Emin Əmrullayev UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib


Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Parisdə UNESCO-nun mənzil-qərargahında Qlobal Nazirlərin Dialoqunda iştirak edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi məlumat paylaşıb.

Bildirilib ki, dialoq “Sürətlə dəyişən dünyada elm diplomatiyası – kişi və qadınların şüurunda sülhün qurulması” mövzusuna həsr olunub.

Tədbir nazirləri, siyasətçiləri və ekspertləri bir araya gətirərək qlobal çağırışlar dövründə beynəlxalq əməkdaşlığın, innovasiyanın və davamlı inkişafın təşviqində elm diplomatiyasının rolunu müzakirə etmək üçün keçirilib.

Əlaqəli Xəbərlər