müşaviri İhsan Alparğı Novruz bayramının təkcə fəsil dəyişikliyi deyil, həm də yenilənmə, birlik və qardaşlığı təmsil edən tarixi bir ənənə olduğunu, mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov çıxışında Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş tanıdılmasının böyük əhəmiyyət daşıdığını vurğulayaraq Novruz bayramının bütün Türk…

Daha çox

ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

ABŞ və Ukrayna ən qısa zamanda faydalı resurslarla bağlı saziş imzalayacaq. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı deyib. Prezident bildirib ki, o, ABŞ-ın kritik resursların çıxarılması ilə bağlı sərəncam verib. “Mühüm mineralların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir. Bildiyiniz kimi, biz həm də dünyanın müxtəlif yerlərində nadir torpaq metallarının, mineralların və daha çoxunun işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq”, – deyə Amerika lideri vurğulayıb.

Daha çox

Hikmət Rəhimov ilk dəfə ailəsi ilə kamera qarşısına keçib

Aktyor Hikmət Rəhimov ilk dəfə ailəsi ilə kamera qarşısına keçib. SİA-nın məlumatına görə, sənətçi oğlu və qızı ilə fotosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb. “Əziz dostlar, tanışlar və həmvətənlər, bayramınız mübarək. Dünyamızda hər zaman sülh olsun. Hər zaman sağlam və xoşbəxt olun” deyə, o, paylaşımında yazıb.

Daha çox