Eritreyada saxlanılan gəmilərin heyəti Azərbaycana gətirilib

Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin Azərbaycana gətirilməsi ilə bağlı məlumat yayıb. SİA xəbər verir ki, məlumatda deyilir: “Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib. Gəmi heyəti…

Daha çox

ABŞ Rusiya ilə görüşdən gözləntilərini açıqlayıb

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında martın 24-nə planlaşdırılan görüşdə Rusiya ilə danışıqlarda real irəliləyişi gözləyir. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Fox News telekanalına müsahibəsində Vaşinqtonun görüşdən gözləntilərini açıqlayıb. …Düşünürəm ki, Səudiyyə Ərəbistanında, xüsusən də Qara dəniz ətrafında, hər iki ölkə arasında gəmilərdə atəşkəs əldə edilməsində bəzi real irəliləyişlər görəcəksiniz. Bunu Vitkoff bildirib. O əlavə edib ki, gələcəkdə bu razılaşmaların nəticələri tam atəşkəs ola bilər. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, tərəflərin taxıl sazişinin bərpasını müzakirə edəcəyi planlaşdırılan…

Daha çox

FHN əhaliyə müraciət edib

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və…

Daha çox

Hərbi Prokurorluq işçiləri hərbi hissələrdə olublar

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri, yüksəkrütbəli zabitlər hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər. Hərbi Prokurorluqdan SİA-ya bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. Ardınca Dövlət Himni səsləndirilib. Bundan sonra, Baş prokuror Kamran…

Daha çox

Husilər Təl-Əvivə raket zərbəsi endiriblər…

Yəmən husiləri İsrailin Təl-Əviv beynəlxalq hava limanına hücum ediblər. SİA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya məlumat verib. Hücum “Fələstin-2” hipersəs ballistik raketi ilə həyata keçirilib. Səriyanın sözlərinə görə, hücumun məqsədinə nail olunub: Ben Qurion hava limanının fəaliyyəti yarım saat dayandırılıb. Eyni zamanda İsrail tərəfi raketin hava limanına çatmamış vurulduğunu bildirib. Husilər həmçinin Qırmızı dənizdə Amerikanın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə və sulardakı digər döyüş gəmilərinə raket və pilotsuz təyyarələrlə hücumu elan ediblər. Bundan əvvəl məlum olub ki, husilər martın 20-də Təl-Əviv hava limanına və ABŞ-ın…

Daha çox

Ağcabədidə yol qəzası olub

Ağcabədidə “VAZ-2107” və “KİA” markalı minik maşınları toqquşub. SİA xəbər verir ki, rayonun Rəcbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Daha çox

Azərbaycan kərə yağı idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 370 ton (79,8 %), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2,4 dəfə) çoxdur. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,9 %-ni təşkil edib.

Daha çox

ABŞ Putinin Avropanı ələ keçirmək istəyinə inanmadı

Rusiya prezidenti Vladimir Putinin Avropanı ələ keçirmək planı yoxdur. SİA xəbər verir ki, TASS-ın məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff “Fox News” telekanalının efirində bildirib ki, ABŞ Moskvanın bunu etmək istəyinə inanmır. …Mən Putinin bu məsələ ilə bağlı sözünü qəbul edirəm. Mən inanıram ki, avropalılar da eyni nəticələrə gəlməyə başlayıblar. Vitkoff deyib bunu və əlavə edib ki, Vaşinqton indi iki ölkə arasında münaqişənin həlli yollarını tapmaq üçün Moskva və Kiyevin mövqelərini hərtərəfli öyrənməyə çalışır. O bildirib ki, hər iki dövlətlə təmaslar olmadan “belə şeylərə son qoymaq mümkün deyil”.…

Daha çox

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 millimetrdir. Dağlıq ərazilərə isə qar yağıb, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 santimetrdir. Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6…

Daha çox

Rusiya-ABŞ görüşü qapalı olacaq

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq. SİA-nın Moskva müxbiri TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi “The Ritz-Carlton” otelinin binasını tərk etməyi xahiş ediblər. Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun köməkçiləri daxildir.

Daha çox