“Sinoptiklərin məlumatına əsasən sabah yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir”. Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır. “Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı,…
Daha çoxDay: March 23, 2025
Azərbaycan və Pakistanın Rumıniyadakı səfirləri görüşüblər
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Pakistanın bu ölkədəki səfiri Muhammad Arshad Jan Pathan ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən bildirilib. Q. Osmanov Pakistanın Milli Günü münasibətilə bu ölkənin hökumətini və xalqını təbrik edib.
Daha çoxRosaviatsiya Rusiya hava limanlarına məhdudiyyətlər qoyub
Kazan hava limanı üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. SİA xəbər verir ki, bu barədə şənbə günü, martın 22-də Rosaviasiyanın rəsmi nümayəndəsi Artem Korenyako öz Telegram səhifəsində məlumat verib. Onun sözlərinə görə, məhdudiyyətlər Moskva vaxtı ilə saat 18:35-də tətbiq edilib. Hazırda Kazan hava limanı heç bir reys qəbul etmir və göndərmir. Bu qərarın səbəbləri barədə məlumat verilmir. Eyni zamanda, Korenyako qeyd edib ki, ekipajlar, aviadispetçerlər və digər aeroport əməkdaşları uçuşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edirlər. Əli Babayev
Daha çoxMartın 25-dək yağıntılı və küləkli hava olacaq
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildiriblər ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Daha çoxABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
ABŞ-nin Nyu-Meksiko ştatının Las Kruses şəhərində atışma baş verib. SİA-nın əldə etdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölənlərin 16-19 yaş arası gənclər olduğu açıqlanıb. Atışma gecə saatlarında parkda baş verib. Polis hadisə ilə bağlı hələlik heç kəsi həbs etməyib, lakin faktlara əsasən araşdırma aparılır.
Daha çoxAzərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. “Qardaş və dost Pakistan xalqını və onun hökumətini Milli Günü münasibətilə təbrik edirik!”, – paylaşımda bildirib.
Daha çox“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir
“Brexit” Böyük Britaniya biznesinə hər il 37 milyard funt sterlinqə başa gəlir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqı ilə ticarətdə milyardlarla funt sterlinq dəyərində itkilər Britaniya hökumətini gömrük ittifaqına və vahid bazara yenidən qoşulmaq çağırışları ilə üz-üzə qoyub. Hökumət bildirib ki, Aİ ilə ümumi ticarət həcmi Britaniyanın bloku tərk etməsindən əvvəlki dövrlə müqayisədə 5 faiz azalıb. Parlamentim İcmalar Palatasının kitabxanası tərəfindən aparılan təhlilə əsasən, ticarətdəki 5 faizlik azalma təxminən 37 milyard funt sterlinqə bərabərdir. Ticarət naziri Duqlas Aleksandr əvvəlki Mühafizəkarlar hökumətinin razılaşdığı “Brexit” sazişini tənqid edərək deyib…
Daha çoxMartın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar…
Daha çoxKeniyayanın nəqliyyat təyyarəsi Somali yaxınlığında qəzaya uğrayıb
Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb. İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub. Təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurdu. Hadisənin səbəbləri araşdırılır.
Daha çoxQazaxıstanda sərnişin qatarında yanğın baş verib
Qazaxıstanda Astana-Karaqanda-Sortirovoçnaya xəttində “Turksib Astana” adlı özəl daşıyıcı şirkətə məxsus Kostanay-Almatı marşrutu üzrə hərəkət edən sərnişin qatarında yanğın baş verib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoxdur. Yanğın baş verən vaqon qatardan ayrılıb. “Hadisə yerinə Astana stansiyasından yanğınsöndürmə qatarı göndərilib. Yanğın dəmiryol işçiləri və Fövqəladə Hallar Departamentinin əməkdaşları tərəfindən söndürülüb. Hadisənin səbəbləri və şəraiti araşdırılır”, – deyə məlumatda bildirilir.
Daha çox