Rusiya və Ukrayna sülhə nail olmağa “əvvəlkindən daha yaxındır”. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals CBS News-a müsahibəsində bildirib. …Biz getdikcə yaxınlaşırıq və sülhə həmişəkindən daha yaxınıq. Bunu Donald Trampın milli təhlükəsizlik müşaviri deyib. Onun sözlərinə görə, sülhə yanaşma prezident Trampın Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski ilə təkbətək danışdığı andan başlayıb. İndi texniki qruplar yaradılıb, onlar eyni platformada ruslar və ukraynalılarla dolayı danışıqlar aparırlar. Vals həmçinin ABŞ və Rusiyanın Ər-Riyadda sülh danışıqlarının irəliləməsi üçün nələri müzakirə edəcəklərini deyib. Əli Babayev
Daha çoxDay: March 24, 2025
40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin…
Daha çoxƏr-Riyadda Rusiya-ABŞ danışıqları başlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar başlayıb. SİA xəbər verir ki, Rusiya-ABŞ danışıqları The Ritz-Carlton otelində keçirilir.
Daha çoxƏr-Riyadda ABŞ-Ukrayna danışıqları başlayıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş başlayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov məlumat verib. Umerovun qeyd edib ki, danışıqçılar, “bir sıra mürəkkəb texniki məsələləri” həll edəcəklər. Ukrayna nümayəndə heyətinə energetika üzrə ekspertlər, donanma və hava qüvvələrinin nümayəndəsi daxildir. Bundan əvvəl CNN jurnalisti Aleks Marquard Ukraynada atəşkəsin uzadılması ilə bağlı danışıqların bazar günü, martın 23-də Ər-Riyadda bərpa olunacağını yazmışdı. Onun sözlərinə görə, Amerika nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Maykl Anton və Milli Təhlükəsizlik Şurasından Endryu Pik…
Daha çoxQızıl bahalaşıb
Əmtəə bazarlarında qızıl 5 dollara yaxın bahalaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,16% və ya 4,90 dollar artaraq 3 026,3 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,65% və ya 0,22 dollar artaraq 33,71 ABŞ dollarına bərabər olub. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxİngiltərə səlahiyyətliləri 10 min məmuru ixtisar etmək istəyir
Böyük Britaniya hökuməti iqtisadi problemlər fonunda təxminən 10,000 dövlət qulluqçusunu ixtisar etməyi planlaşdırır. SİA-nın məlumatına görə, Böyük Britaniyanın maliyyə naziri Rüyçel Rivz deyib. Xatırladaq ki, fevralın əvvəlində britaniyalı siyasətçi Devid Frost krallığın iflas ərəfəsində olduğu barədə xəbərdarlıq etmişdi. O, Böyük Britaniyanın ÜDM-nin yüksək yanacaq qiymətləri, nəzarətsiz miqrasiya və Covid-dən sonrakı iqtisadi şok səbəbindən sürətlə aşağı düşdüyünü izah edib. Nazirin sözlərinə görə, əvvəllər insanın iştirakı tələb olunan bəzi tapşırıqlar indi “texnologiya ilə yerinə yetirilə bilər”. …Hər şöbə öz planlarını müəyyən edəcək. Amma mən insanların ofislərdə deyil, məktəblərimizdə, xəstəxanalarımızda və polis qüvvələrimizdə…
Daha çoxİrandan Azərbaycana PUA ilə narkotik keçirməyə cəhd edilib
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Məlumata görə, mart ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha”…
Daha çox16 yaşlı qızlar 16 saat açıq dənizdə qalıblar…
ABŞ-ın Florida ştatında balıqçılar dənizdə itən 16 yaşlı qızlarla təsadüfən rastlaşaraq onları xilas ediblər. SİA-nın məlumatına görə, bu barədə ABC News xəbər verir. Deməli, iki qız paddle boarding – birlikdə avarçəkməyə gediblər. Onlar şişmə taxta üzərində avarın köməyi ilə ayaq üstə hərəkət ediblər. Onları sonuncu dəfə martın 17-də saat 16:00-da görüblər. …Və tezliklə Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası və bir neçə könüllü təşkilat qızları axtarmağa başlayıblar, lakin onların bütün səyləri boşa çıxıb. Amma qızlar yalnız ertəsi gün tapılıb. Alex Jeffries, Vill Pauling və Russ Kuin dənizdə balıq tutarkən…
Daha çox“ADY Ekspress” MMC-nin yeni direktoru təyin olunub
“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib. SİA xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub. O, bundan əvvəl də – 2022-ci ilin noyabr ayına qədər “ADY Ekspress”ə rəhbərlik edib. Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.
Daha çoxRusiya ABŞ-la Ər-Riyaddakı görüşdən gözləntilərini açıqlayıb
Rusiya və Amerika nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşündə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların sonrakı mərhələlərinə hazırlıq baş tutacaq. SİA-nın məlumatına görə, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyib. Deputat Lenta.ru ilə söhbətində Moskva ilə Vaşinqton arasında dialoqa dair gözləntilərindən danışıb. …Düşünürəm ki, konkret məqamlarla bağlı müəyyən dəqiqləşdirmələr olacaq. Tutaq ki, enerji obyektlərinin atəşə tutulmasının dayandırılması ilə bağlı qərar qəbul edilirsə, o zaman biz bu obyektlərə nəzarəti necə həyata keçirə bilərik? Biz görürük ki, Kiyev artıq bu müqaviləni iki dəfə pozub. Nəzarət oluna bilmirsə, hansısa qərarlar qəbul…
Daha çox