İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İranın ölkəmizdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Daha çox

Rusiya Bankı mart ayında qiymət artımı barədə məlumat verib

Rusiyada illik inflyasiya mart ayında fevral ayı səviyyəsində olacaq və səkkiz faizdən az olacaq. SİA-nın məlumatına görə, TASS bu barədə danışan Mərkəzi Bankın sədr müavini Aleksey Zabotkinə istinadən xəbər verir. Tənzimləyicinin nümayəndəsi xatırladıb ki, cari qiymət artımı ötən ilin noyabr və dekabr aylarında pik həddə çatıb, bundan sonra yanvarda göstərici 11 faizdən aşağı düşüb, ötən ay isə yenidən təxminən üç faiz bəndi azalıb. Zabotkin bir daha təsdiqləyib ki, Mərkəzi Bank “2026-cı ilə hazırkı inflyasiya 4 faizlə daxil olmaq niyyətindədir”. Əsas uçot dərəcəsinin ardıcıl üçüncü dəfə illik 21 faiz səviyyəsində saxlanılması…

Daha çox

Bakıda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda keçirilən əməliyyat zamanı narkokuriyerlik etməkdə şübhəli bilinən şəxsdən 13 kiloqram marixuana və həşiş aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Ondan 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb. C.Kuhi ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı araşdırmalar aparılır.

Daha çox

ABŞ-da jurnalist Putin haqqında dediyi sözlərə görə istehza edilib

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Scott Ritter CNN-in baş beynəlxalq müxbiri Kristian Amanpuru ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinə etimadla bağlı sözlərini pislədiyinə görə tənqid edib. SİA-nın məlumatına görə, bu barədə o, X. sosial şəbəkə hesabında yazıb. Amanpur Vitkoffun jurnalist Taker Karlsona verdiyi müsahibədə Ağ Evin sözçüsü Rusiya liderini “son dərəcə mehriban və etibar edilə bilən insan” adlandırıb, “bu zarafatdır?”,- deyə cavab verib. …Burada yeganə zarafat sənsən, -deyə Ritter cavab yazıb. Xatırladaq I, martın 23-də Vitkoff deyib ki, Putin Avropanı ələ keçirmək niyyətində…

Daha çox

“Radioquraşdırma zavodu”na yeni direktor təyin edilib

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Soltan Qasımov vəzifəsindən azad edilib. SİA xəbər verir ki, müəssisəyə rəhbərlik Samir İbrahimova həvalə olunub. Xatırladaq ki, “Radioquraşdırma zavodu” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır.

Daha çox

“COP29 qlobal əməkdaşlıq üçün yeni perspektivlər açdı”

Bakıda ötən ilin noyabr ayında keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platformaya çevrildi. SİA xəbər verir ki, bunu Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin ölkənin nüfuzlu maliyyə qəzeti “Valor Econômico”nun təşkil etdiyi “Rumos 2025” (İstiqamətlər-2025) tədbirində bildirib. Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbir “yaşıl iqtisadiyyat” və dayanıqlı inkişaf sahəsində qlobal əməkdaşlıq üçün yeni perspektivlər açıb. “COP29 çərçivəsində Braziliyanın təqdim etdiyi ekoloji və iqtisadi təşəbbüslər ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu daha da gücləndirmək niyyətini ortaya…

Daha çox

Tramp İran liderinə məktub göndərib

ABŞ prezidenti Donald Tramp İran liderinə məktub göndərərək birbaşa dialoqda maraqlı olduğunu, lakin danışıqlardan imtina edəcəyi təqdirdə mümkün hərbi nəticələr barədə xəbərdarlıq edib. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard məlumat verib. O, qeyd edib ki, İran liderinə müvafiq məktubu Tramp “bu yaxınlarda” göndərib. …O, deeskalasiya, müharibənin qarşısının alınması və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün birbaşa danışıqlarda maraqlı olduğunu bildirib. Bunu Qabbard əlavə edib. Eyni zamanda, ABŞ Milli Kəşfiyyatının rəhbərinin sözlərinə görə, Tramp məktubda “birbaşa danışıqların olmadığı təqdirdə…

Daha çox

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Mayın 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək “TEKNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Texnologiya Komandası Fondunu (T3 Fondu) təmsil edən festivalın təşkilatçıları bildiriblər. T3 Fondundan verilən məlumata görə, ŞKTC Prezident Administrasiyasının himayəsi altında keçiriləcək genişmiqyaslı tədbirdə 15 mindən çox komanda iştirak edəcək. Lefkoşadakı keçmiş “Ercan” Hava Limanının ərazisində təşkil edilən texnologiya müsabiqələrin qalibləri 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə elan ediləcək. “TEKNOFEST-2025” çərçivəsində pilotaj komandalarının çıxışı da planlaşdırılır. Solotürk və…

Daha çox

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 50 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 256,9 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 50 % çoxdur. O cümlədən, son 1 ildə Azərbaycanla MDB ölkələrinə ixracının dəyəri 7,05 % azalaraq 188,4 milyon ABŞ dollarına, Birlik ölkələrindən idxalının dəyəri isə 68,2 % artaraq 1 milyard 68,5 milyon ABŞ dollarına çatıb. 2 ay ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,9 %, ümumi idxalında payı isə 26,9 % təşkil edib. Hesabat dövründə Azərbaycanın…

Daha çox

Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa…

…vaxt itirmədən Konstitusiyasında dəyişiklik etməlidir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında səslənmiş əsassız iddialarını şərh edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib. Qeyd olunub ki, 25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni…

Daha çox