Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, martın 25-i saat 10:00-a olan məlumatına əsasən, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Xaçmaz və Yardımlıda 2, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm-dək qeydə alınıb. Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza)…

Daha çox

Azərbaycanın Pakistanda hansı sahəyə investisiya qoymaq istədiyi məlum olub

Azərbaycan Pakistana qoymaq istədiyi 2 milyard ABŞ dolları investisiya bu ölkənin yol infrastrukturunun inkişafına yönəldiləcək. SİA xəbər verir ki, məlumata görə, həmin vəsaitlə Pakistanın Sind əyalətinin Manqopir və Karaçi şəhərlərini birləşdirən avtomagistral tikiləcək. Həmçinin, Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Pakistandakı Sukkur-Heydərabad avtomagistralının inşasına da investisiya qoya bilər. Bank fevralda bölgəyə araşdırma qrupu göndərib, apreldə isə qiymətləndirmə missiyası göndərməyi planlaşdırır. Bundan sonra investisiya qoyuluşunun məbləği müəyyən ediləcək.

Daha çox

Dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar. SİA müraciəti təqdim edir: -Hörmətli Baş nazir, Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə Sizə ünvanladığı və yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün Sizə müraciət edirik. Bölgəmizdəki siyasi hadisələrə din prizmasından baxaraq, bu məktub yanlış məlumatlar ehtiva edir və açıq şəkildə…

Daha çox

Ukrayna ABŞ-la danışıqların bərpası şərtini açıqlayıb…

Ukrayna və ABŞ nümayəndələri martın 24-də Səudiyyə Ərəbistanında danışıqları bərpa edəcəklər. SİA-nın məlumatına görə, RBC-Ukrayna xəbər verir ki, yüksək rütbəli ukraynalı məmur bu məlumatı Agence France-Presse (AFP) agentliyinə təsdiqləyib. Moskva və Vaşinqton nümayəndələrinin görüşü başa çatdıqdan sonra Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında danışıqların yeni mərhələsinin baş tutacağı dəqiqləşib. …Biz hələ də ABŞ və Rusiya arasındakı görüşün nəticələrini gözləyirik. Buna əsaslanaraq, bizim ABŞ-la növbəti görüşümüz olacaq, – deyə ukraynalı rəsmi izah edib. Bundan əvvəl məlum olub ki, Ukrayna ABŞ-la danışıqlar zamanı limanlara hücumların dayandırılması imkanlarını müzakirə edib. Ukrayna prezidentinin aparatının…

Daha çox

“Bakı Biznes Mərkəzi”nin direktoru işdən çıxıb

İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb. SİA xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub. Xatırladaq ki, “Bakı Biznes Mərkəzi” 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Daha çox

BTC ilə neft ixracı fevralda 3 % artıb

Bu ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə 33,618 milyon barel neft nəql edilib. SİA Türkiyənin “Botaş International Limited” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır. Bununla belə, ötən ay BTC ilə neft ixracı 17,571 milyon barel təşkil edib ki, bu da ötən ilin fevral göstəricisindən 3,1 % çoxdur. Hazırda BTC ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan neft və “Şahdəniz” yatağından kondensat, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nefti və kondensatı nəql edilir. Bundan əlavə, Qazaxıstan da daxil olmaqla digər…

Daha çox

Lukaşenko and içib, vəzifəsinin icrasına başlayıb

Aleksndr Lukaşenko rəsmi olaraq Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb. SİA xəbər verir ki, A.Lukaşenkonun andiçmə mərasimi bu gün Minskdə keçirilib. Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da baş tutub. Aleksandr Lukaşenko səslərin 86,82 %-ni qazanaraq yenidən prezident seçilib. O, 1994-cü ilin iyul ayından Belarusa rəhbərlik edir.

Daha çox

Macarıstan da Ukrayna ilə bağlı şərtlərini açıqlayıb

Macarıstan ölkədəki macar milli icmasının hüquqları 2015-ci ildəki səviyyəyə qaytarılana qədər Ukraynanın Avropa İttifaqına qoşulmasına icazə verməyəcək. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu şərti respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto deyib. Nazir vurğulayıb ki, Kiyev on ildir ki, Budapeşti aldadır və yalnız milli azlıqların hüquqlarına hörmət edilməsindən danışır. …Bu günə qədər Transkarpatiyadakı Macarıstan milli icması 2015-ci ildən bəri əlindən alınan hüquqlardan heç birini almamışdır. Bu fırıldaqdır. Bizi daim aldadırlar. Siyarto bunu mətbuat konfransında deyib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Ukraynanın uzunmüddətli perspektivdə…

Daha çox

“Avey” Dövlət Tarix-Mədəniyət Qoruğunda Ağacəkmə aksiyası təşkil olunub

Bayram günlərində “Avey” Dövlət Tarix-Mədəniyət Qoruğunun Göyəzən filialında qoruq əməkdaşları tərəfindən ağacəkmə aksiyası Keçirilib. SİA xəbər verir ki, aksiya çərçivəsində Göyəzən dağının ətəklərində 150-dən çox badam tingi əkilib. Qeyd edək ki, son illərdə bu əraziyə 3000-dən çox badam və tingi basdırılıb. Məhz badam tinginin seçilməsi isə buranın landşaftına uyğun olması ilə əlaqədardır. Əvvəlki illərdə əkilmiş badam tinglərindən bu il məhsul əldə olunub. Tinglərin suvarılması üçün yaxın ərazidəki dağlardan 4000 metrə yaxın uzunluqda su xətti çəkilib. Qoruq əməkdaşları tərəfindən tinglərə mütəmadi şəkildə qulluq olunur. Qeyd edək ki, Göyəzən dağı unikal təbiət…

Daha çox

Azərbaycan İrlandiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 4 dəfəyə yaxın artırıb

2024-cü ildə Azərbaycan İrlandiya iqtisadiyyatına 12,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın İrlandiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,1 %-dən 0,7 %-ə çatıb. İl ərzində İrlandiyaisə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya yatırmayıb. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 762,7 milyon ABŞ dolları (2023-cü illə müqayisədə 43,45 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 7 milyard 46,2 milyon ABŞ dolları (5,8 % çox) təşkil edib.

Daha çox