Almaniya hökuməti Cənubi Sudanda gərginliyin artması ilə əlaqədar bu ölkədəki səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib. SİA xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok sosial media paylaşımında bu barədə qeyd edib: “İllərlə davam edən kövrək sülhdən sonra Cənubi Sudan yenidən vətəndaş müharibəsinin astanasındadır”. Vəziyyətin gərginləşməsi fonunda böhran qərargahı paytaxt Cubadakı səfirliyi müvəqqəti bağlamaq qərarına gəlib. Təxminən 11 milyon əhalisi olan Cənubi Sudan 2011-ci ildə şimal qonşusu Sudandan müstəqillik qazandıqdan sonra vətəndaş müharibəsi ilə üzləşdi. Prezident Salva Kiir Mayardit və rəqibi Riek Maçar 2020-ci ildə keçid hökuməti formalaşdırdılar. Lakin indi…
Daha çoxDay: March 23, 2025
Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşları ölkədə ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb. SİA xəbər verir ki, nazir son günlər doqquz vilayətdə keçirilmiş icazəsiz aksiyalarla əlaqədar ümumilikdə 343 nəfərin saxlanıldığını açıqlayıb. “Prokurorluq orqanlarının İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı araşdırmalarla bağlı keçirilən aksiyalar gecə saatlarında Ankara, İstanbul, İzmir, Antalya, Eskişehir və digər şəhərləri əhatə edib. Türkiyədə sabitlik və təhlükəsizliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir”, – deyə nazir qeyd edib. İstanbul Baş Respublika Prokurorluğu bundan əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin…
Daha çoxBritaniya buna görə hər il 37 milyard funt sterlinq itirir
“Brexit” Böyük Britaniya biznesinə hər il 37 milyard funt sterlinqə başa gəlir. SİA “The Independent”ə istinadla xəbər verir ki, Avropa İttifaqı ilə ticarətdə milyardlarla funt sterlinq dəyərində itkilər Britaniya hökumətini gömrük ittifaqına və vahid bazara yenidən qoşulmaq çağırışları ilə üz-üzə qoyub. Hökumət bildirib ki, Aİ ilə ümumi ticarət həcmi Britaniyanın bloku tərk etməsindən əvvəlki dövrlə müqayisədə 5 faiz azalıb. Parlamentim İcmalar Palatasının kitabxanası tərəfindən aparılan təhlilə əsasən, ticarətdəki 5 faizlik azalma təxminən 37 milyard funt sterlinqə bərabərdir. Ticarət naziri Duqlas Aleksandr əvvəlki Mühafizəkarlar hökumətinin razılaşdığı “Brexit” sazişini tənqid edərək deyib…
Daha çoxZelenski hərbi kabinetin iclasını keçirdi
Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova səfər edib. SİA xəbər verir ki, bu barədə Zelenski özü sosial şəbəkə hesabında məlumat yayıb. Zelenski Xarkovda hərbi kabinetin iclasını keçirib. İclasda Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski, müdafiə naziri Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak edib. Toplantıda cəbhədəki vəziyyət və Səudiyyə Ərəbistanında ABŞ-la görüşə hazırlıq müzakirə edilib. “Biz cəbhədəki vəziyyəti, Zaporojye, Donetsk, Xarkov, Sum və Kursk vilayətində əməliyyatın gedişini müzakirə etdik. Sabah (bu gün – red.) Səudiyyə Ərəbistanında baş tutacaq Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşünə də hazırlaşmışıq”,…
Daha çoxBritaniyada yüksək yolxucu epidemiya yayılır
Böyük Britaniyada yüksək infeksion xəstəliyə yoluxma hallarının sayı artır. Virus dərmanlara qarşı müqavimət qazanıb. SİA xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti Britaniya Dermatoloqlar Assosiasiyasının məlumatlarına istinadən xəbər yayıb. Qeyd edilir ki, son aylarda krallıqda qaşınma xəstəliyi halları kəskin şəkildə artıb. Eyni zamanda, adi müalicə bir çox hallarda artıq effektiv olmur, bu da xəstəliyin yayılması üçün əlavə imkanlar yaradır. Artıq hər min britaniyalıdan üçü – təxminən 200 min xəstə – infeksiyaya yoluxub. Xəstəliyin simptomları yoluxmadan üç-altı həftə sonra özünü göstərir.
Daha çoxNovruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir
Minillik bir tarixə malik olan Novruz bayramının əsas ideyaları sülh, birlik və yenilənmədir. Novruz ənənələrini gələcək nəsillərə ötürmək çox vacibdir. Bu vəzifə bütün türk xalqlarının ortaq məsuliyyətidir. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci Novruz bayramı ilə əlaqədar Ankarada Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən tədbirdə söyləyib. O xatırladıb ki, BMT Baş Assambleyası 2010-cu ildə 21 martı Beynəlxalq Novruz Günü elan edərək, onun qlobal səviyyədə qeyd olunmasına çağırış edib. B.Ekinci Novruz bayramını türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisi adlandırıb. “Tarixi və…
Daha çoxŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTR) və Azərbaycan arasında xüsusən də enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Turizm sahəsində də fəal əməkdaşlıq imkanı var. SİA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Milli Məclisin Azərbaycan – ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Türk Kiprinin lideri Türkiyə, ŞKTR və Azərbaycan xalqlarının tarixi və mədəni ortaq dəyərlərinə diqqət çəkərək, “Bir millət, üç dövlət” ifadəsinin əhəmiyyətini vurğulayıb. O, ŞKTC-ni “ən cənubdakı türk dövləti” adlandıraraq, Bakı ilə Lefkoşa arasında Türkiyə…
Daha çoxRamazanın 23-cü gününün duası
Sabah Ramazan ayının 23-cü günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:13, iftar isə 19:10-dadır. İmsak duası: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!” Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və…
Daha çoxTramp Çinlə müharibəyə hazır olduğunu bildirib
…Vaşinqton Pekinlə müharibəyə can atmır, lakin mümkün qarşıdurma üçün kifayət qədər hərbi gücə malikdir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. …Biz Çinlə potensial müharibə istəmirik, amma sizə deyə bilərəm ki, əgər bu baş verərsə, onunla mübarizə aparmağa yaxşı hazırıq. Mən bunu heç kimə nümayiş etdirmək istəməzdim. Bunu deyən Tramp qeyd edib ki, o, ABŞ-ın hərbi gücünü “heç kimə” nümayiş etdirmək istəməz. Martın 10-da Pekin və Vaşinqtonun Trampla Çin prezidenti Si Cinpin arasında iyunda baş tutacaq mümkün görüşün hazırlıqlarını müzakirə etməyə başladığı…
Daha çoxIFC 2024-cü ildə Azərbaycana yatırılan investisiyaların həcmini açıqlayıb
Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2024-cü ildə Azərbaycanda reallaşdırılan layihələrə 17,83 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, ölkəyə qoyulan ümumi birbaşa xarici investisiyaların 0,3 %-ni təşkil edib. Hazırda IFC Azərbaycanda “Access Bank” və “Bank Respublika”ın kapitalında iştirak etmək də daxil olmaqla, ümumi dəyəri 47 milyon ABŞ dolları olan 7 layihəni həyata keçirir. Qeyd edək ki, IFC növbəti beş ildə Azərbaycana maliyyə dəstəyinin həcmini 200-500 milyonABŞ dolları diapazonunda artırmağı planlaşdırır. Xatırladaq ki, son 30 ildə IFC…
Daha çox