Ukraynada müharibə şəraitinə baxmayaraq burada yaşayan azərbaycanlılar öz tarixi ənənəsinə sahib çıxaraq Novruz bayramının təbliğini həyata keçirirlər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Kiyev şəhər Dövlət Administrasiyası və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə dəstəyi ilə Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı baş tutub. Festivalda Azərbaycanın zəngin mədəni irsi, ənənəvi musiqisi, rəqsləri və milli geyimləri nümayiş etdirilib. Eyni zamanda, müxtəlif xalqların musiqi və rəqs qrupları çıxış edib. Tədbir multikulturalizmin və fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşmasının vacibliyini bir daha vurğulayıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun…
Daha çoxDay: March 24, 2025
Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub
Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsini müzakirə edib. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu Qara dəniz təşəbbüsü və onunla bağlı məsələlər olub. Bu, ABŞ Prezidenti Donald Trampın təklifidir və Rusiya Prezidenti Vladimir Putin də bu təklifi qəbul edib. Rusiya nümayəndə heyəti bu mandatla Ər-Riyada danışıqlara yola düşüb. Peskov, həmçinin qeyd edib ki, Moskva və Vaşinqton Ukraynada vəziyyətin nizamlanmasına dair ümumi istəyə malikdir, lakin tərəflər hələ çoxsaylı texniki məsələləri həll etməlidirlər. O bildirib ki, nizamlanma…
Daha çoxXüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bayram tədbirlərinə Vətən müharibəsi şəhidlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının övladları, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər cəlb olunub. Həmin kateqoriyadan olan uşaqların asudə vaxtının maraqlı və səmərəli keçirilməsi, onların sosial reabilitasiyasına dəstək göstərilməsi məqsədi daşıyan tədbirlər Bakı, Abşeron, habelə digər şəhər və rayonlarda təşkil edilib.…
Daha çoxAlmaniyada işsizlərin 33faizi miqrantlardır…
Uzun müddət iş tapa bilməyən Almaniya sakinləri arasında keçən il miqrantların payı 33 faizə çatıb. SİA-nın məlumatına görə, bu barədə Almaniya KİV-i Federal Məşğulluq Agentliyinin cavabına istinadən xəbər verir. Bundan əvvəl müvafiq sorğunu sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan Bundestaq deputatı Rene Şpringer göndərmişdi. Almaniyada “uzunmüddətli işsizlər” dedikdə, ən azı bir il işsiz qalan insanlar nəzərdə tutulur. …Keçən il əcnəbilərin nisbəti təqribən 33 faizə çatıb. Uzunmüddətli işsizlikdən əziyyət çəkən 972 000-ə yaxın insandan 317 000-nin alman pasportu yoxdur. Bunu Bild qəzeti yazır. Agentliyin məlumatına görə, 2018-ci ildə onlar 23…
Daha çox34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb. İlkin məlumata görə, S.Məmmədovun dəm qazından boğularaq ölüb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.
Daha çoxİtalyan mafiya başçısı Kolumbiyada tutulub
…Kolumbiyada İtalyan mafiyasının başçısı Dollarino ləqəbi ilə tanınan Emanuele Qreqorini iki il polisdən gizləndikdən sonra tutulub. SİA xəbər verir ki, bu barədə NTK məlumat yayıb. Həmin şəxs ölkənin şimalındakı Kartagenada saxlanılıb. Kolumbiya polisi onu “Latın Amerikasındakı italyan mafiyasının lideri” adlandırıb və onun Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığında əsas rol oynadığı güman edilir. Mafiya başçısının tutulması üçün keçirilən beynəlxalq əməliyyatda bir neçə ölkənin hüquq-mühafizə orqanları iştirak edib. Dollarino Kolumbiya şəhərində şəxsiyyətini gizlətməyə cəhd etmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən tutulub. O, alış-veriş edərkən, yemək yeyərkən və idman zalına gedərkən kameralara tuş gəlib.…
Daha çoxSOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. “The Consultant Global” şirkətinin keçirdiyi təlim proqramının ilk sessiyasında SOCAR-ın prezidenti, vitse-prezidentlər, seqment, habelə SOCAR struktur bölmə və müəssisə rəhbərləri iştirak ediblər. Təlim çərçivəsində uyğunluq mədəniyyətinin formalaşdırılması, SOCAR-ın yenilənilmiş Biznes Etikası və Davranış Kodeksi, eləcə də uyğunluq sahəsində yeni qüvvəyə minmiş digər sənəd və prosedurların tələbləri, beynəlxalq qabaqcıl təcrübələrlə bağlı məlumatlar təqdim olunub. Təlim sessiyaları interaktiv şəkildə keçirilməklə, qarşılıqlı müzakirələr,…
Daha çoxƏr-Riyaddakı danışıqlarda gəmiçiliyin təhlükəsizliyi müzakirə edilir
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Rusiya və ABŞ danışıqlarının gündəliyində Qara dəniz təşəbbüsü məsələsi durur. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Bu gün gündəlikdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün bərpası ilə bağlı bütün aspektlər durur. Bu, ABŞ Prezidenti Donald Trampın təklifi idi və Rusiya lideri Vladimir Putin buna razılıq verib. Nümayəndə heyətimiz məhz bu mandatla Ər-Riyada yollanıb”, – D.Peskov qeyd edib. O bildirib ki, danışıqlar, ilk növbədə, gəmiçiliyin təhlükəsizliyinə aiddir
Daha çoxRada Ukraynada kazinoların dövlət xidmətinə çevrildiyini elan edib
Kiyev hakimiyyəti Avropa ölkələrinin qumar biznesində mövcud olan məhdudiyyətlər olmadan qumar oyunları üçün dövlət platformasını işə salır. SİA xəbər verir ki, bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Telegram kanalında məlumat verib. O qeyd edib ki, ilk dəfə olaraq qumar oyunları qanuni olaraq dövlət xidməti sayılacaq. Kazinonun açılışını üçüncü tərəf biznesi deyil, dövlət özü həyata keçirəcək. …Onlayn kazinoların ya qadağan olunduğu, ya da ciddi şəkildə məhdudlaşdırıldığı – mərclər, depozitlər, özünü bloklayan sistemlər və ödəmə qabiliyyətinə nəzarət məhdudiyyətləri ilə – əksər Avropa ölkələrindən…
Daha çoxAxtarlşda olan 45 nəfər saxlanılıb
Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Daha çox