Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. SİA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubunda yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət…

Daha çox

“Belə sualtı qayıqlardan biri Rusiyanın 40 şəhərini yandıra bilər”..?

Britaniyalı admiral Putinə xəbərdarlıq edib …Rusiya Böyük Britaniyanın nüvə çəkindirici qüvvələri və əməliyyat sistemi olan Böyük Britaniyanın “Traydent” proqramından qorxur. SİA-nın əldə etdiyi məlumata görə, “The Telegraph” yazır ki, bunu Böyük Britaniyanın baş naziri Key Starmer deyib. Qeyd edək ki, sözügedən proqrama raketlər və döyüş başlıqları ilə təchiz edilmiş dörd strateji sualtı qayıq daxildir. Britaniya hökuməti başçısının sözlərinə görə, Kreml Londonun nüvə imkanlarını tanıyır. …Onların bunun həqiqətən etibarlı sistem olduğunu başa düşmələri vacibdir. Bunu baş nazir bəyan edib. …Və öz növbəsində Kral Hərbi…

Daha çox

…Amma Rusiya bu cür təklifləri qəti şəkildə rədd edir

Çin Ukraynada, sülhməramlı qüvvələrdə iştirak etməyi nəzərdən keçirir …Çin Ukraynadakı sülhməramlı missiyaya qoşulmağı düşünür. Brüssel hesab edir ki, Çinin iştirakı Rusiyanın sülhməramlılara münasibətinə yenidən baxmağa kömək edə bilər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb. Deməli, Çin Avropa İttifaqından avropalı tərəfdaşlarının belə bir təşəbbüsə dəstək olub-olmadığını soruşaraq, Ukraynada sülhməramlı qüvvələrdə iştirak etməyi düşünür. …“Die Welt” mənbələrinin məlumatına görə, Brüsseldəki diplomatik dairələr hesab edir ki, Çinin “istəklilər koalisiyasına” daxil olması Rusiyanın Ukrayna ərazisindəki sülhməramlı qüvvələrə münasibətinə yenidən baxmağa kömək edəcək…

Daha çox

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda…

Daha çox

Dünyada təhlükəli hadisələrin sayı durmadan artır…

Vilfand: Bütün dünyada kataklizmlərin, yəni qlobal fəlakətlərin sayında kəskin artım müşahidə olunur …Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand bəyan edib ki, dünyada təhlükəli təbiət hadisələrinin sayı kəskin şəkildə artır. Bütün bunlar qlobal istiləşmə səbəbindən baş verir. Onun sözlərinə görə, son vaxtlar Yer planetində dünyanın bütün yerlərində iqlimin istiləşməsi müşahidə olunur və atmosferdəki su buxarının tərkibi kataklizmlərin yaranmasına səbəb olur. Atmosferdəki böyük miqdarda “su” təhlükəli təbiət hadisələri üçün “yanacaq”dır. Vilfand qeyd edir ki, bu tendensiya təkcə Rusiyada deyil, dünyanın hər yerində müşahidə olunur. Qlobal…

Daha çox

Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır. SİA xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın “Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb. Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir. İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur. Bu baxımdan,…

Daha çox

Suriyanın yeni lideri Putindən Bəşər Əsədi istəyir…

Mühakimə etmək üçün …Moskvaya qaçıb orada sığınacaq alan keçmiş prezident Bəşər Əsəd rejimini devirən Suriyanın yeni hakimiyyət orqanları Kremlə sorğu göndərib. Onlar Bəşər Əsəd mühakimə etmək üçün tələb edirlər. SİA-nın məlumatına görə, bu barədə “The Moscow Times” yazır. Nəşrin mənbələrinin bildirdiyinə görə, rəsmi sorğu Suriyanın müvəqqəti prezidenti, “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əhməd əl-Şaraanın adından Moskvaya göndərilib. Daha əvvəl Reuters diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, Suriyanın yeni lideri Rusiyadan Əsədin Moskvaya yerləşdirdiyi vəsaiti geri qaytarmağı xahiş edib. Həmsöhbətlər təsdiqləyiblər ki, Rusiya nümayəndə heyətinin Suriyanın paytaxtı Dəməşqə…

Daha çox

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir…

Daha çox