Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarənin mühərrikində problem yaranıb. SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır. Bazar ertəsi, martın 24-də Mineralnıye Vodıdan Yerevana uçan sərnişin təyyarəsinin göyərtəsində gözlənilməz vəziyyət yaranıb. Uçuşa az qalmış ekipaj sol mühərriki işə sala bilmədiklərini bildirib. Nəticədə təyyarə dayanacağa qayıtmalı olub. Bundan əvvəl başqa bir Rusiya aviaşirkətinə məxsus təyyarə nəfəs ala bilməyən sərnişinə görə istiqamətini qəfil dəyişməli olmuşdu. Martın 24-də İrkutskdan Moskvaya uçan Boeing 737-800 təyyarəsində fövqəladə vəziyyət yaranıb. Uçuş zamanı ekipaj nəbzi və nəfəs almadan yıxılan bir adam barədə məlumat verib. Əli Babayev
Daha çoxDay: March 25, 2025
“AzerGold”un törəmə şirkətinin nizamnamə kapitalı cüzi artırılıb
“AzerGold” QSC-yə məxsus “Daşkəsən Dəmir Filiz” MMC-nin nizamnamə kapitalı 51 250 manat və yaxud cüzi artırılıb. SİA xəbər verir ki, şirkətin kapitalı 214 303 975 manatdan 214 355 225 milyon manata çatdırılıb. Xatırladaq ki, “Daşkəsən Dəmir Filiz” 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatına, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.
Daha çoxMoskva şərtlər qoyub…
Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar açıqlanıb… Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib. “Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, – deyə o…
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Martın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Daha çoxAzərbaycan Belçika iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu kəskin azaldıb
2024-cü ildə Azərbaycan Belçika iqtisadiyyatına 2 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 89,3 % azdır. Hesabat dövründə Azərbaycanın Belçika iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6 %-dən 0,1 %-ə düşüb. İl ərzində Belçika isə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil…
Daha çoxQurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram. Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir. Qoy, bu əziz bayram Sizin və…
Daha çoxÖtən gün ölkə ərazisində qumbara və silahlar aşkarlanıb
Azərbaycanda martın 24-də qumbara və silahlar aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daha çoxAzərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 40 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 4 milyard 43,9 milyon ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 40,1 % çoxdur. O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 40,7 % artaraq 556,9 milyon ABŞ dollarına, ittifaq ölkələrindən idxalının dəyəri isə 36 % artaraq 487 milyon ABŞ dollarına çatıb. 2 ay ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 74,6 %, ümumi idxalında payı isə 11,7 % təşkil edib. Hesabat dövründə Azərbaycanın…
Daha çoxAleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu. Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək. Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram”.
Daha çoxQırmızı Ay tutulması baş verə bilər
Martın 14-də gözlənilən tutulmanın maksimum mərhələsində Ay diski qırmızıya çevrilə bilər.SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “TASS”a Moskva Planetariumunun mətbuat xidməti məlumat verib. “Ayın gecə səmasında demək olar ki, görünmədiyi və ya Ayın tam fazada aydın göründüyü zaman, qaranlıqlaşma çox intensiv ola bilər. Martın 14-də Bakı vaxtı ilə saat 10:59-da tam tutulmanın maksimum mərhələsi başlayacaq. Bu anda Ayın qaralması (qırmızılaşması) maksimum həddə olacaq”, – astronomlar qeyd edib. Vurğulanıb ki, Ay bir saatdan çox müddətə Yerin kölgəsində qalacaq. Atmosferin vəziyyətindən və bəzi digər amillərdən asılı olaraq, Ay diskinin qaralması tutulmadan…
Daha çox