Bazar ertəsi, martın 24-də Çili sahillərində güclü zəlzələ qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzindən bildirilib.
Seysmik hadisənin maqnitudası 5,5 olub. Zəlzələnin episentri 160 min nəfər əhalisi olan Kokimbo şəhərindən 39 kilometr şimalda yerləşib.
Mənbə 38 kilometr dərinlikdə yerləşirdi. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Martın əvvəlində İndoneziya sahillərində, Sumatra adasının şimalındakı Şimali Tapanuli rayonunda 5,5 bal gücündə zəlzələ baş vermişdi.
Bundan bir neçə saat əvvəl ölkədə maqnitudası 5,8-ə çatan daha bir neçə zəlzələ qeydə alınıb.
Nazlı Almuradova