ABŞ Venesueladan neft-qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək


ABŞ Prezidenti Donald Tramp Venesueladan neft və ya qaz alan ölkədən idxal olunan məhsullara 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tramp Venesuelanı on minlərlə qatili və digər cinayətkarları məqsədli şəkildə ABŞ-a göndərməkdə ittiham edib və cavab olaraq belə bir addım atacağını bildirib.

“İkinci dərəcəli tariflər” adlanan yeni rüsum aprelin 2-dən qüvvəyə minəcək.

Əlaqəli Xəbərlər