Lavrov bütün Avrasiya üçün vahid təşkilat yaratmağı təklif edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov mürəkkəb problemlərin həlli üçün Avrasiya regionunda vahid strukturun yaradılmasının zəruriliyini bəyan edib.

SİA xəbər verir ki, bu barədə “Russia Today” məlumat yayıb.

…Biz belaruslu və digər həmfikirlərimizlə yeni Avrasiya arxitekturasının modelini təbliğ etmək üçün işi davam etdiririk, – deyə Lavrov bildirib.

Nazir qeyd edib ki, Afrika regionu və Latın Amerikasından fərqli olaraq Avrasiya məkanında heç bir pankontinental təşkilat yoxdur.

Bununla bağlı Lavrov Avrasiya ərazisində belə bir strukturun yaradılmasının vacibliyini vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya yeni dünya düzəninin qurulması üzrə dialoqa hazırdır.

Əli Babayev

Əlaqəli Xəbərlər